60
Müəllimin məqsədyönlü peşəkar inkişafı necə əldə edilir?
Gürcüstanın təhsil sistemində baş verən islahatlar, ilk növbədə, ümumtəhsil sisteminin
inkişafına və məktəblərdə təlim-tədrisin yaxşılaşdırılmasına doğru istiqamətləndirilmişdir. Bu
məqsədin əldə edilməsi üçün ən səmərəli yollardan biri məktəbin hər bir iştirakçısı arasında
məsuliyyətin heyətlər arasında bölüşdürülməsidir. Araşdırmaların bir çoxu təsdiq edir ki,
məsuliyyətin yuxarıdan aşağı bölüşdürülməsi qarşılıqlı əməkdaşlıq mədəniyyətinin bərqərar
olunmasına, peşəkar inkişaf üçün məktəb müəllimlərinin motivasiyalarının artırılmasına
dəstək verir və bu da öz növbəsində, dərs prosesinin səviyyəsinin artırılmasına və şagirdlərin
nəticələrinin yaxşılaşdırılmasına dəstək verirlər.
Hər bir müəllim öz-özünə sual verməlidir ki, onun zəif və güclü tərəfləri nədən ibarətdir,
onun tərəfindən planlaşdırılmış və həyata keçirilmiş hansı fəallıq nailiyyətlidir və ya nailiyyətsiz,
bir sözlə: nə necə təsir göstərir? Onun güclü tərəfi nədədir? Öz pedaqoji təcrübəsində nəyi
yaxşılaşdırmalıdır və necə?
Şəxsi təcrübəsinin qərəzsiz və tənqidi analizi və qiymətləndirilməsi ilə məqsədyönlü
peşəkar irəliləyiş mümkündür. Nailiyyətli olmaq istəyən müəllim müasir təhsil tələblərinə
cavab verməli, üzərinə məsuliyyət götürməli, peşəkar biliyinin yeniləşdirilməsinə və praktiki
bacarıqlarının yaxşılaşdırılmasına qayğı göstərməlidir ki, bu da öz-özünü qiymətləndirmə və
öz-özünü inkişaf etdirmənin əlverişli mexanizminin quruluşu ilə əldə edilir. Müəllimin peşəkar
inkişaf fəallıqlarına cəlb olunması onun öz təcrübəsini özü qiymləndirdiyində, öz-özünü
qiymətləndirmə nəticələrinin öz-özünə refleksiya əsasında, fərdi tələbləri əsasında peşəkar
inkişaf yolunu ifadə etdiyində nəticəli olur.
Öz-özünü qiymətləndirməni qiymətləndirmə tipi kimi təhlil edə bilərik, bu zaman
müəllim refleksiya edir, öz iş prosesini, əvvəlcədən müəyyənləşdirilmiş standartın/
IV FƏSİL
MÜƏLLİMİN
ÖZ-ÖZÜNÜQİYMƏTLƏNDİRMƏSİ
61
kriterilərin yerinə yetirilməsi səviyyəsini qiymətləndirir. Özünün güclü və zəif
tərəflərini eyniləşdirir və iş prosesində dəyişiklikləri məhz refleksiyanın və analizin
əsasında daxil edir.
10
Öz-özünü qiymətləndirmənin hansı təyinatı vardır?
Öz-özünüqiymətləndirmə prosesi müəllimin peşəkar və şəxsi inkişafının bir hissəsidir;
Öz-özünüqiymətləndirmə öz irəliləyişinin yoxlanılmasının, ölçülməsinin, eləcə də ,tələbata
uyğunlaşdırılan peşəkar inkişaf planını işləyib hazırlamaq imkanını verir;
Dərs prosesinin növbəti planlaşdırılması müəllimin öz təcrübəsinin yaxşılaşdırılası
istiqamətlərini, zəif tərəflərini etiraf etdiyi halda mümkündür;
Öz-özünüqiymətləndirmə müəllimin məsuliyyəti və yanaşmasını artırır;
Öz-özünüqiymətləndirmə, bir proses kimi, müəllimə “öz iş prosesinin aparıcısı” kimi
hiss etdirir; öz-özünüqiymətləndirmə peşəkar tərəfdaşların axtarışına yönəlmişdir, onlarla
birlikdə müəllimlər çətinlikləri dəf edirlər;
Öz-özünüqiymətləndirmə qiymətləndirmənin inkişafetdirici funksiyasını gücləndirir;
Öz-özünüqiymətləndirmə müəllimi həyatı boyunca şagirdə çevirir;
Öz-özünüqiymətləndirmə prosesi müəllimə təkcə görünən problemlərin həllində köməklik
etmir. Onun vasitəsilə müəllim elə bir problemləri tapır və həll edir, hansının olmasını öz-
özünüqiymətləndirməni həyata keçirənə qədər anlamırdı;
Öz-özünüqiymətləndirmə vasitəsi kimi “tənqidi yoldaş” vasitəsini istifadə etdikdə,
həmkarlar bir-birlərinə zəif tərəflərinin tapılmasında və onların qarşısının alınmasının
axtarışında köməklik edirlər. Həmkarının yaxşılaşdırılması istiqamətlərini görən müəllim
özü də öz təcrübəsi haqqında fikirləşir və tapa bilər ki, bu və ya digər konkret istiqamət onun
üçün də güclü tərəfi təqdim etmir. Güclü tərəflər isə müşahidəçi müəllimi öz təcrübəsinə
aparır və onun üçün təkan verir ki, bu və ya digər məsələyə daha dərindən yanaşsın və bu da
onun peşəkar yüksəlişinə dəstək verir. Həmkarının qiymətləndirilməsi onun qiymətləndirmə
bacarığını da inkişaf etdirir;
Öz-özünüqiymətləndirmə müəllimin özünün səmərəli olması hissini artırır;
Öz-özünüqiymətləndirmə müəllimin refleks bacarıqlarının inkişafına dəstək verir; refleksiya
müəllimə ardıcıl peşəkar yüksəlişdə köməklik edir, eləcə də, təcrübəyə əsaslanan nəzəriyyəni
inkişaf etdirə və nəzəriyyəni təcrübəyə çevirə bilər.
10
Andrade and Du, 2007:160 məqalədə:Assessment Matters: Self-Assessment and Peer Assessment.
62
Obyektiv özünüqiymətləndirmə üçün müəllimin hansı bacarıqları inkişaf
etdirilməlidir?
Peşəkar müəllim tədris etdiyi fənni bilir, pedaqoji yanaşmalara və müvafiq bacarıqlara
sahibdir ki, bu biliyi pedaqoji təcrübəyə keçirə bilsin. Eləcə də müəllimin etika normalarına
əməl etməsi və daim biliyini yeniləndirməyə hazır olması çox vacibdir. Belə bir müəllimin
formalaşmasının səmərəli yollarından biri refleksiya yolu ilə peşəkar yüksəlişdir. Refleksiya
həm yenicə başlayan, eləcə də təcrübəli müəllimin əlində peşəkar yüksəliş vasitəsidir.
Reflektiv tədris artıq 20-ci əsrin səksəninci illərindən müəllimin təhsilində əsas
istiqamətlərdən biri oldu. Təcrübəni dərk etmədikdə, heç nəyi təqdim etmir. Refleksiyanı
dərk edilmiş öz-özünüqiymətləndirmə kimi təhlil edə bilərik, əvvəlcədən müəyyənləşdirilmiş
kriterilərə əsaslanaraq.
Reflektiv təcrübə peşəkar inkişaf təcrübəsinə əsaslanan modelin mühüm vasitəsidir, burada
insanlar öz təcrübələrindən öyrənirlər. Nəzəriyyə və təcrübənin sıx əlaqəsi daha çox peşəkar
inkişafın bu metodunda görünür – refleksiya vasitəsilə müəllim nəzəriyyələri öz təcrübə
kontekstində təhlil edir və özü onu empirik təcrübəyə əsaslanaraq analiz edə bilər. Reflektiv
tədris zamanı müəllim sadəcə keçmişə dönmür, öz emosiyalarını, təcrübəsini, əməllərini və
reaksiyalarını analiz edir və bu göstəricilərdən öz peşəkarlığını yüksəltmək üçün istifadə edir.
Refleksiya təcrübənin əksidir. Reflektiv müəllim olmağımız üçün müəyyən yanaşmaları
formalaşdırmalıyıq: açıqlıq, məsuliyyət və işə sədaqət. Müəllimlərə hazırlıq lazımdır ki, özlərinin
və eləcə də həmkarlarının ideyalarına və təcrübəsinə tənqidi baxa bilsinlər.
Reflektiv bacarıqlar müəllimə peşəkar inkişaf üçün özündən resurs kimi istifadə etmək
imkanın verir (Strakova : 79-80). Öz-özünüqiymətləndirmə nəticələrini görən müəllimlərin nadir
hallarda çox yüksək və ya çox aşağı öz-özünüqiymətləndirmə meylləri olur, onlar öz imkanlarını
real qiymətləndirir və zəif tərəflərinin yaxşılaşdırılması üçün əməli fəallıqları planlaşdırırlar
(The European Profiling Grid – a User Guide 2011: 7-9), bu da öz növbəsində, dərs prosesinə
müsbət təsir göstərir.
Reflektiv təcrübə peşəkarlara mövcud təcrübəni analiz etmək və öz-
özünüqiymətləndirmə zamanı zəif və güclü tərəflərin nəzərə alınması ilə onun
yaxşılaşdırılmasının necə mümkün olması nəticəsinə gəlmək imkanını verir.
Reflektiv tədrisin xüsusiyyətləridir:
Tədrisə olan konstruktivist yanaşma.
Reflektiv müəllim, akademik məzmunu və
bacarıqlarından başqa, şagirdin ötən bilik və təcrübəsini, eləcə də onun maraqları və
Dostları ilə paylaş: |