MühazirəÇI: b m.Əlizadə Ş.İ., ass. Əliyeva N. S. MÜHaziRƏ plani


SUAL 10.2. Risk anlayışı. və riskin səbəbləri



Yüklə 56,87 Kb.
səhifə2/6
tarix23.05.2022
ölçüsü56,87 Kb.
#87699
növüMühazirə
1   2   3   4   5   6
Mövzu 10

SUAL 10.2. Risk anlayışı. və riskin səbəbləri


Riskin tərifi, mahiyyəti və təbiətinə dair bir çox mülahizələr mövcuddur. Riskin ümumi məzmununu əhatə etməklə bir-birini tamamlayan 2 əsas anlayışı nəzərdən keçirək:
1.Risk hər hansı bir arzuolunmaz hadisə, uğursuzluq və ya təhlükə ilə bağlıdır.
2.“Riskli vəziyyət” anlayışı isə əlverişsiz şəraitin mövcudluğudur.
Risk- dəyər kəsb edən hər hansı bir , vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk, arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk, neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk, hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır.
Riskin bir sıra xarakterik xüsusiyyətləri var:
1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur;
2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur;
3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur;
4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur. Risk mənsubiyyətsiz mövcud deyil.
Risklərin bir çox klassifikasiyası mövcuddur. Mümkün nəticələrdən asılı olaraq risklər 2 qrupa ayrılır:
1. Xalis risklər - mənfi, yaxud "0" nəticə almaq mümkünlüyü;
2. Spekulyativ risklər - həm mənfi, həm də müsbət nəticələr almaq mümkünlüyü.[3]
Şirkətlərin hər an qarşılaşa biləcəyi çox sayda risk növləri mövcuddur. İqtisadiyyatın istənilən sahəsi, həm ticarət, həm xidmət, həm də istehsalat sahəsi öz fəaliyyət mexanizminə və mühütünə uyğun olan risklərə məruz qalır.
Bu cür risklərin qarşısını almaq, onların mənfi təsirinin həcmini azaltmaq məqsədilə hər bir şirkətdə risklərin qiymətləndirilməsi və onlara nəzarət sistemi yaradılmalıdır. Şirkətlərdə risklərin effektiv idarəetmə sisteminin formalaşdırılması şirkətin bütün maraqlı şəxslərinin mənafeyinə cavab verməklə, onun fəaliyyətinin səmərəliliyin təmin edilməsi istiqamətində ciddi addımdır.
Bu araşdırmadan sonra risk anlayışına hər hansı bir istiqamətlənmiş fəaliyyətin son nəticəsinə gəlib çatmağa, törədilə bilən maneçiliklərin ehtimal dərəcəsi kimi qiymətləndirilə bilər. Riskli vəziyyət əsasən 3 amillə şərtləndirilir:

  1. Qeyri-müəyyənlik.

  2. Alternativ variantın seçilməsi və ya imtina.

  3. Seçilən alternativin dəyərləndirilməsi və ya imtina.


Yüklə 56,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə