Elmi bilik kriterisi
Nəzəriyyə təkcə elmi biliyin ümumiləşdirilməsi üçün qurulmuş sistem deyil, o həm də yeni bilik hasiletmə üsuludur. Elmi bilik kriterisinə bunlar aiddir:
- daxili uyuşanlıq və ziddiyyətsizlik;
- sistemlik;
- obyektivlik;
- tarixilik.
Dərketmənin strukturu dedikdə, 4 mərhələdən ibarət olan proses başa düşülür. Bunlar:
-faktların təsviri və ümumiləşdirilməsi;
-əlaqələrin müəyyən edilməsi;
-modelin qurulması;
-hadisələrin izahı və əvvəlcədən xəbər verilməsi.
Faktların təsviri və ümumiləşdirilməsi - Bu, mühəndisin ekspertlə söhbətindən sonra əldə etdiyi bilikdir. Ona görə bunun üzərində mühəndis əməlli-başlı işləməlidir. Təcrübəli mühəndis faktları yerbəyer edərək konseptləşdirməyə hazırlayır.
Əlaqə və qanunauyğunluqların müəyyən edilməsi - Mühəndisin vəzifəsi ekspertin söylədiklərini sistemləşdirməkdir.
İdeallaşdırılmış modelin qurulması - Predmet oblastı barədə subyektin təsəvvürünü əks etdirən modeli qurmaq üçün xüsusi dil lazımdır. Bu dil predmet oblastının terminlərindən, riyaziyyat və məntiqin formal-işarə vasitələrindən təşkil edilir.
Modellərin izahı və qabaqcadan xəbər verilməsi - Bu, dərketmənin strukturunun son mərhələsidir. Bu zaman proqnoz vermək və verilmiş predmet oblastından olan istənilən hadisəni izah etmək olur.
Dostları ilə paylaş: |