Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə4/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Elmi fəaliyyətin araşdırılan komponentləri onun strukturunu açdığı halda, fəaliyyətin struktur analizi elmi–tədqiqatın mərhələlərini aydınlaşdırmağa xidmət edir. Ümumi şəkildə aşağıdakı mərhələləri qeyd etmək olar:
- Problemin qoyuluşu;
- Tədqiqat obyektinin seçilməsi;
- Eksperiment;
- Eksperimentdə alınan faktlarn təsviri və izahı;
- Hipotezin (nəzəriyyənin) yaradılması;
- Əldə olunan biliyin yoxlanılması.
O da aydındr ki, tədqiqat işlərinin mərhələləri tətbiq olunan təbiət, riyaziyyat və ya sosial–humanitar elmlərin xüsusiyyətlərindən asılı olaraq dəyişilir.
Metodologiyada elmi bilik və öyrədici fəaliyyətdən ibarət ümumi sistemi struktur baxımından məhdudlaşdırmaq üçün empirik və nəzəri səviyyələr mövcuddur. Bu anlayışlara yaxından baxaq. Empirik gündəlik praktiki biliklərə aid edilmir. Çünki o, gündəlik biliklərdən fərqli olaraq məqsədyönlü, sistemli şəkildə xüsusi metodlarla işləyən xüsusi elmi dərketmə səviyyəsi hesab olunur. Bu səbəbdən də, istənilən əqli fəaliyyəti nəzəri hesab emək olmaz. Nəzəri və empirik bilikləri həmçinin hissi və ya məntiqi olaraq müqayisə etmək də düzgün deyil. Ümumi prosesin tərkibi kimi hissiyyat və məntiq istənilən idrakı səciyyələndirir. Hiss etmək və düşünməyə parçalama beyin fəaliyyətinin yüksək fizioloji parametrlərinə söykəndiyi halda, empirik və nəzəriyyəyə bölmə fərqli olaraq elmi idraka aid edilir və biliyin forma və metodlarını, tədqiqatın növünü sinifləşdirir.
Empirik və nəzəri səviyyələr ilkin olaraq fəaliyyətin üsulu və metodlarına görə fərqlənirlər. Empirik mərhələnin kökündə predmet – silah (vasitə) və elmi–praktiki fəaliyyət durur. Bunun köməyi ilə ilkin məlumatların toplanması və ümumiləşdirilməsi mümkünləşir. Nəzəri mərhələdə isə abstrakt–nəzəri fəaliyyət sayəsində ideal modellər və biliklər sistemi əldə olunur. Digər tərəfdən elmi biliyin səviyyəsi onun forma və xarakterinə görə bölünür: empirik səviyyədə heç də həmişə obyektin xassələri və yaranma səbəbləri göstərilmir və yalnız fakta söykənən biliklər formalaşır; nəzəri səviyyədə nəzəri biliyin məntiqi təşkil olunmuş formada tətbiqi sayəsində hadisələrin xarakteri və qanunauyğunluqları yaradılır. Hər bir səviyyənin xüsusiyyətləri növbəti bölmədə ayrıca izah edilir.
Elmi dərketmənin səviyyələrə bölünməsi onunla bağlıdır ki, onlar bir-biri ilə qarşlıqlı əlaqədədirlər. Heç bir empirik araşdırma “karkas” rolunu oynayan nəzəri əsas olmadan aparıla bilmir. Bu anlayışlar və prinsiplər sistemi empirik tədqiqat üçün ilkin şərt sayılır. Başqa tərəfdən məlumdur ki, nəzəriyyə nə qədər abstrakt olsa da, sonda o da praktikaya, empiric verilənlərə söykənir. Empirik və nəzəri tədqiqatları qarşı–qarşıya qoymaq metodoloji konstruksiyaetmə fəaliyyətinin nəticəsi olan abstrakisya növü sayılır. Bu zaman fərdi ilə ümumi, hadisə ilə mahiyyət, empirik faktlar və onların nəzəri izahı arasında dərin daxili əlaqənin mövcud­lu­ğu nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, empirik və nəzəri səviyyələrin abstraktlaşdırılması nis­bidir və real biliyin struktur təşkiledicilərini tam əks etdirmir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə