66
əvvəlcədən işlənilmiş kriterilərə əsaslanaraq, öz-özünüqiymətləndirmənin anketi ilə öz
pedaqoji təcrübəsinin
qiymətləndirilməsi;
dərsin və ya başqa dərs fəallıqlarının audio və ya video-yazılarının aparılması və sonra
əvvəlcədən işlənib hazırlanan kriterilərə əsaslanaraq onların analizi;
şagirdlərin
və valideynlərin
Şagirdlərin və valideynlərin qarşılıqlı müsahibəsinin, fokus-qrupun, anketləşdirmənin və
başqa yolla əldə
edilmiş nəticələrin analizi;
„Tənqidi yoldaş təsisatı“;
Məktəbin müdiriyyətindən alınan qarşılıqlı təsir,hansını müəllim mütəmadi olaraq keçirilmiş
dərsdən və ya dərs fəallıqlarından sonra
dərs ili ərzində ala bilər;
Peşəkarportfolionunanalizi;
Yazılı bloq /qeydlər gündəliyi.
ÖZ-ÖZÜNÜQIYMƏTLƏNDIRMƏ ANKETI
Sxemdə öz-özünüqiymətləndirməhansı metodla həyata keçirilir?
Yuxarıda sadalanan öz-özünüqiymətləndirmə metodlarından məlumat kitabçasında xüsusi
diqqət müəllimin öz-özünüqiymətləndirmə anketinə verilir, çünki onun aparılması sxemlə
nəzərdə tutulmuş icbari fəallıqlardan biridir. Öz-özünüqiymətləndirmənin standartlaşdırılmış
anketi Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi tərəfindən yerli və beynəlxalq ekspertlərlə
birlikdə işlənib hazırlanmışdır.
Doğrudur, Gürcüstanın ümumtəhsil məktəblərində müəllimlərin bir qismi, müxtəlif
metodlarla, mütəmadi olaraq öz işlərinin qiymətləndirilməsini həyata keçirirdi və keçirir və öz-
özünüqiymətləndirmə nəticələrini öz təcrübəsində nəzərə alırdı, amma bu yalnız bu və ya digər
məktəbin və ya ayrı-ayrı müəllimin şəxsi təşəbbüsü idi. İndiyə qədər öz-özünüqiymətləndirmə
anketi ilə öz işinin qiymətləndirilməsi sistemin tələblərini təqdim etmirdi və rəsmiləşdirilməmişdi.
Qeyd etdiyimiz kimi, sxem hər bir müəllimi öz-özünüqiymətləndirməni həyata keçirməyə
və öz-özünüqiymətləndirmə nəticələrinin analizinə istinad edərək fərdi iş planını işləyib
hazırlamağa məcbur edir. Təbii ki, bütün yeniliklərdə olduğu kimi, bu yeniliklə əlaqədar da
müəllimlər arasında bir sıra suallar yaranır və onlara bu yarımfəsildə cavab verməyə çalışacağıq.
Öz-özünüqiymətləndirmə anketi nəyə əsaslanacaqdır?
Öz-özünüqiymətləndirmə anketi müəllimin peşəkar standartına əsaslanır. Öz-
özünüqiymətləndirmənin əsasında müəllim öz işini müəllimin peşəkar standartı ilə nəzərdə
68
çəkirsə, o zaman qeyd edilən nöqsanların aradan qaldırılması üçün peşəkar inkişafın müxtəlif
fəallıqlarını planlaşdırır.
Bu fəallıqlar ola bilərlər: təcrübənin tədqiqi treninqini keçmək, tədqiqat haqqında peşəkar
ədəbiyyatla tanışlıq, tədqiqat təcrübəsi olan həmkarın təcrübəsi ilə paylaşmaq və s. Qeyd edilən
nöqsanların qarşısının alınması isə müəllimə sxemlə nəzərdə tutulmuş icbari fəallığın həyata
keçirilməsində
köməkil edəcəkdir, məsələn, təcrübənin tədqiqi.
Öz-özünüqiymətləndirmə anketinin strukturu necədir?
Öz-özünüqiymətləndirmə anketi iki istiqamətdən ibarətdir. Bunlardır: 1. Dərs prosesinin
idarəetməsi və 2. Peşəkar məsuliyyətlər, onlar bir tərəfdən, sahələrə, yarımsahələrə, bloklara
və bəndlərə bölünmüşlər. Hər bir bəndi indikator kimi təhlil edə bilərik. Müəllim hər bir
bəndlə öz təcrübəsinin müvafiqliyini dördsəviyyəli qiymətləndirmə cədvəli ilə qiymətləndirir.
Qiymətləndirmənin hər bir səviyyəsi onu göstərir ki, müəllim bu və ya digər bənddə göstərilən
qaydadan pedaqoji işində istifadə edirmi və hansı intensivliklə. Eləcə də qiymətləndirmə anketində,
hər bir bəndin ətrafında qrafa verilir, onu müəllim konkret bəndin onun pedaqoji təcrübəsinə,
xüsusilə də onun iş spesifikasına uyğun olmadığı halda işarələyir. Məs., əgər idman müəllimi öz-
özünüqiymətləndirmə anketini doldurursa və növbəti bəndi qiymətləndirməlidirsə, - şagirdlərdən
xahiş edirmi ki, müxtəlif mənbələrdən alınan biliyi bir-biri ilə əlaqələndirsinlər və ya müxtəlif
elementdən yeni struktur yaratsınlar, - bu zaman növbəti qrafanı işarələyir, mənim təcrübəmə
uyğun deyil, çünki belə bir fəallığın həyata keçirilməsi idman dərsində nəzərdə tutulmamışdır.
Hər bir yarımsahədə verilən bəndlərin doldurulduğundan sonra müəllim öz-özünü refleksiya
edir, şəxsi təcrübəsindən yarımsahədə verilən indikatorların qane edilməsi üçün hansı fəallıqları
həyata keçirdiyinə sübut olan misalları yadına salır. Müəllim öz-özünüqiymətləndirmə vasitəsilə bu
konkret yarımsahədə hər hansı bir bəndin yaxşılaşdırılmasını aşkar edərsə, o zaman bu nöqsanların
qarşısının alınması üçün hansı fəallıqların və necə həyata keçirilməsi yollarını təsvir edir.
Müəllim öz işini qiymətləndirdikdə nə dərəcədə obyektiv olduğunu necə yoxlamalıdır?
Hamıya məlumdur ki, müəllimin hər bir əməli birbaşa şagirdlərin davranışında öz əksini
tapır. Məhz bunun üçün də öz-özünüqiymətləndirmə anketində hər bir yarımsahənin sonunda
şagirdlərin arzuedilən davranışı təsvir edilir. O, müəllimin əməlinin yarımsahədə verilən hər bir
bəndin qaydasına nə dərəcədə uyğun olduğunun birbaşa göstəricisidir.
Nümunə üçün öz-özünüqiymətləndirmə anketindən bir yarımsahənin çıxarışını sizə
təqdim edirik:
İstiqamət:
dərs prosesinin idarəetməsi
Sahə:
dərs prosesi, dərs mühiti