2
XVII əsrin I yarısı və XIX əsrin 70-ci illəri.
Universitetlərin tarix və şərqşünaslıq
fakultələrinin tələbələri və magistlər üçün.
Redaktor: Yaqub Mahmudlu
AMEA-
nın akademiki, tarix elmləri doktoru, professor.
Rəyçilər: X.S.Köçərli
Resp
ublikanın əməkdar müəllimi, tarix elmləri
doktoru, professor.
M.S.Həsənov
tarix elmləri doktoru, professor.
Qarayev Faiq Sarı oğlu.
AMEA-
nın Fəlsəfə və hüquq institutunun dissertantı,
filosof
Ə.X.Əhmədov
Tarix üzrə fəlsəfə doktoru, dosent.
N.S.Hacinskaya
Tarix üzrə fəlsəfə doktoru, dosent.
Ramilə Hüseynli
ADPU-
nun baş müəllimi.
Nuruzadə Şubay Cavad oğlu.
Asiya və Afrika ölkələrinin yeni tarixi. (XVII əsrin I yarısı və
XIX əsrin 70-ci illəri).
Sumqayıt, “Azəri” nəşriyyatı, 2017, 440 səhifə
Kitab A
siya və Afrika ölkələrinin yeni tarixindən bəhs edir. Burada hər bir
ölkənin tarixinin ümumi və xüsusi cəhətləri, siyasi və sosial- iqtisadi həyatı,
aqrar münasibətlər, Avropa dövlətlərinin ekspansiya, koloniyaçılıq və müstəm-
ləkə siyasətləri, milli azadlıq hərəkatının formaları və mərhələləri öyrənilir.
Həmçinin region ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirən daxili və
xarici amillərin rolu, beynəlxalq münasibətlər sistemində dövlətlər arasında
ziddiyyətlər və onun mahiyyəti, maraqlar və maraq dairəsi tərəfsiz, qərəzsiz
tarixçi baxımından obyektivcəsinə təhlil olunur.
Kitab Asiya və Afrika ölkələrinin yeni tarixini öyrənən universitet tələbələri,
şərqşünaslar və magistrlər üçün əlverişli və məqsədəmüvafiq mənbə ola bilər.
İSB№ 978-9952-453-11-9
655 (07) -2017
3
MÜƏLLİFDƏN
Hörmətli oxucular! Asiya və Afrika ölkələrinin yeni ta-
rixi kita
bının I və II cildi birlikdə təxminən 50 il bundan əv-
vəl ruscadan doğma dilimizə tərcümə olunmuş və çap edil-
mişdir. Əlbəttə, həmin dövrün ictimai-siyasi mahiyyətinə görə
tərtib edilmiş həmin dərslikdə çoxlu qüsurlar var idi. Hər iki
qitənin xalqlarının milli dəyərləri, milli azadlıq hərəkatı təhrif
edilir və müasir dövrün tələblərinə cavab vermirdi. Məlum
olduğu kimi, XX əsrin 90-cı illərindən etibarən SSRİ adlı
qüdrətli sistem süquta uğradılmış, dünyada geosiyasi vəziyyət
dəyişmiş, dünya sistemində demokratik məqamlar tədricən
real
laşmaqda idi. Eyni zamanda dünya tarixinin mühüm tər-
kib hissəsini təşkil edən Asiya və Afrika ölkələrində XX əsrin
60-
cı illərindən başlanan milli oyanış yeni mərhələyə daxil
olmuşdu. Bu baxımdan dərsliyin yeni tələblərə cavab verən,
milli mənafelərimizə uyğun olaraq yazılması zərurəti meydana
çıxanda bir çox məhdudiyyətlərlə rastlaşsaq da ulu tanrının
kö
məyilə işə başladıq və kitabın I cildini çapa təqdim etdik.
Odur ki, çətin mərhələlər keçilsə də hər halda uğurlara nail
olduq. Kitabın ərsəyə gəlməsində öz xeyirxahlığı ilə bizə mə-
nəvi dayaq olan ADPU-nun rektoru, tarixçi alim professor
Cəfər Cəfərova, kitabın elmi redaktoru, qayğıkeş və əziz müəl-
lim, akademik t.e.d. professor Yaqub Mahmudluya, ADPU-
nun 1-ci prorektoru professor M.
Cəbrayılova, ADPU-nun elmi
işlər üzrə prorektoru professor Azəf Zamanova, professor
X.S.Köçərliyə, professor M.Həsənova, dosent Ə.X.Əhmədova,
F.S.Qarayevə, t.ü.f doktoru, dosent N.S.Hacinskaya, ADPU-
nun baş müəllimi Ramilə Hüseynliyə, ən nəhayət “Azəri” poli-
qrafiyasının direktoru Mirfazil Əliyevə, həmçinin mətbəənin
btün əməkdaşlarına, kompyuter xidmətləri ilə əlaqədar Cavid
və Azadə Nuruxzadələrə təşəkkürümü bildirirəm.
Hörmətli oxucular! Sovet siyasi sisteminin süqutundan
sonra Asiya və Afrika ölkələrinin tarixi haqqında dərsliyin
ya
zılması ilk təşəbbüslərdən olduğuna görə təbii olaraq dərs-
lik
də müəyyən qüsurlar da ola bilər. Ona görə də xoşməramlı
irad
larını bildirən hər bir oxucuya əvvəlcədən səmimi təşək-
kürümü bildirirəm.
Hörmətlə: Şubay Cavad oğlu Nuruzadə