Müəllim: Qarayeva Aydan Tələbə: Bağırzadə Məryəm Fakültə


Azərbaycanda Ələt AİZ-in perspektivləri



Yüklə 388,39 Kb.
səhifə4/6
tarix11.10.2023
ölçüsü388,39 Kb.
#126829
1   2   3   4   5   6
Regional serbest is

4.Azərbaycanda Ələt AİZ-in perspektivləri
Müasir dövrdə bir çox ölkələrdə AİZ-lər geniş yayılıb. Məsələn, Çində onlarla belə zonalar var. Bu zonalar əsasən, nəqliyyat qovşaqlarında, dəniz limanlarında təşkil olunur. Azərbaycanda ən ideal yer kimi Ələtin seçilməsi təsadüfi deyil. Ələt qəsəbəsi bu tələblərə cavab verir. Burda iri liman kompleksi, dəmiryol və avtomobil yolları qovşağı var. Buradan həm Böyük İpək yolu, həm də Şimal-Cənub nəqliyyat dəhlizi keçir. Yəni, Avrasiya üzrə həm şərq-qərb, həm şimal-cənub dəhlizləri burada kəsişir. Bu zonaların yubanmasının səbəblərindən biri də şəraitlə bağlıdır, yəni əsas şərt hökumətin orda yüksək səviyyədə infrastruktur yaratmasıdır. Ancaq ixracın təşviqi üçün vergi dərəcəsi cüzi nəzərdə tutulmuş olsa da, dövlət burdan çox itirmir. Əvəzində ölkəyə yeni texnologiyalar gəlir, məhsul bolluğu yaranır, iş yerləri artır və s. Dolayı yolla dövlət xeyli qazanır. AİZ-lərin yaradılması üçün digər optimal məkanlara gəldikdə isə, deyə bilərik ki, gələcəkdə İran, Rusiya və Gürcüstan sərhədlərində də analoji zonalar yaratmaq olar. Bununla dövlət həmin bölgələrin inkişafını da təmin etmiş olar. Ələt azad iqtisadi zonası ilk təcrübədir. Burda uğur qazanılmaası, belə zonaların qeyd etdiyimiz ərazilərdə də yaradılmasını stimullaşdıracaq. Ekspertlərin çoxu, Azərbaycanda, xüsusən də Ələt zonasında AİZ yaradılmasını məqsədəuyğun sayırlar. Belə zonaların yaradılmasının əsas şərti onun yerləşdiyi ərazinin normal infrastrukturunun olması və beynəlxalq nəqliyyat dəhlizlərinə rahat çıxışının olmasıdır. Azərbaycanın təbii resursları, coğrafi mövqeyi, nəqliyyat və infrastrukur sistemləri və s imkanları AİZ-lərin təşkil olunması üçün əlverişli şərait yaradır. Burada xarici və yerli investorların cəlb edilməsi üçün güzəştlər əlverişli olmalıdır ki, bunun da olacağı məlumdur. Qonşu ölkələrlə sıx iqtisadi əlaqələr yaratmaq, dünya ticarət sisteminə çıxmaq üçün belə zonaların böyük əhəmiyyəti var. Bu cür zonalarda iş yerləri də çox olur, məhsul istehsalı və satışı çoxalır. AİZ-lər iqtisadi sahədə azad rəqabət və sərbəst bazar prinsiplərini özündə ehtiva edir. Bu isə, ölkədə iqtisadi aktivliyi, rəqabət mühitini və azad biznesin inkişafı üçün imkanları artırır. Belə zonaların fəaliyyətindən dövlətin vergi və gömrük rüsumları əldə edə bilməyəcəyi haqda fikirlərə gəldikdə isə, deməliyik ki, bu, ciddi arqument ola bilməz. Burada dövlət birbaşa deyil, dolayı dividentlər əldə edir. AİZ-lərin mahiyyəti elə bundan ibarətdir. Burda dövlət vergidən, kömrükdən itirilsə də, iqtisadin inkişafın verdiyi xeyir nəinki onları artıqlaması ilə kompensasiya edir, üstəlik dövlət bundan daha çox qazanır. AİZ-lərin faəliyyəti ilə bağlı xarici məhsulların bazara rahat və rüsumsuz çıxışının baş verəcəyi və onlarla rəqabətdə yerli istehsalın tənəzzül edəcəyi təhlükəsi haqda fikirlər də əsaslı arqument ola bilməz. AİZ yaradılsa yerli istehsal da xarici istehsalla rəqabətə girməyə və keyfiyyətli məhsul isteh etməyə məcbur olacaq. Hökumət sadəcə bunun üçün lazımi şərait yaratmalıdır. Ölkələr belə zonaların vasitəsilə xarici investisiyanı, aparıcı şirkətləri cəlb edə bilir, həm də ölkənin ixrac potensialını, tranzit imkanlarını, əhalinin məşğulluğunu və ümumilikdə iqtisadi inkişafı genişləndirə bilir.


Yüklə 388,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə