Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Mühazirə 3. Biliklərin təqdim olunması modelləri



Yüklə 31,18 Kb.
səhifə10/13
tarix17.05.2022
ölçüsü31,18 Kb.
#87201
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
Bilik mühəndisliyi-Konspekt

Mühazirə 3. Biliklərin təqdim olunması modelləri

Bilik mühəndisliyi üçün Linqvistik aspektin 3 təbəqəsini var:

- ümumi kod;

- anlayış strukturu;

- istifadəçi tezaurusu (lüğəti).

Ümumi kod problemi - Mühəndislə ekspertin dili xeyli fərqli ola bilər. Mühəndisin dili 3 komponentdən ibarətdir:

- ədəbiyyatdan öyrəndiyi predmet oblastına aid terminlər;

- nəzəri hazırlığından gələn ümumelmi terminologiya;

- məişət danışıq dili.

Ekspertin dili isə bunlardan ibarətdir:

- predmet oblastında qəbul edilmiş xüsusi terminologiya;

- ümumelmi terminologiya;

- məişət dili;

- peşə jarqonu.

Əgər ümumelmi və məişət dilləri oxşardırsa, onda bunların arasında ümumi kod yaranmış olur.

Ekspertin işlətdiyi terminlərin dəqiq mənalarını mühəndis yazıb öyrəndikdə ümumi kod daha mükəmməl olur. Bununla, predmet oblastının lüğəti yaradılmış olur. Bundan sonra terminlər qruplaşdırılır ki, bu da biliklərin ilkin strukturlaşdırılması deməkdir.

Anlayış strukturu - Təbii intellektdə və yaddaşda anlayışlar bir şəbəkə yaradır. Buna görə də BB yaradılarkən lüğət əvəzinə ensiklopediya lazımdır. Bütün terminlər digər terminlərə əsaslanaraq lüğət məqalələri şəklində izah edilməlidir. Mühəndis anlayışlar iyerarxiyası ilə işləməlidir. Anlayışlar iyerarxiyası ixtiyari predmet oblastının bilik strukturunun konseptual təhlili əsasında yaradılan qlobal sxemdir. Ümumi kod nə qədər zəngin və ifadəlidirsə, BB bir o qədər dolğundur.

İstifadəçi tezaurusu (lüğəti) - Son istifadəçi terminlərin hamısını düzgün anlamaya bilər. Odur ki, istifadəçi interfeysi hazırlanarkən lüğətə izahlar əlavə edilməlidir.




Yüklə 31,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə