Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

Avestanın  hissələri  Yəsna,  Videvdad,  Vispared  və  Yəştdir.  İlkin  Avesta 
bizə  gəlib  çıxmamışdır.  Bir  sıra  pəhləvi  mənbələrində  olan  məlumata  görə  həqiqi 
Avesta  Makedoniyalı  İskəndərin  İrana  olan  hücumu  zamanı,  Persepol  (Təxt-e 
Cəmşad) alındıqda onun tərəfindən yandırılmışdır
377

Əlimizdə  olan  Avestaya  gəldikdə  bu  təkmil  olmayan  kitab  Parfiya  və 
Sasanilərin  ilk  dövründə  həqiqi  Avesta  əsasında  toplanmış  hissələrdən  ibarətdir. 
1771-ci ildə fransız alimi Anketil dü Perron ilk dəfə olaraq Avestanı fransız dilinə 
tərcümə edib nəşr etmişdir. 
Avestanın  kodifikasiyası  IV  əsrə  aiddir.  Sasani  şahı  I  Şahpurun  (309  - 
379) dövründə Zərdüşt dininin ən görkəmli mağlarından olan aturpat Marspandan 
toplayıb təkmilləşdirmişdir. Məlum olduğuna görə Avesta Sasani dövründən daha 
əvvəl  mövcud  olmuşdur.  Makedoniyalı  İskəndərin  göstərişi  əsasında  (e.  ə.  IV 
əsrdə)  Feotamp  Zərdüştiliyin  qədim  dini  kitablarını  öyrəndi.  Eramızdan  əvvəl 
yaşamış Qermipp onların 2 min sətirdən ibarət olduğunu təyin etmişdir
378

Müqəddəs dini kitab olan Avesta fars ədəbiyyatında Vesta, İsta, Əst, Əsta, 
Upastə, Abesta, Bəsta,  ərəb dilində Bestaq formasında göstərilmişdir
379
. Andreasa 
görə fars dilində Avesta pəhləvi dilində olan upastadan əmələ gəlmişdir. Bu sözün 
mənasına  gəldikdə  isə  o,  ―əsas‖,  ―bünövrə‖  deməkdir.  Bartolomeyə  görə  Avesta 
―kömək‖  və  ―sığınacaq‖  deməkdir
380
.  Zərdüşt  öz  təriqət  və  ideologiyasını  təbliğ 
etmək məqsədi ilə onun əsas müddəalarını, parça-parça şer formasında şagirdlərinə 
(mağlara) vəz etmişdir. Ondan sonra onlar Zərdüştün nəğməsinə oxşar dini ayinlər 
yaratmağa  başlamışlar.  Avestanın  hissələri  əvvəllər  şifahi  şəkildə  ona  inananlar 
arasında  əzbərlənir  və  nəsildən-nəslə  keçirdi.  Mənbələrdə  olan  məlumata  görə 
Əhəmənilərin  dövründə  Avestnın  iki  nüsxəsi  mövcud  olmuşdur.  Onlardan  biri 
İstəxrdə  ―Dej  nəpiştək‖,  yaxud  ―Gənc  nəpiştək‖  adı  ilə  məşhur  olan  şahənşah 
sarayının xüsusi dəbirxanasında, digəri isə ―Gənc Şepikan‖da saxlanırmış
381

Artur  Kristensenə  görə  Yəsnanın  IV  fəsli  olan  ―Qatha‖  X,  XIII  və  XIX 
yəştlər Əhəməni imperiyası təşəkkül etdiyi dövrdən daha əvvəl yazılmışdır. V yəşt 
e.  ə.  404-cü  ildə,  XVII,  VIII,  XIV,  IX,  XI,  XXXXXVII  və  XV  yəşt  Əhəmənilər 
imperiyası dövründə qələmə alınmışdır. Videvdad e. ə. 147-ci ildə, IX yəşt e. ə. I 
əsrdə, XIV yəşt isə Parfiya dövründə, Nihayə Xurda Avesta II Şahpurun dövründə 
yazılmışdır
382

                                                           
377
 Karnamake Ardaşire Papakan, Tansarın məktubu və başqaları. 
378
 İ. Purdavud. Göstərilən əsəri, s. 120 – 130. 
379
 İqrar Əliyev. Göstərilən əsəri, s. 15; Бертельс. Новые работы по изучении Авеста. Учение 
записки Ин-та Востоковедения АН СССР, III, 1951. с. 267 – 268.  
380
 Bəyanül Ədyan, s. 17. 
381
 Məcməlül təvarix vəl qisəs, s. 12. Şiz xəzinəsi deməkdir. Makedoniyalı İskəndər I nüsxəni 
yandırmış, II nüsxə isə onun əmri ilə yunan dilinə tərcümə edilmişdir. Bax: Tanserin məkyubu, s. 11; 
Dinkardın III kitabı; Ərdavirafnamə, s. 2. Tarix-e sünənülmüluk vəl-ərz, s. 18. 
382
 Artur Kristensen. Göstərilən əsəri, s. 67 – 80; Bir sıra avestaşünaslar ―Qatları‖ Zərdüştün özünün 
surud və nəöməsi hesab edərək, fikirlərini sübut etmək üçün 53-cü yəsnaya istinad edirlər. 


Avesta İran yaylasının sakinləri olan arilər, onların həyat tərzi və məişəti 
haqqında  ətraflı  məlumat  verir.  Avestada  göstərilən  alver,  pul,  sikkə  ilə  deyil, 
sadəcə olaraq mübadilə yolu ilə edilirdi. Əsas ekvivalent isə qoyun, at, öküz, qatır, 
dəvə  və  s.  heyvan  nəzərə  alınırdı.  Bu  dövrdə  mağlara  —  atrabanlara  (ordu, 
mühafizə  edənlərə)  əmək  haqqı  natura  ilə  ödənilir.  Avestada  qədim  şəhərlərdən 
ancaq  Babilin  adı  çəkilir.  Hələ  Əhəmənilərdən  əvvəl  Midiya  dövründə  dövlət, 
habelə  dini  mərkəz  olan  Hekmatana  (Həmədanın)  haqqında  Avestada  məlumata 
təsadüf  edilir.  Bir  sıra  tədqiqatçı  bu  adın  Neynəva  olduğunu  iddia  edirlər.  Lakin 
Rangha  Avestada  təkrar  qeyd  edilən  çay  adıdır.  Şübhəsiz,  bu  çayı  müasir  Amu-
Dərya  ilə  eyniləşdirmək  daha  məqsədəuyğundur.  Ehtimal  ki,  göstərilən  şəhər  də 
həmin  çayın  kənarında  olmuşdur.  Dara  tərəfindən  Bisütun  qayasında  e.  ə.  520-ci 
ildə  yazılmış  kitabədə  Avestanın  adının  çəkilməsi  sübut  edir  ki,  Avesta  o  dövrdə 
yazılı şəkildə mövcud olmuşdur. 
Avesta,  onun  dövrü,  harada  meydana  çıxması  haqqında  orta  əsr 
müəlliflərinin əsərlərində külli miqdarda məlumata rast gəlmək olar. 
Əbu  Cəfər  Məhəmməd  ibn  Cəfər  Təbəri  Zərdüşt  və  onun  kitabı  Avesta 
haqqında  yazır:  ―Məlum  olsun  ki,  Zərdüşt  Spitman  Gəştasibin  şahlığı  dövründə 
özünü peyğəmbər elan etmişdir. Gəştasibin əmri ilə dəbirlər Zərdüştün dediklərini 
qızıl  suyu  ilə  12  min  öküz  dərisinə  yazdılar‖
383
.  Gəştasib  həmin  kitabı  öz 
xəzinəsinə  qoyub,  onun  qorunmasını  bir  dəstə  müqəddəs  və  inanılmış  şəxslərə 
tapşırdı. Digər tərəfdən əhali onun ehkamlarını öyrənməyə başladı. Təbəriyə görə 
onun dövründə də bəzi mağlar Zərdüşt dininin ehkam və dualarını əzbər bilirdi
384

Məsudiyə görə də Avesta 12 min öküz dərisinə yazılmışdı
385
 
Zərdüşt  dininin  əxlaqi  təlimi  3  əsası  olan  yaxşı  düşüncə,  gözəl  bəyan  və 
xeyirxahlıq  üzərində  qurulmuşdur.  Bu  dinin  təlimlərində  ailə,  övlad  tərbiyəsinə 
xüsusi fikir verilir. 
Bu  dinə  qail  olan  hər  bir  şəxs  öz  gündəlik  həyatında  düz  danışmalı, 
yalançılığa  yol  verməməli,  cəmiyyətin  fəal  üzvü  kimi  əkinçilik  və  maldarlıqla 
məşğul  olub,  bataqlıqları  qurudub,  onun  məhsuldar  torpağa  çevrilməsinə  səy 
göstərməlidir.  Bundan  başqa  bu  təriqətə  inananlar  ziyanvericilərə  qarşı  da  daim 
mübarizə aparmalıdır. 
Beləliklə,  məzdəizm  (Zərdüştilik)  antik  dövrün  ideoloji-fəlsəfi,  dini  və 
həyati  dünyabaxışıdır.  Bu  ideologiya  ―Avesta‖da  öz  əksini  tapmışdır.  ―Avesta‖nı 
yalnız bir xalqın dini, dünyəvi və həyati ideologiyası hesab etmək yanlışdır. Məhz 
―Avesta‖ böyük bir ərazidə yaşamış müxtəlif tayfa, qəbilə nəhayət, xalqın fəlsəfi, 
mənəvi  mədəniyyət  nümunəsidir.  Azərbaycan,  İran,  Orta  və  Kiçik  Asiyada  geniş 
surətdə  yayılmış zərdüştilik  ərəb işğallarına, hələ ondan  sonrakı dövrlərdə sayı az 
olsa da, müasir dövrümüzə qədər onun tərəfdarları gəlib çıxmışdır. 
                                                           
383
 M. Təbəri. Tarix-e Təbəri. I cild, s. 440. 
384
 Yenə orada. 
385
 Məsudi. Göstərilən əsəri. II cild, s. 241. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə