Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə6/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Empirik tədqiqat metodları
Müşahidəetmə – ətraf mühitdə baş verən hadisələrin insan tərəfindən araşdırılması və mənasını dərk etmək üçün onların məqsədyönlü mənimsənilməsinə xidmət edir. Müşahidə zamanı araşdırılan obyekt heç bir təsirə malik qalmır. Əsaslı nəticə əldə etmək üçün müşahidə təkrarən aparılır. Birbaşa (vizual) və ya bilavasitə müşahidə (texniki avadanlığın – cihazların köməyi ilə) üsulu fərqləndirilir.
Təsviretmə – müşahidə zamanı qazanılmış hissin faktların köməyi ilə yazılı şəkildə qeyd olunmasıdır. Burada əldə edilən bilik fərdi idrak üçün material kimi tətbiq olunur. Təsviretmə empirik, kəmiyyət və keyfiyyət şəklində aparılır. Empirik təsviretmədə obyekt və proses haqqındakı məlumatlar (hisslər) sonrakı mərhələlərdə əlverişli istifadə olunmaq üçün rəqəmlər, sxemlər və ya dil anlayışları vasitəsilə qeyd olunur. Təsviretmə müşahidənin tamamlayıcı mərhələsi olub, təsvir olunan problemin dərinliyinə baş vurmur. Əsas məqsəd tədqiq olunan obyektin imkan daxilində ətraflı qeyd olunmasıdır. Kəmiyyət və keyfiyyət terminləri təsviretmədə önəmli rol oynayırlar. Elmin inkişafında çox vaxt elə olub ki, hadisə öncə keyfiyyət formasında baş verib, yalnız bundan sonra onun kəmiyyətlə təsviri mümkün olub. Müasir elmdə keyfiyyət və kəmiyyət təsvirləri vahid tədqiqat prosesinin müxtəlif tərəflərini təmsil edirlər və onlar bir-biri ilə sıx bağlıdırlar. Keyfiyyət təsviri “müşahidə protokolu” adlanan, müxtəlif ölçmə prosedurları zamanı yaranan cədvəl, qrafik və matrisalar şəklində həyata keçirilir. Müasir təsviretmə, ölçmə əməliyyatının daxil olduğu riyazi aparata söykənir.
Müqayisə – dərketmənin ən geniş yayılmış metodlarındandır. Əbəs yerə deyilməyib ki, hər şey müqayisə zamanı üzə çıxır. Müqayisənin səmərəli aparılması üçün iki əsas tələbat yerinə yetirilməlidir:

  • yalnız aralarında obyektiv ümumilik mövcud olan hadisələrin müqayisəsi məqsədəuyğundur,

  • obyektlərin müqayisəsi vacib göstəricilər əsasında aparılmalıdır.

Ölçmə – tədqiqat obyektinin kəmiyyət göstəricilərinin xüsusi texniki qurğuların və ölçmə vahidlərinin tətbiqi ilə əldə olunmasına xidmət edir. Ölçməndə keyfiyyətin əsas göstəricisi və onun elmi dəyəri tədqiqatçının qabiliyyətindən, həmçinin tətbiq olunan qurğuların dəqiqliyindən asıldıır.
Eksperiment – elmi araşdırmada hipotezin yoxlanması və ya fenomenlər arasında səbəbiyyət əlaqələrinin elmi tədqiqi üçün yerinə yetirilən hərəkətlər və müşahidələr toplumudur. Sınaqlara qoyulan əsas tələb onun təkrarolunma qabiliyyətidir. Eksperimentin müşahidədən üstün cəhəti ondan ibarətdir ki, sınaq zamanı bu və ya digər hadisəni „təmiz halda“ öyrənmək mümkünləşir. Digər tərəfdən eksperiment obyektin xassələrini ekstremal şəraitdə tədqiq etməyə şərait yaradır. Eksperiment bir başa obyekt üzərində və ya dolayı yolla onun modeli üzərində aparılır.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə