Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Psixoloji, linqvistik və qnoseoloji



Yüklə 31,18 Kb.
səhifə9/13
tarix17.05.2022
ölçüsü31,18 Kb.
#87201
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
Bilik mühəndisliyi-Konspekt

Psixoloji, linqvistik və qnoseoloji.

Biliklərin ələ keçirilməsində ünsiyyət modeli

Psixoloji aspektdə biliyin ələ keçirilməsi ünsiyyət şəraitində baş verir. Ünsiyyəti səmərəli şəkildə qurmaq qabiliyyəti bilik mühəndisinin peşəkarlığının göstəricisidir.

Danışıqla qurulan ünsiyyətdə informasiya itkisi böyük olur. Yəni danışıqla qurulan ünsiyyətdə ən yaxşı halda mühəndis ekspert fikrinin dörddə birini ələ keçirə bilir.

Ünsiyyətin struktur modelinə: ünsiyyətdə iştirak edənlər (partnyorlar), ünsiyyət vasitələri (prosedurlar) və ünsiyyətin predmeti (biliklər) aid edilir. Bu struktura müvafiq olaraq bilik ələkeçirmə zamanı meydana çıxan psixoloji problemlərin 3 təbəqəsini fərqləndirirlər. Bunlar: Kontakt təbəqəsi, prosedur təbəqəsi, koqnitiv təbəqədir.

Kontakt təbəqəsi - İxtiyari kollektiv prosesə iştirakçılar arasında olan atmosfer təsir edir. Kollektivdəki dostluq atmosferi qrup üzvlərinin fərdi qabiliyyətlərinə nisbətən nəticəyə daha güclü təsir edir.

Bilik mühəndisi bilik ələkeçirmə zamanı bu xassələrə malik olmalıdır:

- xoşxasiyyət və dostpərəstlik;

- yaxşı yaddaş və diqqət;

- müşahidəçilik;

- xəyalpərəst;

- inadkarlıq;

- analitik düşünə bilən;

- özünə inanan olmalıdır.

Prosedur təbəqəsinin problemləri birbaşa bilik ələ keçirməklə bağlı olur. Bu təbəqədə peşəkar bilik lazımdır. Bilik ələ keçirmək istəyən mühəndis rahat və yorucu olmayan tərzdə danışmalıdır. Ələ keçirilən biliklər qeyd edilməlidir. Bunu söhbətin gedişində ya kağızda, ya maqnitofonda, ya da yadda saxlayıb sonra yazmaqla etmək olar. Ən yaxşısı maqnitofondur. Lakin ekspert söhbətin maqnitofona yazıldığını bilməsə yaxşıdır.

Koqnitiv təbəqə insanın ətraf dünyanı dərk etməsi mexanizmlərini öyrənir. Bilik mühəndisi:

- bilik ələkeçirmənin məqsədini dəqiq anlamalıdır;

- ekspertə imkan yaratmalıdır ki, sərbəst fikir söyləsin;


Yüklə 31,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə