Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
  1   2   3   4   5   6   7   8   9   ...   74


Müəllifin vəsaiti hesabına nəşr olunur 
 
 
Əsəri Azərbaycan EA Tarix İnstitunun 
elmi şurası çapa məsləhət görmüşdür. 
 
 
Elmi redaktoru: Tarix elmləri doktoru S. M. Onullahi 
Rəyçilər; tarix elmləri doktoru, elm xadimi S. B. Aşurbəyli, 
Tarix elmləri doktoru K. H. Əliyev. 
 
 
Abdulla  Həsənalı  oğlu  Fazili.  Ulusunu  tanımayan  tanrısını  tanımaz. 
(Atropatena e. ə. IV – e. VII əsri) – Bakı: E 1992. – 216 s. 
 
 
İSBN 5-8066-0451-9 
 
 
Əsər təqribən II əsri əhatə edir. III Dara Makedoniyalı İskəndər tərəfindən 
məğlub  edildikdən  sonra  Əhəməni  imperiyası  dağılır.  Məhz  həmin  tarixdən 
etibarən Atropatın başçılığı ilə Azərbaycanda müstəqil Atropatena dövləti yaradılır 
və bu sülalə 350 ilə yaxın yaşayır. 
Monoqrafiyada  Azərbaycan  xalqının  Roma  işğalçılarına  qarşı  apardığı 
müharibə  Atropatenanın  tarixi  coğrafiyası,  iqtisadiyyatı,  şəhərlərin,  ticarəti  və 
ticarət  yolları,  habelə  göstərilən  ərazidə  aparılan  arxeoloji  qazıntıların 
nəticələrindən bəhs olunur. 
Burada azərbaycanlıların dini etiqadı məsələləri də öz əksini tapmışdır. 
 
 
 
H    0503020907 - 260       Elansız – 92 
        655 (07) – 92 
 
 
 
 
 
© Fazili A. H., 1992 
 


Redaktordan 
 
Vətənimizin  ərazisində  təşəkkül  tapmış  ən  qədim  dövlətlərdən  biri  olan 
Atropatena  dövlətinin  sosial-siyasi,  iqtisadi  və  mədəni  tarixi  Azərbaycan 
tarixşünaslığında ən zəif öyrənilmiş sahələrdən biridir. Bunun əsas səbəbi müvafiq 
yazılı  mənbələrin  olmaması,  eləcə  də  qədim  Atropatena  dövlətinin  əhatə  etdiyi 
ərazidə  məqsədyönlü  arxeoloji  qazıntıların  demək  olar  ki,  aparılmaması,  antik  və 
erkən  orta  əsr  müəlliflərinin  verdiyi  məlumatların  sistemləşdirilib  elmi  təhlildən 
keçirilməməsindən  ibarətdir.  Lakin  fraqment  xarakterli  məlumatların  və  eləcə  də 
təsadüfi  arxeoloji  (Həsənlu  və  Təxt-e  Süleyman  qazıntıları  istisna  təşkil  edir) 
tapıntıların  müqayisə  və  ümumiləşdirilməsi  müəllifin  müəyyən  elmi  nəticəyə 
gəlməsinə, atropatenaşünaslıqda yeni söz deməsinə imkan vermişdir. Ərşə, Germi, 
Muğan  və  başqa  mahallarda  son  illərdə  əldə  edilmiş  arxeoloji  materialların 
tədqiqata  cəlb  edilməsi  müəllifin  gəldiyi  elmi  nəticələrin  sanbalını  daha  da 
artırmışdır. 
Əsərdə  Atropatenanın sərhədləri,  təbii-coğrafi şəraiti,  dövlətin təşəkkülü, 
ölkənin  təsərrüfat  həyatı,  əhalinin  məşğuliyyəti,  şəhər  həyatı,  ticarət  əlaqələri, 
Roma işğalçılarına qarşı qəhrəmanlıq mübarizəsi, Zərdüştiliyin dövlətin həyatında 
oynadığı rol, məzdəkilər hərəkatı və s. barədə ətraflı məlumat verilmişdir. Müəllif 
ilk dəfə olaraq Atropatena hökmdarları sülaləsinin – Atropatilərin şəcərə cədvəlini 
tərtib  etmişdir.  Bu  tədqiqat  əsəri  müəllifin  uzun  və  gərgin  axtarışlarının  
məhsuludur. 
Müəllif  Atropatena  tarixinin  bəzi  problemlərinə  özünün  ―Azərbaycanın 
qədim tarixi İran tarixçilərinin əsərlərində‖ (Bakı, 1970), ―Azərbaycanın qədim və 
ilk orta əsr tarixi İran tarixşünaslığında‖ (Bakı, 1986) monoqrafiyalarında və silsilə 
məqalələrində toxunmuşdur. 
Oxuculara təqdim olunan  bu  əsər  həm  faktiki  materialların  zənginliyi, 
həm də elmi təhlilin nəticələri baxımından atropatenaşünaslığa yeni bir töhfə hesab 
edilə  bilər.  Doğrudur,  müəllifin  gəldiyi  nəticələrin  hamısı  ilə  razılaşmaq  çətindir. 
Məsələn,  Atropatena  əhalisinin  etnik  tərkibi,  ölkədə  mövcud  olmuş  teokratiya, 
dövlət idarə  sistemi və  s.  haqqında  deyilən  fikirlərlə  razılaşmaq çətindir. Kitabda 
mübahisə  doğuran  başqa  mülahizələrə,  metodoloji  ardıcıllığa  əməl  edilməməsi 
hallarına da təsadüf edilir. 
Bütün  bunlara  baxmayaraq,  böyük  zəhmətin  və  gərgin  elmi  axtarışların 
məhsulu  olan  bu  kitabın  geniş  oxucu  kütləsi  tərəfindən  maraqla  qarşılanacağı 
şübhəsizdir. 
 
 
 
 
 


ÖN SÖZ 
 
Valideynlərim ġeyx Həsənalı və Rəna  
xanımın əziz xatirəsinə həsr edirəm 
 
Zəngin  təbii-coğrafi  şəraitə  malik  olan  Azərbaycan  (Atropatena)  ərazisi 
tarixən  insanın  formalaşmasında  dünyada  ilkin  məskənlərdən  biri  olmuşdur.  Bu 
ərazi  cəmiyyət  tarixinin  müxtəlif  mərhələlərini  özündə  nümayiş  etdirən  abidələr 
diyarıdır;  Urmu,  Ərdəbil,  Meşginşəhr,  Mərənd,  Sarab,  Təbriz,  Miyana,  Marağa, 
Zəncan,  Magı,  Germi  və  digər  ərazilərdə  dövrümüzə  qədər  gəlib  çatan 
mağaralardan  tutmuş  Həsənlu,  Göytəpə,  Qaratəpə,  Muğan,  Təxt-e  Süleyman, 
Mərənd,  Gənctəpə  və  s.  abidələr  tarixliyi,  zənginlik  və  əzəmətinə  görə  indi  də 
insanı heyrətə gətirir. 
Hər  xalqın  əcdadı  tərəfindən  yaradılan,  vaxtilə  öz  övladlarına  yadigar 
qalmış  abidələr  kimi,  atropatenalılar  da  öz  nəsillərinə  olduqca  qiymətli,  zəngin 
maddi-mədəniyyət nümunələri, abidələr qoyub getmişlər. Lakin yadelli işğalçıların 
ardı-arası kəsilməyən hücumları nəticəsində Atropatenanın mədəni abidələri ciddi 
dağıntılara  məruz  qalmışdır.  Tarixi  abidələrin  qorunub  saxlanılması,  onun 
nəsildən-nəslə  çatdırılması  çox  mühüm  dövləti  əhəmiyyətə  malikdir.  Təəssüf  ki, 
İranda  şahlıq  rejiminin  baxımsızlığı  nəticəsində  bir  sıra  mədəniyyət  nişanələri 
aradan  getmişdir.  Lakin  qeyd  etməliyəm  ki,  1979-cu  ildən  etibarən  İranda  İran 
İslam  Cümhurisinin  tarixi  abidələrə  olan  qayğısı  nəticəsində  xalqımızın  olduqca 
qiymətli,  tarixi  və  zəngin  maddi  mədəniyyəti,  habelə  abidələri  dağılmaq 
təhlükəsindən  xilas  edilməklə  bərabər,  onların  bir  qisminin  bərpa  edilməsinə 
başlanmışdır. 
Xalqımızın  zəngin  və  mənəvi  irsə  malik  olmasını  bir  sıra  xarici  ölkə 
alimləri də inkar etmir.  Lakin bəzi qərb, xüsusən İranın burjua alimləri tərəfindən 
tariximizin  təhrif  edilməsinə  yol  verilir.  Onlar  Azərbaycan  tarixini,  Azərbaycan 
xalqının dilini və mədəniyyətini İran tarixi və mədəniyyəti içərisində ―həll‖ etməyə 
səy göstərirlər. Onlar habelə Azərbaycanın tarixi sərhədlərini belə təhrif etməkdən 
çəkinmirlər. Cəmaləddin Fəqih, Cavad Məşgur, Mənucehr Mürtəzəvi, Ə. Yəzdi bu 
qəbil  tarixçilərdəndirlər.  Məhz  buna  görə  də  əsərdə  tarixi  faktlara  əsaslanıb, 
saxtakarlara ciddi elmi cavab verməyə səy göstərilir. 
İnsan  cəmiyyətinin  bütün  dövrlərinə  aid  abidələr  diyarı  olan  Atropatena 
hələ  keçən  əsrdən  etibarən  dünya  tədqiqatçılarının  nəzər-diqqətini  cəlb  etmişdir. 
Lakin Atropatena tarixini əhatə edən bu əsərdə ölkənin  ictimai-iqtisadi tərəfindən 
istənilən səviyyədə tədqiq edilməmişdir. 
Atropatenanın  eramızdan  əvvəl  IV  –  eramızın  VII  əsrlər  tarixini  əhatə 
edən bu əsərdə ölkənin ictimai-iqtisadi və mədəni-siyasi tarixi araşdırılır. 
Atropatena  satraplığı  iqtisadi-ictimai  inkişaf  səviyyəsi  baxımından 
Əhəmənilərin  digər  satraplıqlarından  fərqlənirdi:  daha  doğrusu,  Atropatena 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə