MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

51
Məhz  bunda  fasilitator  müəllimə  cari,  diqqət  cəmləşdirilən  məsləhətlər  yolu  ilə  nəzarət 
etməlidir. İşin bu mərhələsində fasilitatorun işi yalnız nəzarətlə kifayətlənə bilər, məsələn, 
müəllimlərdən  soruşa  bilər  ki,  treninqlərdə  iştirak  etmisinizmi,  müvafiq  resurslarla  tanış 
olmusunuzmu və s. Eləcə də bu fəallıqlar onların peşəkar irəliləyişinə nə dərəcədə imkan 
yaratdı, yenicə əldə etdikləri biliklərini təcrübədə tətbiq edə bildilərmi və s.
Fasilitatorun müəllimlərlə işinin formatı işin bu mərhələsində qrupda ola bilər. Fasilitator 
müəllimlə kommunikasiya üçün elektron poçtdan istifadə edə bilər. Onun peşəkar  nəzarəti 
altında  olan  müəllimlərin  öz-özünü  qiymətləndirmə  anketini  doldurduqlarından  sonra 
fasilitator  yaxşı  olardı  ki,  nəticələri  analiz  etsin,  problemləri  qruplaşdırsın  və  qrupda 
məsləhətverici görüşlər planlaşdırsın. 
Müəllimin qiymətləndirmə qrupunun işində iştirak
Bildiyimiz kimi, fasilitator eyni zamanda müəllimin qiymətləndirmə qrupunun üzvüdür. 
Məktəb  hər  12-dən  25-ə  kimi  müəllim  üçün  bir  fasilitator  seçir.  Əgər  məktəbin  birdən 
artıq  fasilitatoru  vardırsa,  o  zaman  müəllimlərin  bərkidilməsi  onların  fənn  istiqaməti  və 
kompetensiyalarının əsasında, pedaqoji şuranın qərarı ilə həyata keçirilir.
  Müəllimin peşəkar inkişafının fasilitatorunun, müəllimin qiymətləndirmə qrupunun üzvü 
kimi vəzifəsidir:
  Onun nəzarəti altında olan müəllimlər tərəfindən keçirilən dərsləri dinləsin və onları dərsin 
müşahidəsinin standartlaşdırılmış rubrikasının istifadəsi ilə qiymətləndirsin;
  Onun nəzarəti altında olan müəllimlərin daxili müşahidəsinin hazırlıq görüşlərində iştirak 
etsin;
  Onun nəzarəti altında olan müəllimlər tərəfindən keçirilən dərsin, eləcə də onlar tərəfindən 
həyata  keçirilən  başqa  fəallıqların  əsasında  inkişafetdirici  qiymətləndirmənin  işlənib 
hazırlanmasında iştirak etsin;
  Müəllimin  peşəkar  qovluğunda  təqdim  edilmiş  sənədləri  təyin  edilmiş  kriterilərin  və 
rubrikaların əsasında qiymətləndirsin;
  Müəllim  üçün  kredit  balların  verilməsi,  eləcə  də  onun  üçün  sxemlə  nəzərdə  tutulmuş 
statusun verilməsi, saxlanılması və ya dayandırılması haqqında müəllimin qiymətləndirmə 
qrupunun müzakirələrində iştirak etsin.
Müəllimin peşəkar inkişafının fasilitatorunun xüsusi funksiyası qiymətləndirmə qrupunda 
müəllimlər  üçün  daxili  dərs  müşahidəsinin  və  ya  digər  işlərin  qiymətləndirməsi  əsasında 


52
inkişafetdirici  qiymətləndirmənin  və  tövsiyələrin  çatdırılmasıdır.  Tələb  olduğu  halda, 
fasilitator şəxsən müəllimi qiymətləndirmə qrupunun tövsiyələri ilə tanış etməli və ona bütün 
lazımi  izahatları  verməlidir.  Müəllimin  qiymətləndirmə  qrupunun  tövsiyələri  də  elektron 
sistemə yüklənəcək, konkret müəllimin şəxsi profilində xüsusi ayrılmış sətirdə.
  Belə ki, fasilitatorun işi bir il ərzində belə görünəcəkdir:
1.
  Sxemin işə başladığından sonra, dərs ilinin əvvəlində, onların seçimi bitdikdən və hazırlıq 
prosesi başladığında fasilitator müəllimlərlə işgüzar görüşə başlayır və onlara təlimatlar 
verir ki, öz-özünüqiymətləndirmə anketini necə doldurmalıdırlar.
2.
  Öz-özünüqiymətləndirmə  anketinin  doldurulma  prosesində,  xüsusilə  də  sxemin  işə 
başladığı  birinci  ildə,  fasilitator,  lazım  gəldiyi  halda,  müəllimlərə  fərdi  məsləhətlər 
verməlidir.
3.
  Öz-özünüqiymətləndirmə anketinin doldurulması üçün məktəb tərəfindən təyin edilmiş vaxt 
başa çatdıqdan sonra fasilitator müəllimlərin nəticələrini analiz etməli, problemləri ayırmalı 
və qruplaşdırmalı və bunun əsasında müəllimlərlə qrup görüşlərini planlaşdırmalıdır. Qrup 
görüşlərində müəllimlər üçün problemli mövzular təhlil ediləcəkdir, fasilitator müəllimlərə 
onların bu və ya digər problemlərin həlli üçün hansı fəallıqları həyata keçirməli olduqları 
barədə tövsiyələr verir, eləcə də lazımi resursları təklif edir və məsləhətlər verir. Görüşlərin 
nəticəsində müəllimlər fərdi peşəkar iş planının tərtibi üzərində işləyirlər, onlar elektron 
sistemdə, öz profillərinə yükləyirlər. Məsləhətverici qrup görüşləri tam il ərzində davam edir, 
onların sayı məktəbin və müəllimlərin tələbatından asılıdır.
4.
  Onun peşəkar nəzarəti altında olan müəllimlərin işinə diqqət verir və lazım gəldiyi halda, 
tövsiyələr verir. 
5.
  Dərsdə  müşahidənin  əvvəlcədən  işlənib  hazırlanmış  qrafikinin  əsasında,  fasilitator 
müəllimlərin  dərslərinin  qiymətləndirilməsini  həyata  keçirir.  Ona  müəllimlər  üçün 
inkişafetdirici qiymətləndirmənin verilməsində xüsusi rol həvalə olunur.
6.
  Birdən  çox  fasilitatoru  olan  məktəblərdə  məktəbin  daxilində  fasilitatorlar  arasında 
əməkdaşlıq  vacibdir.  Dərs  ilinin  əvvəlində,  onların  peşəkar  nəzarətləri  altında  olan 
müəllimləri  tərəfindən  doldurulmuş  öz-özünüqiymətləndirmə  anketlərini  və  fərdi  iş 
planlarını  analiz  etdikdə,  yaxşı  olardı  ki,  fasilitatorlar  birlikdə  toplaşıb  aşkarlanmış 
probemləri təhlil və analiz etsinlər və vahid strategiyanı işləyib hazırlasınlar. Eləcə də 
yaxşı olardı ki, dərs ilinin sonunda yekunlaşdırıcı görüşləri də təşkil etsinlər.
Hər akademik il başa çatdıqdan sonra sxemlə nəzərdə tutulmuş fəallıqların kafi yerinə 
yetirildiyi  halda,  fasilitatora  1  kredit  bal  veriləcəkdir.  Əgər  məktəbdə  müəllimin  peşəkar 


