Müəllim: Qarayeva Aydan Tələbə: Bağırzadə Məryəm Fakültə


Azad iqtisadi zonaların yaradılması prosesi və növləri



Yüklə 388,39 Kb.
səhifə3/6
tarix11.10.2023
ölçüsü388,39 Kb.
#126829
1   2   3   4   5   6
Regional serbest is

3.Azad iqtisadi zonaların yaradılması prosesi və növləri
Tarixən azad iqtisadi zonaların ilk forması azad limanlar (portlar) ("porto-franko"), yəni alıcı axtarışı zamanı malların müvəqqəti olaraq rüsum ödənmədən saxlanılması, yerli bazarın stimullaşdırılması üçün istifadə edilən ərazilər olmuşdur. Bu ərazilər kimi ilk növbədə iri dəniz limanı və ona yaxın ərazilər istifadə edilirdi. Bu ərazilərə xarici malların rüsumsuz gətirilməsi və çıxarılmasına icazə verilirdi. Müxtəlif inkişaf səviyyələrinə malik olan dövlətlərdə azad iqtisadi zonaların müxtəlif formaları tətbiq edilir. İnkişaf etmiş iqtisadiyyata malik olan dövlətlərdə (Qərbi Avropa Dövlətləri, ABŞ, Yaponiya) üçün dəniz limanlarında rüsumsuz azad ticarət zonaları, azad hava limanları, maliyyə-bank mərkəzləri, offşor zonalar, texniki-tətbiqi zonalar xarakterikdir. Keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrdə (xüsusilə Asiya-Sakit Okean regionu və Latın Amerikası dövlətləri) ixrac-istehsal zonaları daha intensiv fəaliyyət göstərir, belə ki, ixracı artırmaqla, bu dövlətlər öz qarşılarında duran məqsədlərə daha tez nail olmağa çalışır və beynəlxalq əlaqələrinin genişlənməsi, həmçinin daxili sosial, iqtisadi, texniki, texnoloji və digər məsələlərin həlli üçün zəruri olan sərbəst dönərli valyuta ehtiyatlarını artırırlar. Bu kateqoriyada xüsusilə Asiya tipli azad iqtisadi zonalar fərqləndirilir ki, bu zonaların da ən bariz nümunəsi Çinin xüsusi iqtisadi rayonları və xüsusi sahilyanı şəhərləridir. Keçən əsrin 90-cı illərindən başlayaraq azad iqtisadi zonaların təşkilində iki müxtəlif konseptual yanaşmadan istifadə edilir:
 ərazi;
 funksional.
Birinci halda zona, bütün rezident müəssisələrin öz təsərrüfat fəaliyyətlərində güzəştli rejimdən istifadə etdikləri xüsusiləşmiş ərazi kimi baxılır. İkinci yanaşmaya əsasən zona firmanın ölkə ərazisində yerləşdiyi yerdən asılı olmayaraq, müəyyən növ sahibkarlıq fəaliyyətinə tətbiq edilən güzəşt rejimi kimi başa düşülür. Birinci hala misal olaraq Çinin azad iqtisadi zonalarını, Braziliyadakı Manaus zonasını, inkişaf etməkdə olan ölkələrdəki ixrac-istehsal zonalarını göstərmək olar. İkinci yanaşmanın nəticəsi müxtəlif xarakterli müəssisələrə güzəştlər tətbiq edən "nöqtəvi" zonalardır (offşor firmalar, "duty-free" mağazalar və s.). Bu və ya digər dövlət quruluşu üçün hansı zona tipinin daha məqsədəmüvafiq olduğunu birmənalı olaraq müəyyənləşdirmək, bu sualın cavabına təsir edən bir çox amillər səbəbindən qeyri-mümkündür. Azad iqtisadi zonaların yaradılması zamanı onların əsas cəhətlərini nəzərdən keçirmək zəruridir: təsərrüfat fəaliyyətinin təşkilati formaları, ölkə ərazisində istehsal qüvvələrinin yerləşdirilməsi üsulları, azad iqtisadi zonada yaradılan əlavə dəyərin istehsal və bölgü imkanları, azad iqtisadi zonanın sərhədlərinin onunla əlaqəli olan digər təsərrüfat sahələrinə, sferalara, ərazilərə genişlənmə imkanları və s. Lakin, qeyd edilməlidir ki, azad iqtisadi zonaların yaradılması ölkənin və ya regionun inkişafının elementlərindən yalnız biridir. Bu yalnız o zaman mahiyyət kəsb edir ki, fəal struktur və regional siyasət həyata keçirilsin, beynəlxalq iqtisadi münasibətlərin və beynəlxalq ictimaiyyətlə əməkdaşlığın inkişafına zəruri diqqət yetirilsin. Bununla yanaşı, azad iqtisadi zona yaradılarkən vaxt amili nəzərə alınmalıdır. Bəzi qərb iqtisadçılarının araşdırılmalarına əsasən, azad iqtisadi zonanın yaradılması prosesi dörd əsas mərhələyə bölünür: İnvestisiyaya qədərki dövr, İnvestisiya dövrü,Əməliyyat dövrü, İnkişaf dövrü.


Yüklə 388,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə