Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə5/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Hər bir tədqiqat səviyyəsi öz bilik metod və formaları ilə səciyyələnir. Amma elə elmlər də vardır ki, orada biliyin nəzəri və empirik səviyyələrə bölünməsi mümkün deyil. Məsələn, məntiqi-riyaziyyat fənləri nəzəri səviyəyə aid edilsə də, onlara oxşar olan təbiət-tarixi fənləri geologiya, paleontologiya və bir çox başqaları əsasən empirik səviyyədə mövcuddurlar.
Humanitar sahələrdə də, empirik və nəzəriyyə səviyyələrində də biliyin abstraktlaşdırılması müəyyən çətinliklər yaradır. İş ondan ibarətdir ki, bu halda yalnız biliyin formallaşdırılması və riyaziləşdirilməsi çətinlik yaratmır, həmçinin obyektlərin özləri dil fenomeni baxımından ikili xarakter daşıyır və material və şərti göstəricilərin ayrılmasını çətinləşdirirlər.
Mühazirə 3.
Tədqiqatın elmi metodları
İstənilən elmi tədqiqatın planlanmasının kökündə mövcud elmi metodlar durur. Elmi metod – yeni biliklərin əldə olunmasının əsas üsullarının, həmçinin istənilən elm çərçivəsində məsələlərin həlləri üsullarının toplumudur. Metod­ fenomenin araşdırılmasını, üsulları, əvəllər və yeni qazanılmış biliklərin sistemləş­diril­məsini və düzəlişini əhatə edir. Elmi metodun vacib tərəfi araşdırma zamanı obyektivliyə qoyulan yüksək tələbdir.
Sərbəst yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir, prosesə başqa alimlər buraxılır. Elm fəlsəfəsində empirik və nəzəri dərketmə anlayışları səciyyələndirilir. Bu bölmə onunla bağlıdır ki, tədqiqatçı biliyi həm sınaq yolu ilə (empirik), həm də mürəkkəb məntiqi əməliyyatlar, yəni nəzəri yolla əldə edə bilər.
Dərketmənin empirik üsuluna daxil olan kateqoriyalar:

  • Müşahidəetmə,

  • Faktların toplanması və seçilməsi,

  • Onlar arasında əlaqənin yaradılması daxildir.

Nəzəri araşdırmanın əsasını empirik materialların analizi və emalı ilə bağlı olan əqli əmək təşkil edir. Nəzəri mərhələdə:

  • Sistem və hadisələrin daxili struktur və inkişaf qanunauyğunluqları,

  • Onların qarşılıqlı münasibətinin şərtləri açılır.

Dərketmənin empirik və nəzəri mərhələlərində aşağıdakı elmi metodlardan istifadə olunur.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə