Mülki müdafiənin təmin edilməsi haqqında


III. OBYEKTLƏRİN RƏHBƏR, KOMANDİR-RƏİS HEYƏTLƏRİNİN, MÜLKİ MÜDAFİƏ



Yüklə 378,45 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix01.07.2022
ölçüsü378,45 Kb.
#90293
1   2   3   4   5   6   7   8   9   ...   16
temin 1998

III. OBYEKTLƏRİN RƏHBƏR, KOMANDİR-RƏİS HEYƏTLƏRİNİN, MÜLKİ MÜDAFİƏ 
QÜVVƏLƏRİNİN VƏ MÜLKİ MÜDAFİƏ MÜTƏXƏSSİSLƏRİNİN HAZIRLANMASI 
3.1. Rəhbər heyətin hazırlığı bilavasitə təsərrüfat obyektlərində, ərazi və sahə mülki müdafiə 
orqanları tərəfindən keçirilən tədris-metodiki toplanışlarda, əlavə təhsil müəssisələrində 
(universitetlər, institutlar, mərkəzlər və s.) və mülki müdafiə kurslarında yerinə yetirilir.
 14
3.2. Obyektlərdə rəhbər, komandir-rəis heyətləri və işçilərdən, habelə tələbələrdən ibarət 
hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin şəxsi-heyətinin hazırlığı qüvvədə olan 
proqramlara müvafiq həyata keçirilir. Rəhbər, komandir-rəis heyətlərinin ixtisasartırma 
institutlarında və mülki müdafiə kurslarında hazırlanmasına isə müvafiq proqramlar həcmində 
vaxt ayrılır. 
3.3. Onlar həmçinin tədris ili ərzində ən çoxu 5 — 7 gün istehsalatdan ayrılmaqla keçirilən 
məşğələlərdə, məşqlərdə, toplanışlarda hazırlanır, yeni vəzifəyə təyin olunandan sonra isə hər 5 
ildən bir mülki müdafiə kurslarında hazırlıq keçirlər. 
3.4. Mülki müdafiənin rəhbər heyəti və mütəxəssisləri mərkəzi mülki müdafiə və Naxçıvan 
Muxtar Respublikasının mülki müdafiə kurslarında, ali təhsil müəssisələrinin mülki müdafiə 
müəllimləri pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması institutunda 
ixtisasartırma kursunda keçirlər, hərbi mülki müdafiə mütəxəssisləri isə Azərbaycan 
Respublikası mərkəzi mülki müdafiə kursunda, hərbi təhsil müəssisələrində, habelə müvafiq 
sazişlərə əsasən xarici ölkələrin ixtisaslaşdırılmış müəssisələrində hazırlanırlar.
 15


3.5. Mülki müdafiə mütəxssisləri və müəllimləri ali təhsil müəssisələrində yaradılmış 
müvafiq fakültələrdə də (kafedralarda) xüsusi proqram üzrə hazırlana bilər.
 16
3.6. Rəhbər heyət kadrları əlavə təhsil müəssisələrində təhsil alan ili mülki müdafiə 
kurslarında hazırlığa cəlb edilmir.
 17
3.7. Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri komandir-rəis heyətinin və mülki müdafiə 
xidmətləri mütəxəssislərinin hazırlığı istehsalatdan ayrılmaqla hər üç ildən bir MM kurslarında, 
habelə tədris-metodiki toplanışlarda, ixtisasartırma kurslarında, xalq təsərrüfatı obyektlərində 
isə MM dəstələrinin şəxsi heyəti ilə birlikdə aparılır. 
Onların əsas hazırlıq üsulu əməli məşğələ və məşqlərdir ki, burada lazımi ixtisas vərdişləri 
yaradılır və təkmilləşdirilir. 
3.8. Mülki müdafiə dəstələri və xidmətlərinin ayrı-ayrı mütəxəssisləri hər il 2 — 3 gün 
istehsalatdan ayrılmaqla məşğələlərdə, toplanışlarda da hazırlana bilər. 

Yüklə 378,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə