Müəllim: Qarayeva Aydan Tələbə: Bağırzadə Məryəm Fakültə


Azad(xüsusi) iqtisadi zona nədir?



Yüklə 388,39 Kb.
səhifə2/6
tarix11.10.2023
ölçüsü388,39 Kb.
#126829
1   2   3   4   5   6
Regional serbest is

2.Azad(xüsusi) iqtisadi zona nədir?
Qloballaşan dünya iqtisadiyyatında əksər ölkələr üçün öz milli iqtisadiyyatlarının açıqlığının, onların dünya iqtisadi sisteminə inteqrasiyasının təmin edilməsi vacib məsələlərdən birinə çevrilmişdir. Ölkələr beynəlxalq əmək bölgüsündə iştirak etməklə öz iqtisadi mənafelərini təmin etməyə, davamlı iqtisadi inkişafa nail olmağa çalışırlar. Milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiya prosesinin dərinləşməsinə, xarici iqtisadi fəaliyyətin canlandırılmasına şərait yaradan ən səmərəli vasitələrindən biri dünyada mövcud olan müxtəlif sahibkarlıq (biznes) zonaları olmuşdur. Onların arasında azad (xüsusi) iqtisadi zonalara xüsusi diqqət verilir. Azad (xüsusi) iqtisadi zonalar ilk növbədə regional üstünlüklər nəzərə alınmaqla iqtisadi artımın sürətlənməsini reallaşdırmağa, ərazinin sosial-iqtisadi inkişafına imkan verir, bütövlükdə milli iqtisadiyyatın inkişafına multiplikasiya təsiri edir. Azad (xüsusi) iqtisadi zonaların yaradılması və fəaliyyətinin beynəlxalq təcrübəsi 1973-cü ildə Gömrük Əməkdaşlığı Şurası tərəfindən təqdim edilmiş «Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında» VIII Kiot Konvensiyasında əks olunmuşdur. Azad (xüsusi) iqtisadi zonaların iqtisadi mahiyyətinə müxtəlif yanaşmalar vardır. Bir çox hallarda tədqiqatçılar Kiot Konvensiyasında qəbul edilmiş yanaşmaya əsaslanırlar. Kiot Konvensiyasına əsasən azad (xüsusi) iqtisadi zonalar və ya «franko zona»dan kənarda yerləşən malların obyekt kimi ölkə ərazisinin bir hissəsi başa düşülür. Azad (xüsusi) iqtisadi zonalar gömrüksüz və ya imtiyazlı ixrac-idxal rejimi tətbiq edilən, digər ölkənin, digər bölgələrin valyuta-maliyyə vəziyyəti ilə fərqlənən, daha sərfəli iqtisadi və coğrafi mövqeyə malik olan ölkə ərazisi və ya onun hər hansı bir hissəsidir. Azad (xüsusi) iqtisadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericilik normaları (rejimi) altında fəaliyyət göstərir və onların bu fəaliyyəti ölkənin xüsusi qanunları ilə tənzimlənir. Bu cür zonaların yaradılması zamanı gömrük tənzimlənməsi və viza rəsmiləşdirilməsi, vergtutma, lisenziyalaşdırma, bank fəaliyyəti, mülkiyyət və girov münasibətləri, imtiyazların verilməsi, azad zonanın idarə edilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Azad (xüsusi) iqtisadi zonaların bir sıra xarakterik xüsusiyyətləri vardır. Bu zonalarda müxtəlif növ güzəşt və stimullar tətbiq edilir. Belə ki, xarici ticarət zamanı ixrac-idxal rüsumları azaldılır və ya ləğv edilir, fiskal güzəştlər tətbiq edilir. Bu güzəştlər vergitutma bazasında, gəlirdən çıxılan xərclərdə, vergi dərəcələrində, vergi azadolmaları və güzəştlərində və digər imtiyazlarda özünü göstərir. Bundan başqa, azad iqtisadi zonalara büdcədən subsidiyalar ayrılır, güzəştli dövlət kreditləri, torpaqdan və əmlakdan istifadəyə görə imtiyazlı icarə haqları verilir, müəssisələrin qeydiyyatdan keçirilməsi prosedurları, qeyri-rezidentlərin ölkəyə girişi-çıxışı sadələşdirilir. Azad (xüsusi) iqtisadi zonalar müxtəlif məqsədlərlə yaradılır, bu müxtəlifliklərə baxmayaraq, onları birləşdirən ümumi cəhətlər də vardır. Bunların arasında iqtisadi, sosial və elmi-texniki məqsədləri göstərmək olar. Bu məqsədlərə nail olunması üçün ölkədə siyasi sabitlik hökm sürməli, yüksək səviyyəli qanunvericilik bazası, yüksək inkişaf etmiş infrastruktur, əlverişli təbii-coğrafi mühit və əlverişli iqtisadi konyunktura olmalıdır. Ən əsası isə azad (xüsusi) iqtisadi zonaların fəaliyyəti və inkişafı üçün stimullaşdırıcı amillər (imtiyazlar, güzəştlər) mövcud olmalıdır.


Yüklə 388,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə