Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə17/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   78
Mühazirələr 2021

Diskussiya (latinca discussio - baxılma, araşdırılma) hansısa çəkişməyə səbəb olan məsələnin müzakirəsidir. Diskussiya yalniz dəlillərin ortaya qoyulması ilə aparılır. Mübahisəli problemi müzakirə edərkən çəkişənlər öz mövqelərini təsdiq edən dəlillərlə çıxış edirlər. Mətbuatda, yığıncaqlarda, televiziyada və s. gedən ictimai mübahisələri də diskussiya adlandırırlar. Diskussiyaların özəlliyi ondadır ki, orada hansısa bir konkret tezis irəli sürülmür. Bu özəllik onu polemikadan fərqləndirir. Söhbətlər zamanı hansısa mövzular, aktual problemlər müzakirə olunur.

Debat tərəflərin üçüncü tərəfi (tamaşaçıları, hakimləri) inandırmaq üçün apardıqları çəkişmələrdir. Bu, diskusiyanın bir növü kimi də təqdim olunur. Debatlar üçün müəyyən qaydalar tətbiq olunur. Udan və uduzan tərəflər üçüncü tərəfin rəyi, səsverməsi ilə təyin olunur.

Dəyirmi masa isə müəyyən problemlərin birbaşa müzakirəsi üçün iştirakçıların bir araya gəldiyi daha geniş miqyaslı toplantıdır. Bu kommunikasiya forması aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur:

  • müzakirənin məqsədi gündəmdə olan problemlə bağlı fikir və ideyaları ümumiləşdirməkdir;

  • dəyirmi masanın bütün iştirakçıları tərəfdaş qismində çıxış edirlər, başqa sözlə desək, digər iştirakçıların mövqeyinə deyil, müzakirə olunan məsələyə dair fikirlərini bildirməlidirlər;

  • müzakirənin bütün iştirakçıları bərabərdir; heç kim iradə və qərarlarını diqtə etmək hüququna malik deyil.

“Dəyirmi masa”lar çox nadir hallarda hər hansı problemin həllində əsaslı rol oynayır. Belə tədbirlərin təşkili demək olar ki, əksər hallarda diqqət cəlb etmək üçün reklam xarakterli olur.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə