82
Ehtimal metodlar;
Qiymətləndirmə formaları;
Qeydlər üçün qrafa.
Sinifdə xüsusi tədrisə ehtiyacı olan uşaqlar olduğu halda, fərdi xüsusiyyətləri nəzərə almaqla
planı adaptasiya etmək, onlar üçün müvafiq fəallıqlar hazırlamaq lazımdır.
Dərs prosesinin vahid zəncirinin ən başlıca halqası dərsdir. Yaxşı planlaşdırılmış dərs
şagirdlərin nailiyyətlərinin yaxşılaşdırılmasına dəstək verən bir amildir.
Dərsin tərkibinin üç əsas komponenti – məqsəd, vasitələr və nəticə - vasitələrin(təşkilatın
forması, vaxt, dərs fəaliyyətləri, metodlar, resurslar) qarşıya qoyulan məqsədə uyğun və ya çox
yaxın olduqları nəticəyə çatdırıldığında harmoniya yaradır, nəticə isə qiymətləndirmə vasitələri
ilə yoxlanılır.
Hər şey məqsədin formalaşdırılması ilə başlanılır. Şagirdlərin aydın, konkret, həyata
keçirilən məqsədi əldə edib-etmədikləri dərsin sonunda görünməlidir və müəllimə tam dərsin
gedişini diktə edir. Məsələn, “Milli dəyərlərə qarşı müsbət yanaşmanın formalaşdırılması” və
ya “şagirdlər arasında vətənpərvər ruhun oyanması” bir kokret dərsin məqsədi olmayacaqdır.
Məqsədlərdə dərs ərzində yoxlaya bilməyəcəyimizi yazmamalıyıq. Ümumi məqsədi
müəyyənləşdirə biləcəyimiz halda (məsələn, “düşüncəli oxu bacarığının inkişafı”) oradaca
göstəririk ki, konkret olaraq şagirdlər nəyi edə bilməlidirlər (məsələn, “şagirdlər mətnin başlığı və
məzmunun müraciətini müəyyənləşdirir və hər bir abzasın əsas sözləri və ifadələrinə əsaslanaraq
oxunulanı yekunlaşdırırlar”). Dərsin məqsədini müəllim şagirdlərə ya dərsin əvvəlində tanış edir
və ya şagirdlərə təkan verir ki, onu özləri müəyyənləşdirsinlər, dərsin gedişindən irəli gələrək.
Müəllim məqsədi müəyyənləşdirənə qədər fikirləşir ki, şagirdlərdə işləniləsi mövzu
ilə əlaqədar hansı həyati təcrübə və ötən bilikləri ola bilər, şagirdləri nə maraqlandıra bilər,
şagirdlərə öyrənilən materialın dəyərini necə anlatsın, hansı fənnin hansı məsələ ilə əlaqəsini
göstərsin, hansı fəallıqları seçsin ki, şagirdlərin özləri nəticəyə gəlsinlər, bütün bunlara nə qədər
vaxt və hansı resurs lazım olacaqdır, şagirdlər tərəfindən materialın başa düşülməsi-işlənilməsini
hansı yolla qiymətləndirsin, yəni qısaca olaraq, müəllim dərsin planının bütün komponentlərinin
qarşılıqlı yanaşmasını düşünür.
Dərsin planlaşdırılması zamanı tez-tez buraxılan səhvlərdən biri fəallıqların çoxluğunun
olmasıdır, amma onların hər birinə nə qədər vaxtın lazım gəldiyini təsəvvür edəndə məqsədə
dönürük və yenidən fəallıqlar üzrə fikrə qayıdırıq. Resurslar haqqında da eyni sözləri demək
olar. Bunun üçün inamla demək olar ki, dərsin az əhəmiyyətli komponenti yoxdur. Dərs bir
bütövdür, onun bütün komponentləri qarşılıqlı əlaqədədirlər və bir-birinə səbəb olurlar.
İstənilən bir plan olduqca çevik olmalıdır ki, müəyyən dəyişikliklərin və əlavələrin daxil
83
edilməsi imkanını versin. Müəllimlik peşəsi yaradıcılıq peşəsidir, müvafiq olaraq, planın müəllifə
improvizasiya imkanını verməsi vacibdir. Bununla belə, sinif canlı bir orqanizmdir, buna uyğun
olaraq, onu planlaşdırdıqda dərsdə özünü göstərə biləcək bütün amilləri nəzərə almaq mümkün
deyil. Bunun üçün, sinfin ehtiyacından irəli gələrək, planı asanlıqla modifikasiya edə bilən
müəllim yaxşı müəllimdir.
Dərsin planlaşdırılması birdir, ikinci isə - onun səmərəli şəkildə həyata keçirilməsidir. Bunun
üçün sinifdə işlənib-hazırlanan məlumatın təşkil edilməsi vacibdir. Dağınıq, əlaqələndirilməyən
və ya qeyri-mütəşəkkil forma ilə çatdırılmış məlumatın qavranılması istifadə edilən sözlərin
mənasının dinləyici üçün aydın olduğunda da kifayət qədər çətindir. Tədrisin məqsədi sadəcə
məlumatın çatdırılması deyil, şagirdlər tərəfindən onun mənimsənilməsi və düşünülməsidir.
Sinif mühitində məlumatın mütəşəkkil çatdırılmasının dərs prosesinin keyfiyyətli aparılması
üçün böyük əhəmiyyəti vardır. Müəllim məsələləri bir-biri ilə əlaqələndirməyə çalışmalı, əsas
ideyaları ayırmalı, əsas fikri əyani və aydın etməlidir ki, şagirdlərə məlumatı anlamaq, yadda
saxlamaq və dərk etmək asan olsun.
Dərsi planlaşdırdıqda fikirləşin:
Dərsimin məqsədi/məqsədləri nədir? Bu məqsədin/məqsədlərin dərsdə əldə edilməsi nə
dərəcədə mümkündür?
Materialda diqqət verəcəyim ən başlıca və mühüm olanı nədir?
İşləniləsi material fənndaxili və fənlər arasında əlaqələrin möhkəmləndirilməsi imkanını
verirmi? Şagirdlərə bu əlaqələri necə göstərməliyəm?
Nəticənin əldə edilməsində hansı fəallıqların və strategiyaların istifadəsi mənə yardım
edəcəkdir?
Materialın əyani şəkildə təqdim edilməsi üçün hansı nümunələr lazım olacaqdır?
Məsələnin hərtərəfli görünməsi üçün şagirdləri hansı fikirlərlə tanış etməliyəm?
Məsələni şagirdlərin bilik və təcrübəsi ilə necə əlaqələndirim?
Məsələnin hərtərəfli görünməsi üçün hansı fərqli fikirləri söyləməliyəm?
Hansı və neçə yeni anlayış və termini daxil etməliyəm və şagirdlərə yadda saxlatmaq üçün
onları hansı yolla asanlaşdırmalıyam?
Məlumatın çatdırılmasının hansı vasitələri şagirdlər üçün materialın qavranılması və anlayışını
asanlaşdıracaqdır (bunlar metaforaların, analoqiyaların, ucadan fikir söyləmə strategiyalarının,
qrafiki təşkilatçıların/koqnitik sxemlərin, İKT və başqasının istifadəsi ola bilər)?
Hansı vasitələrin istifadəsi ilə şagirdlərin maraq və motivasiyalarını artıra bilərəm?
Şagirdlər materialın anlayışı prosesində hansı çətinliklərlə qarşılaşa bilərlər? Onlar hansı
səhvlərə yol verə bilərlər?
84
Qiymətləndirmənin hansı metodları və formalarının istifadəsi ilə dərsin məqsədinin əldə
edilib-edilməməsini qiymətləndirə bilərəm?
Əgər dərsi yaxşı planlaşdırmışsınızsa və bu suallara da cavabınız vardırsa, o zaman bu,
şagirdlərinizin davranışında öz əksini tapacaqdır. Xüsusilə də:
Şagirdləriniz dərsin tədris məqsədlərini başa düşürlər;
Onlar dərsin gedişində alınan məlumatın əsasında dərsin tədris məqsədini özləri
müəyyənləşdirə və ya bir-birinə izah edə bilərlər;
Onlar nəyi edə biləcəklərini və öz bilik və bacarıqlarını necə nümayiş etdirəcəklərini bilirlər;
Onlar məsələnin müvafiq terminologiyasını bilir və istifadə edirlər;
Onlar yeni dərs məsələsi ilə əlaqədar olan əvvəlki təcrübəni xatırlayırlar;
Onlar dərs materialının məzmunu və şəxsi dərs məqsədləri haqqında sualları hazırlayır/
verirlər;
Onlar yeni materialın məzmunu üzərində fəal şəkildə işləyirlər (suallar verir, məlumatı qeyd
edir vəs.);
Onlar əsas ideyanı və mühüm detalları tanıyırlar;
Onlar öyrənilən materialı yekunlaşdıra bilirlər;
Onlar alınan məlumatı gündəlik həyatla əlaqələndirə bilirlər;
Onlar fəndaxili fənlər arası əlaqələr qura bilirlər;
Onlar dərs məqsədinin əldə ediləsi planını hazırlayır və həyata keçirirlər;
Onlar müəllimlərlə birlikdə əvvəlcədən ehtimal edilən səhvləri təhlil edirlər;
Onlar məsələni sinif yoldaşlarına izah edə bilərlər.
Yarımsahə: Təlim və tədris strategiyaları
Müxtəlif tədris strategiyalarının istifadəsi nəinki şagirdlərdə motivasiyanın oyadılması
və onların dərs prosesinə cəlb olunmaları üçün, eləcə də biliklə yanaşı müxtəlif bacarıqların
qazanılması üçün vacibdir (məlumatın axtarılıb və üzərində işlənilməsi, məntiqi və tənqidi
təfəkkür, transfer, problemin həlli, səmərəli kommunikasiya, əməkdaşlıq və s.). Bu bacarıqların
xaricində sürətlə dəyişən gerçəkliklə ayaqlaşa bilməz, hər zaman biliyini yeniləşdirən və
rəqabət mühitində öz yerini tapan müstəqil şəxs kimi formalaşa bilməz. Bu bacarıqlar insanda
anadangəlmə deyil və öz-özünə də inkişaf etmir. Bunda böyük rolu dərs prosesində düzgün
istifadə edilən strategiyalar oynayırlar.
Dərsin planlaşdırılması zamanı müəllim fikirləşməlidir ki, onun tərəfindən planlaşdırılan
fəallıqlar şagirdlərdə hansı bacarığı/bacarıqları inkişaf etdirməlidir. Bu zaman bir tərəfdən Milli
Dostları ilə paylaş: |