MühazirəÇI: b m.Əlizadə Ş.İ., ass. Əliyeva N. S. MÜHaziRƏ plani



Yüklə 56,87 Kb.
səhifə1/6
tarix23.05.2022
ölçüsü56,87 Kb.
#87699
növüMühazirə
  1   2   3   4   5   6
Mövzu 10


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

FAKÜLTƏ: TİKİNTİ – İQTİSAD
KAFEDRA: “BİZNESİN İQTİSADİYYATI VƏ MENECMENT”
FƏNN: BiZNESiN ƏSASLARI
Mövzu 10. Biznesdə təhlükəsizlik, risk, kommersiya sirri və onun qorunması. Sənaye cəsusluğu və ona qarşı texniki vasitələrlə aparılan tədbirlər
MÜHAZIRƏÇI: b.m.Əlizadə Ş.İ., ass. Əliyeva N.S.

MÜHAZİRƏ PLANI
10.1. Təhlükəsizlik anlayışı və təhlükəsizliyin təmin edilməsi
10.2. Risk anlayışı. və riskin səbəbləri
10.3. Riskin dərəcələri.
10.4. Kommersiya sirri və onun mühafizə edilməsi.
10.5. Sənaye cəsusluğu və ona qarşı texniki vasitələrlə aparılan əks təsir tədbirləri.


ƏDƏBİYYAT:

  1. A.B.Abbasov, S.A.Abbasov “Biznesin əsasları”, Bakı-2017

  2. K.M.Piraqov, N.K.Temnova, İ.V.Quskova “Biznesin təşkilinin əsasları” İqtisad Universiteti, 2012

  3. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq (qanunlar, normativ sənədlər, analitik materiallar), Bakı, «Araz» nəşriyyatı, 2000

  4. A.B.Abbasov “Biznesin əsasları”, Bakı-2005

  5. Ağamalıyev M.Q., Məmmədrzayev M.M. Kommersiya fəaliyyətinin təşkili. Dərslik. Bakı- 2004

Bakı-2021
SUAL 10.1. Təhlükəsizlik anlayışı və təhlükəsizliyin təmin edilməsi

Müasir rəqabət mübarizəsi şəraitində sahibkarlıq müəssələrinin müvəffəqiyyətlə işlənməsi üçün rəqabətli kəşfiyyatın aparılması, biznesin inkişaf meyillərinin ətraflı öyrənilməsi, bazarın tədqiqi və mümkün risklərin təhlili müstəsna əhəmiyyət kəsb edir. Rəqabətli kəşfiyyat sənaye cəsusluğunun ayrılmaz tərkib hissəsidir. Sənaye cəsusluğu iki hissədən; rəqabətli kəşfiyyat və gizli əməliyyatlardan ibarətdir. Burada informasiya almaq üçün bütün, hətta qeyri qanuni usullarındanda istifadə olunur.


Biznes xüsusilə iqtisadi mühitin qeyri sabit olduğu bir şəraitdə riskli və təhlükəli fəaliyyətdir. Biznesdə risk iqtisadiyyatın vəziyyəti, siyasi qeyri sabitlik, rəqiblərin və cinayətkar qurupların qeyri qanuni hərəkətləri və təbii fəlakətlərlə bağlıdır.
Biznesin təhlükəsizliyi hüquqi, inzibati, təşkilati idarəetmə, mühəndis texniki, tərbiyyəvi və xüsusi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirlərin kompleks şəklində tədbiqi sahibkara kömək edir ki, biznes fəaliyyətində baş verə biləcəq riskləri mümkün qədər aşağı səviyyəyə endirə bilsin.
Biznesin təhlükəsizliyinin təmin edilməsində dövlət orqanları ( qanun vericilik, icra və məhkəmə ) mühavizə orqanları ( prokratura, polis, milli təhlükəsizlik ) , Vergilr Nazirliyi, Dövlət Kömrük Komitəsi, həmçinin kommersiya əsasında xidmət göstərən biznesin təhlükəsizliyinə təminat verən xüsusi firma və təşkilatlar iştirak edirlər.
Kompleks mühavizəsi tədbirlərinin həyata keçirilməsinin başlıca məqsədi müəssisənin hazırki vaxta dayanıqlı və gələcəkdə biznesin inkişafının yüksək potensialını təmin etməkdir.

Aşağıdakı şəkildə biznesin təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətləri əks olunmuşdur:





1 1

8

7

6

5

3

4

2


  1. Biznesin mühavizə tədbirləri

  2. Hüquqi tədbirlər

  3. Siğorta tədbirləri

  4. Mühavizə orqanları dəvət olunması

  5. Rəhbərlərin və heyyət mühavizə olunması

  6. İdarəetmə və inzibati tədbirlər

  7. Mühəndis texniki tədbirlər

  8. Maarifləndirmə və tərbiyəvi tədbirlər


Yüklə 56,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə