Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   66   67   68   69   70   71   72   73   74

elliklə  Məzdək  hərəkatına  qoşulmuşdu
393
.  Məzdək  hərəkatının  iştirakçıları 
Camaspın  hakimiyyəti  dövründə  üç  il  təqib  edilib  sıxışdırılmışlar.  Lakin  Camasp 
hakimiyyətdən  düşdükdən  sonra  Qubadın  dövründə  25  -  26  il  ərzində  Məzdək  və 
onun  tərəfdarlarına  toxunulmamışdır.  Nəhayət,  Qubad  əyan  və  ruhanilərlə  sazişə 
gəldikdən  sonra  564-cü  il  yanvarın  25-də  Məzdək  və  onun  tərəfdarlarına  divan 
tutmuşdur.  
Nizamülmülk  ―Siyasətnamə‖  əsərinin  IV  -  V  fəsillərində  Məzdək 
hərəkatı,  onun  təriqəti,  nəhayət,  I  Xosrov  tərəfindən  hərəkatın  yatırılması  və 
Məzdəkin  öldürülməsi  haqqında  I  Xosrova  istinadən  yazır:  ―Məzdəki  öldürmək 
asandır,  lakin  onun  tərəfdarları  olduqca  çoxdur.  Onu  öldürsəm  Məzdəkilər  qaçıb 
dağılar,  əhalini  dəvət  edib,  bərk  istehkamlar  əldə  edər,  bizim  və  ölkənin  işini 
bitirərlər. Biz fikirləşməli, onları elliklə qırıb, bir nəfəri də belə diri qoymamalıyıq. 
Nizamülmülkün yazdığına görə, Qubad və I Xosrov Məzdəki aldadıb ona dedilər 
ki, tərəfdarlarını topla, onlara xələt və hədiyyə vermək lazımdır; onun tərəfdarlarını 
bu adla 20 - 30 və ya 30 nəfərdən ibarət dəstələrə bölüb bağa aparıb məhv etdilər. 
 
ATROPATENA ZƏRDÜġTĠLĠK DĠNĠNĠN 
MƏRKƏZĠDĠR. TEOKRATĠYA. 
ATROPATENA MÖBƏDLƏRĠ TƏRƏFĠNDƏN AVESTANIN 
TOPLANMASI 
 
Zərdüştilik  qədim  Azərbaycan  və  İranda  yaranmış  ən  mühüm 
dünyagörüşüdür.  Bu  dünyagörüşü  Zərdüşt  tərəfindən  təqribən  ikinci  min  illiklə 
2500-ci  illər  arasında  yaradılmışdır.  Zərdüştilik  köçəri  həyatdan  oturaq  və  yaxud 
əkinçiliyə  keçid  dövrünün  məhsuludur.  Sonrakı  dövrlərdə  meydana  çıxmış 
Mitraizm,  Anahitə  pərəstiş,  zərvanilik,  manilik  və  məzdəkilik  (Məzdəizm)  bu 
görüş əsasında  meydana gəlmişdir. Məzdəizm yəhudi, xristian, hətta islam dininə 
də  təsir  göstərmişdir.  Bundan  başqa  bu  dünyagörüşün  təsirini  biz  yunan 
fəlsəfəsində,  o  cümlədən  Heraklit,  Pifaqor  və  Platonda  da  müşahidə  edirik.  Bu 
dünyagörüşünün  iki  mühüm  təkamül  dövrü  olmuşdur.  Birinci  dövr  Məzdəkizm 
dünyagörüşünün  yarandığı,  xüsusən  Avestanın  (Qatlardan  tutmuş  xırda 
Avestayadək) meydana gəldiyi dövrdür. Bu dövr Zərdüşt tərəfdarlarının, Zərdüştün 
özü və onun ailəsinin Əhrimənlə (şər ilə) apardıqları mübarizə dövrüdür. Avestada 
bu mübarizəyə dair əfsanəvi rəvayətlərə təkrarən rast gəlmək olur. Avestada olan 
rəvayət  və  hekayətlərdə  Zərdüşt  bir  sıra  şəxsləri  tərif  edir,  digərlərinə  isə,  əksinə, 
lənət  yağdırırdı
394
. Bu baxımdan tədqiqatçı həmin dövrün ictimai vəziyyətinə dair 
Avestanın  bu  hissəsindən  məlumat  əldə  edə  bilər.  Zərdüşt  özünün  müxalifləri 
tərəfindən  öldürülməsinə  baxmayaraq,  onun  tərəfindən  yaradılmış  dünyagörüşü 
sonralar yaranmış dini təriqətlərdə təzahür etmişdir. 
                                                           
393
 Girşman. Göstərilən əsəri, s. 136. 
394
 Литература древнего Востока. Изд. МГУ, 1984, с. 5 – 40. 


İkinci  dövr  Zərdüşt  dininin  təkamül  dövrü  adlanır.  Bu  dövr  Ərdəşirin 
hakimiyyət başına gəlməsindən Şapurun hakimiyyətə keçməsinə qədər olan dövrü 
əhatə edir. Daha doğrusu, təqribən 150 il. 
Nisbətən  uzun  olan  bu  müddətdə,  Azərbaycanda  olan  möbədlər  Sasani 
şahlarının  nəzər-diqqətini  daha  artıq  özünə  cəlb  etmiş  oldu.  Sasani  şahları 
məzdəizm  dünyagörüşünü  yenidən  bərpa  etmək  məqsədilə  Atropatena  möbədləri 
və  hirbodlarından  istifadə  etməyə  başladılar.  Bu  sülalənin  nümayəndələri  Avesta, 
Xurd  Avestanın  toplanmasında,  Avesta  əlifbasının  (din  dəbirə)  yaranmasında, 
Məzdəizm  qayda-qanunlarının  yenidən  bərpasında  Atropatena  ruhanilərindən 
istədikləri  kimi  istifadə  etdilər.  Teokratik  dövlət  yaradan  Sasanilər  özlərini 
həxamənşilərin varisi hesab edirdi. Buna görə də onlar Avesta və Məzdəizmi əhya 
etməyi qarşılarına məqsəd qoymuşdular. 
Tanser yazır ki, parfiyalılar zəiflədikləri dövrdə ölkədə çoxlu atəşgədələr 
tikdirməyə  başladılar.  Lakin  onlar  bu  işin  öhdəsindən  gələ  bilmədilər
395
.  Lakin 
onların işini davam etdirən Sasani şahları yeni dini mərkəzlər yaratmağa müvəffəq 
oldular. Digər tərəfdən müvafiq məqsədlər güdən Sasanilər bu işi görməyə məcbur 
idilər.  Ona  görə  ki,  bu  zaman  II  Şapurun  dövründə  mərkəzi  Konstantinopol  olan 
xristianlıq  tədricən  Azərbaycan  və  İranda  yayılmaqda  idi.  Şərqə  gəldikdə  isə 
Guşanda  Buddizm  sürətlə  yayılırdı.  Belə  bir  şəraitdə  Sasanilər  Məzdəizm 
ideologiyasını təbliğ etməyə məcbur idilər. 
Sasanilərin  hakimiyyəti  dövründə  Zərdüştilik  bütün  ölkədə  hakim 
ideologiyaya  çevrildi.  Əhəmənilər  hakimiyyəti  devrildikdən  sonra  Yaxın  Şərq 
ölkələrində  ellin  mədəniyyəti,  o  cümlədən  müxtəlif  dini  və  fəlsəfi  görüşlər  geniş 
surətdə  yayılmışdı.  Bu  səböbə  görə  də,  parfiyalılar  ilk  dövrlərdə  ellin 
mədəniyyətinin təsirindən asanlıqla xilas ola bilməmişlər. Bir sözlə, demək olar ki, 
Zərdüştilik  Sasanilərin  hakimiyyət  başına  gəlmələri  ilə  əlaqədar  olaraq 
qüvvətlənməyə  başlamışdı.  Bu  dövrdən  etibarən  dağınıq  məlumatların  toplanıb 
işlənməsinə iqdam edilir. 
Zərdüştilik  dini  təriqət  kimi  Sasanilərin  dövründə  deyil,  hələ  ondan  çox 
əvvəl meydana çıxmışdır. 
Feodalizmin  meydana  gəlməsi  ilə  əlaqədar  olaraq,  dini  əqidə  və 
etiqadlarda  da  böyük  təbəddülat  baş  verdi.  Belə  ki,  feodalizm  özündən  əvvəlki 
quruluşa nisbətən mütərəqqi rola malik olması ilə əlaqədar özünə uyğun yeni dini 
anlayışların  qanunauyğun  bir  tərzdə  dəyişməsini  və  inkişaf  etməsini  qarşıya 
qoymuş  olur.  Azərbaycan  ərazisində  inkişaf  edib  yayılmağa  başlamış  Zərdüşt 
dininə  Midiya  kahinlərinin  də  dini  təlimləri  təsir  göstərmişdir.  Zərdüşt  dini 
Əhəmənilərin  dövründən  etibarən  Azərbaycan,  İran  və  Orta  Asiyanın  qədim 
tayfalarının dini idi.  Bu dinin  əsas müddəası ondan ibarət idi ki,  dünyada  bir-biri 
ilə daim vuruşan iki qüvvə vardır; bunlardan biri xeyir - Ahura Məzda (Hörmüzd), 
                                                           
395
 Tanserin məktubu, s. 12 – 20. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə