Müəllim: Qarayeva Aydan Tələbə: Bağırzadə Məryəm Fakültə



Yüklə 388,39 Kb.
səhifə1/6
tarix11.10.2023
ölçüsü388,39 Kb.
#126829
  1   2   3   4   5   6
Regional serbest is




Sərbəst iş

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Fənn: Regional iqtisadi siyasət
Müəllim: Qarayeva Aydan
Tələbə: Bağırzadə Məryəm
Fakültə: İnzibati idarəetmə
İxtisas: İqtisadiyyat
Qrup:İ211
Mövzu: Azərbaycan Respublikasının regionlarında xüsusi və azad iqtisadi zonaların yaradılması

PLAN
1.Giriş.
2.Azad(xüsusi) iqtisadi zona nədir?;
3.Azad iqtisadi zonaların yaradılması prosesi və növləri;
4.Azərbaycanda Ələt AİZ-in perspektivləri;
5.Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanunu;
6.Nəticə;
7.İstifadə olunmuş ədəbiyyat.

1.Giriş
Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından birini təşkil edir. Belə ki, Azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı ixrac sələfinin həm çeşidini, həm coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da birbaşa və ya dolayısı ilə valyuta daxil olmalarının artmasına, müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir ki, son nəticədə milli iqtisadiyyat dayanıqlı inkişaf edir və dünya bazarına daha səmərəli inteqrasiya olunur. Belə iqtisadi zonaların yaradılması ayrı-ayrı regionların iqtisadiyyatının inkişafı baxımından təsirli mexanizmdir.
Bu uğur faktorlarını nəzərə aldıqda, eyni zamanda Azərbaycanın şimal-cənub, şərq-qərb ticarət marşrutlarının mərkəzində yerləşməsi Azad Ticarət zonasının yaradılmasını iqtisadi baxımdan səmərəli edir. Ələt qəsəbəsi həm beynəlxalq avtomobil, həm də dəmir yolu xətlərinə ən əlverişli mövqedə yerləşir. Bu da imkan verir ki, Azad ticarət zonası həm əlavə dəyər yaradan, eyni zamanda beynəlxalq paylama məntəqəsi kimi də inkişaf etsin.
Bütün bu yaradılan imkanlar təbii ki, xalqın, millətimizin rifahı naminə atılan ən uğurlu layihələr kimi dəyərləndirilməlidir.



Yüklə 388,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə