Müəllim: Qarayeva Aydan Tələbə: Bağırzadə Məryəm Fakültə


Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 388,39 Kb.
səhifə5/6
tarix11.10.2023
ölçüsü388,39 Kb.
#126829
1   2   3   4   5   6
Regional serbest is

5.Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Qanun 4 fəsil və 31 maddədən ibarətdir.
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Bu Qanunda istifadə olunan anlayışlar
1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. Ələt azad iqtisadi zonası – bu Qanuna uyğun olaraq, sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan zona (bundan sonra – Azad Zona);
1.0.2. Azad Zona səlahiyyətli qurumu – bu Qanuna uyğun yaradılan Azad Zonanın fəaliyyətinə məsul olan, Azad Zonada tənzimləməni və nəzarəti həyata keçirən inzibati qurum;
1.0.3. Azad Zona inzibati müəssisələri – developer, mübahisələrin həlli qurumları, Azad Zonada fəaliyyət göstərən hər hansı digər inzibati qurum, habelə Azad Zona səlahiyyətli qurumu tərəfindən təsis olunmuş hüquqi şəxs və ya Azad Zona səlahiyyətli qurumunun tərəfdaş olduğu hər hansı digər hüquqi şəxs;
1.0.4. Azad Zona hüquqi şəxsi – Azad Zona inzibati müəssisələri istisna olmaqla, Azad Zonada Azad Zona qanunvericiliyinə uyğun təsis edilən və fəaliyyət göstərən hər hansı hüquqi şəxs;
1.0.5. Azad Zona ərazisi – Azad Zonanın yaradılması və fəaliyyəti məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ərazi;
1.0.6. Azad Zona qanunvericiliyi – bu Qanun və onun əsasında qəbul edilən daxili qaydalar;
1.0.7. Azad Zona rezidenti – Azad Zonada yaşamaq üçün icazəsi olan hər hansı fiziki şəxs;
1.0.8. Biznes Xidmətləri Mərkəzi – Azad Zona səlahiyyətli qurumu tərəfindən yaradılan, Azad Zonada bütün lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin verilməsinə məsul olan Azad Zona inzibati qurumu;
1.0.9. daxili qaydalar – Azad Zonanın fəaliyyəti ilə bağlı olan münasibətlərin tənzimlənməsi məqsədi ilə Azad Zona səlahiyyətli qurumu tərəfindən qəbul edilən qaydalar;
1.0.10. developer – Azad Zona səlahiyyətli qurumu tərəfindən Azad Zonanın fəaliyyət və inkişaf məqsədləri üçün təsis olunan Azad Zona inzibati müəssisəsi;
1.0.11. developer ərazisi – Azad Zona səlahiyyətli qurumu tərəfindən developerə ayrılmış Azad Zona ərazisinin bir hissəsi;
1.0.12. ezam olunan heyət – əsas iqtisadiyyatın müvafiq orqanının Azad Zonada müəyyən hüquqları və vəzifələri yerinə yetirmək üçün ezam etdiyi heyət;
1.0.13. əmək qaydaları – Azad Zonada əmək münasibətlərini tənzimləyən daxili qaydalar;
1.0.14. əsas iqtisadiyyat – Azad Zona istisna olmaqla, Azərbaycan Respublikasının digər yurisdiksiyası;
1.0.15. əsas iqtisadiyyat orqanları – Azərbaycan Respublikasının dövlət orqanları, bələdiyyələri və hüquqi şəxsləri;
1.0.16. əsas iqtisadiyyat qanunvericiliyi – Azərbaycan Respublikasının normativ hüquqi aktları;
1.0.17. əsas kommunal xidmətlər – əsas iqtisadiyyatda su, elektrik, qaz təchizatı, telekommunikasiya xidmətləri və digər əsas kommunal xidmətlər;
1.0.18. əsas iqtisadiyyat təchizatçıları – kommunal və digər xidmətlərin göstərilməsinə məsul olan əsas iqtisadiyyatın hüquqi şəxsləri;
1.0.19. İdarə Heyəti – Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinə və idarə edilməsinə məsul olan kollegial orqan;
1.0.20. mübahisələrin həlli qurumları – Azad Zonada mübahisələrə baxılmasını və onların həllini təmin edən qurumlar;
1.0.21. reyestr – hüquqi şəxslərin, maddi və qeyri-maddi əmlakların qeydiyyatı.
Maddə 2. Azad Zonanın yaradılması
Azad Zona müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad Zona ərazisində yaradılır.
Maddə 3. Azad Zona qanunvericiliyi
3.1. Azad Zonada Azad Zona qanunvericiliyi tətbiq edilir.
3.2. Azad Zonada əsas iqtisadiyyat qanunvericiliyi yalnız bu Qanunda göstərilən hallarda tətbiq edilir.
3.3. Azad Zona qanunvericiliyi ilə əsas iqtisadiyyat qanunvericiliyi arasında ziddiyyət yaranarsa, Azad Zona qanunvericiliyi tətbiq edilir.
3.4. Bu Qanun ilə daxili qaydalar arasında ziddiyyət yaranarsa, bu Qanun tətbiq olunur.
3.5. Azad Zona səlahiyyətli qurumu Azad Zona qanunvericiliyinin ingilis dilinə tərcümə edilmiş mətnlərinin autentikliyini təsdiq edir. Azad Zona səlahiyyətli qurumu tərəfindən autentikliyi təsdiq edilmiş Azad Zona qanunvericiliyi Azərbaycan dilində olan Azad Zona qanunvericiliyi ilə eyni hüquqi qüvvəyə malikdir. Azad Zona daxili qaydaları Azərbaycan və ingilis dillərində dərc olunur.
Maddə 4. Azad Zonada cinayət qanunvericiliyi
Azad Zonada əsas iqtisadiyyatın cinayət qanunvericiliyi tətbiq edilir.
Qanun 18 may 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanmışdır.


Yüklə 388,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə