Mühazirə 2
Verilənlərin intellektual təhlili
Verilənlərin intellektual təhlili (VİT) və ya Data Mining termini VB-də verilənləri ayırmaq, emal etmək, təmizləmək və yığmaq üçün istifadə edilir.
Qərar qəbul edən şəxslərin istifadə etməsi üçün yaradılan informasiya-analitik sistemlər rəhbərin informasiya sistemi (RİS) adlanır.
İdarəedici qərarlara dəstək sistemləri 3 təməl sferada yaradıla bilir:
1. Detallaşdırılmış verilənlər sferası. Bu sahədə fəaliyyət göstərən sistemlər informasiya axtarışına yönəldilir. Burada relyasiyalı VBİS-lərdən istifadə olunur. SQL-dən istifadə edilir.
2. Aqreqasiya edilmiş göstəricilər sferası. Verilənlər anbarında toplanmış informasiyaya kompleks baxış, onun aqreqasiyası və çoxölçülü təhlili OLAP sisteminin məsələləridir. Burada həm xüsusi çoxölçülü VBİS-lərdən, həm də relyasiyalı VBİS-lərdən istifadə etmək olar.
3. Qanunauyğunluqlar sferası. İntellektual emal verilənlərin intellektual təhlili metodları ilə həyata keçirilir, anomaliyalar izah edilir, bəzi proseslərin inkişafı proqnozlaşdırılır.
Dostları ilə paylaş: |