53
inkişafının fasilitatoru kimi təcrübəçi müəllim seçilmişdirsə, onun təcrübəçi olduğu müddətdə 
müvafiq sayda kredit balları yığılacaqdır, hansılar baş müəllim statusunu əldə etdikdən sonra 
tanınacaqdırlar. 
Məktəb neçə fasilitator seçə bilər? Fasilitatos seçiminin hansı fərqli yolları vardır?
Hər bir məktəbin müəllimin peşəkar inkişafının fasilitatoru olmalıdır. Hər bir məktəbdə 
fasilitatorların sayı verilən məktəbdə müəllimlərin sayına əsasən müəyyənləşdirilir. Məktəb 
hər  12-dən  25-ə  qədər  müəllimə  1  fasilitator  seçə  bilər.  Bu  məktəbə  müstəqillik  verir  ki, 
mövcüd insan resurslarının nəzərə alınması ilə, maksimal olaraq gerçək qərar qəbul etsin və 
məktəbə lazım gəldiyi sayda fasilitator seçsin.
Müəllimlərinin  sayı  12-dən  aşağı  olan  azkontingentli  məktəb  müvafiq  resursunun 
olduğunu  hesab  etdiyi  halda,  1  fasilitator  seçə  bilər.  Əks  halda,  qiymətləndirmə  qrupu 
komplektləşdirilməyəcək və müvafiq olaraq, məktəb fasilitator seçiminin alternativ yoluna 
müraciət etməli olacaqdır  (Ətraflı olaraq, baxın,səh....)
Müəllimin peşəkar inkişafı fasilitatoru kim ola bilər?
Sxemin  fəaliyyətə  düşməsi  zamanı,  yəni  2015-ci  ilin  sentyabr  ayı  üçün  Gürcüstan 
ümumtəhsil  müəssisələrinin  hələ  ki,    gələcəkdə  müəllimin  peşəkar  inkişafı  fasilitatorunun 
funksiyasını  yerinə  yetirmək  öhdəliyi  olacaq  mentorları  olmayacaqdır.  Buna  görə  də  bu 
mərhələdə fasilitator hər hansı bir statusu olan müəllim ola bilər. Hərçənd, məktəbdə fasilitatora  
çox mühüm və məsuliyyətli funksiyanın həvalə edildiyinə görə, Müəllimlərin Peşəkar İnkişafı 
Milli Mərkəzi kriterilər təsdiq etmişdir, hansıların əsasında da məktəbin pedaqoji şurası təqdim 
edilən namizədlər arasında onun üçün daha çox qəbul edilən namizədi/namizədləri seçməlidir.
Fasilitatordan  öz  həmkarları  və  məktəbin  administrasiyası  ilə  intensiv  və  müsbət 
əməkdaşlıq tələb ediləcəkdir. O, eləcə də kifayət qədər məsuliyyətli qərarlar da qəbul etməlidir. 
Fasilitatorun işinin nailiyyətli və həqiqətən də məhsuldar olması üçün əlbəttə ki, peşəkar bilik 
təcrübədən başqa, namizədin şəxsi xassələrinin də nəzərə alınması çox vacibdir.
 Verilən məktəbdə müəllim kimi çalışmasının minimal olaraq ikiillik stajı olan fəaliyyətdə 
olan müəllim də fasilitator ola bilər. Müəllim kimi çalışması təcrübəsi ilə yanaşı namizədin 
öz  həmkarlarını  yaxşı  tanıması  və  bununla  onların  etimadları  ilə  faydalanması  olduqca 
əhəmiyyətlidir.
Fasilitator seçimi iki əlamətlə həyata keçirilir  - peşəkar və şəxsi xüsusiyyətlərin əsasında, 
onlar namizədlərin qiymətləndirilməsində olduqca vacibdirlər.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə