MühazirəÇI: b m.Əlizadə Ş.İ., ass. Əliyeva N. S. MÜHaziRƏ plani


SUAL 10.4. Kommersiya sirri və onun mühafizə edilməsi



Yüklə 56,87 Kb.
səhifə4/6
tarix23.05.2022
ölçüsü56,87 Kb.
#87699
növüMühazirə
1   2   3   4   5   6
Mövzu 10

SUAL 10.4. Kommersiya sirri və onun mühafizə edilməsi.
Kommersiya sirri – hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.
Məlumatın kommersiya sirrinə aid edilməsinin meyarları
3.0. Məlumatların kommersiya sirrinə aid edilməsinin meyarları aşağıdakılardır:
3.0.1. kommersiya dəyərinə malik olması (başqa şəxslərə məlum olmadığına görə fəaliyyət sahəsində üstünlük qazanmaq və mənfəət əldə etmək baxımından əhəmiyyətlidir, digər şəxslərə bütövlükdə, yaxud hissələrlə satıla, bağışlanıla, müqavilə əsasında, yaxud varislik qaydasında verilə bilər və s.);
3.0.2. məlumatın məxfiliyinin qorunması məqsədilə sahibi tərəfindən hüquqi, təşkilati, texniki və digər tədbirlərin həyata keçirilməsi;
3.0.3. bu məlumatların sərbəst əldə olunmasının qanuni əsaslarla məhdudlaşdırılması.
Maddə 4. Kommersiya sirri hesab edilən məlumatlar
4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir:
4.1.1. dövlət sirrini təşkil edən məlumatlar;
4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla); 
4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar;
4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar;
4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunmayan məlumatlar;
4.1.6. əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar;
4.1.7. patent və digər mühafizə sənədləri ilə qorunan əqli mülkiyyət obyektləri haqqında məlumatlar;
4.1.8. qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitentiqiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi tərəfindən açılmalı olan məlumatlar;
4.1.9. qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar;
4.1.10. özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar;
4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar;
4.1.12. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barəsində məsuliyyət növü nəzərdə tutulan əməllərə dair məlumatlar ;
4.1.13. ekoloji və antiinhisar qanunvericiliyinə əməl olunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığına ziyan vura bilən məhsulların satışı ilə bağlı məlumatlar;
4.1.14. kommersiya sirri rejiminin qoyulması qüvvədə olan qanunvericiliklə məhdudlaşdırılan məlumatlar;
4.1.15. telekommunikasiya operatoruna və telekommunikasiya provayderinə nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar;
4.1.16. qanunvericiliyə əsasən kommersiya sirri hesab edilməyən digər məlumatlar.
4.2. Hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 5. Kommersiya sirri sahibinin hüquqları

Kommersiya sirri sayılan informasiyalara yeni elmi texniki məlumatlar və kəşflər “NouHau” əqli fəaliyyətin nəticəsi kimi kommersiya sirrinə aid edilən, qanun vericiliyə, yaxut sahibinin mülahizəsinə əsasən patentlə mühavizə olunmayan məlumatlardır.


Kommersiya sirrlərinin mühavizə olunması üçün kompleks tədbirlər həyata keçirilir.
Mühafizə tədbirləri hazırlanarkən aşağıdakıları müəyyənləşdirmək vacibdir:

  • Hansı informasiyaların mühavizəyə ehtiyyacı var

  • Bu informasiyalar kimi maraqlandıra bilər

  • Onun hansı elmenti daha maraqlıdır

  • Həmin “sirrlərin həyat müddəti” nə qədərdir

  • Bu informasiyaların mühavizə olunması nəyə başa gəlir


Yüklə 56,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə