Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

Məşhur Çexoslovakiya şərqşünası O. Klimanın göstərdiyinə görə, Məzdək 
hərəkatı heç də dinin təsiri altında olmamışdır
387

Şəhristaninin  yazdığına  görə  Məzdək  öz  çıxışlarında  deyirdi  ki,  insanı 
allah bərabərhüquqlu yaratmışdır. Lakin bir qrup adamlar varlanıb bütün sərvəti öz 
əllərinə toplamışlar, bu mal-dövləti onların əllərindən alıb bütün insanlar arasında 
bərabər  surətdə  bölmək  lazımdır
388
.  Şəhristani  davam  edərək  yazır:  insanların  bir 
hissəsi həm çoxlu mala və həm də çoxlu qadına malikdir. Buna görə də varlıların 
mal-dövləti  və  qadınını  alıb  yoxsullar  arasında  paylaşdırmaq  və  onlar  arasında 
bərabərlik yaratmaq lazımdır
389
.  
496-cı  ildə  quraqlıq  nəticəsində  baş  verən  qıtlıq  Məzdəkilər  hərəkatının 
başlanmasına təkan verdi, onlar mülkədarlara hücum edib onların torpaq sahələrini 
ələ keçirir və öz aralarında bərabər surətdə bölürdülər. Bu səbəbdən də Məzdəkilər 
tezliklə  məzlum  və  yoxsullar  tərəfindən  rəğbətlə  qarşılandılar.  İqtisadi-siyasi 
cəhətdən  ağır  vəziyyətdə  olan  ölkəni  xilas  etmək  məqsədi  ilə  Qubad  (488  -  531) 
onlarla  sazişə  girib,  müqavilə  bağlamalı  oldu.  Lakin  bütün  bunlara  baxmayaraq 
İranda  və  Atropatenada  feodal  zülmünə  və  Sasanilər  hakimiyyətinə  qarşı  xalq 
hərəkatı daha da genişləndi. V əsrin 80-ci illərindən başlamış Məzdəkilər hərəkatı 
feodal istismarına qarşı qüdrətli xalq üsyanına çevrildi
390
. Belə bir şəraitdə mərkəzi 
hakimiyyət  böyük  torpaq  sahələrinə  malik  olan  din  başçıları  və  əyanların 
özbaşınalığının qarşısını almaqda da aciz idi. Ona görə ki, istər ruhanilər, istərsə də 
mülkədarlar  mövcud  dövlətlə  razılaşmadan  müəyyən  işlər  görürdülər.  Bu  hal  da 
istər-istəməz Qubadı narahat edirdi. 
 
Məzdəkilər hərəkatına Məzdək Bamdadan rəhbərlik edirdi. O, ilk dəfə öz 
təlimini  Həmədan  rayonunda  yaymağa  başlamışdı.  Hərəkatın  əsas  hərəkətverici 
qüvvəsini öz ağalarına qarşı mübarizə aparan icmaçı kəndlilər təşkil edirdi. Qullar 
və  nökərlər  də  onlara  qoşulmuşdular.  Hərəkatda  sənətkarlar,  şəhər  yoxsulları, 
bəzən  xırda  və  orta  torpaq  sahibləri  də  iştirak  edirdilər.  Məzdəkilərin  ölkə 
daxilində  böyük  nüfuz  qazanıb  çoxlu  tərəfdar  toplamaları  yuxarı  təbəqəni  bərk 
təşvişə  saldı.  Ona  görə  də  onlar  Məzdəkilərə  qarşı  düşmənçilik  münasibəti 
bəsləyən bacarıqlı bir şəxsin hakimiyyət başına gətirilməsinin tərəfdarı idilər. 
529-cu  ildə  iri  feodallar  I  Qubad  və  onun  oğlu  I  Xosrov  başda  olmaqla 
hərəkatı yatırdılar. 
Üsyan  başçıları,  o  cümlədən  Məzdək  öldürüldü.  Bütün  ölkədə 
Məzdəkilərin  kütləvi  qırğını  başladı.  80  min  nəfərə  qədər  adam  öldürüldü
391

Məzdək hərəkatı nəticəsində iri kahinlərin dövlət rütbələri siyahısından birinci yeri 
itirdi və dünyəvi vəzifə sahibləri ilk plana çəkildilər. Məzdəkilər hərəkatı pis təşkil 
                                                           
387
 O. Klima. Mazdak, Praqa, 1957, s. 130. 
388
 Şəhristani. Göstərilən əsəri, s. 291. 
389
 Yenə orada. 
390
 Azərbaycan tarixi, I cild, Bakı, 1958, s. 103 – 104. 
391
 Azərbaycan tarixi, s. 104. 


edilmiş  kortəbii  bir  hərəkat  idi.  Üsyançılar  hərəkatın  inkişaf  qanunlarını  düzgün 
başa  düşmürdülər.  Bütün  kəndli  hərəkatında  olduğu  kimi,  Məzdəkilərin  də  aydın 
proqramları yox idi. Kəndli üsyanları ona görə məğlub olmuşlar ki, bu üsyançılar 
kortəbii  çıxış  edirdilər,  üsyanın  heç  bir  siyasi  və  iqtisadi  tələbləri  yox  idi.  Daha 
doğrusu,  dövlət  çevrilişi  məqsədini  qarşıya  qoymamışlar.  Kəndlilərin  kortəbiiliyi 
onların  mübarizə  metodları  ilə  izah  edilirdi.  Üsyanın  nə  məramnaməsi  və  nə  də 
nizamnaməsi yox idi.   
Kəndli  hərəkatıiın  başçıları  və  iştirakçıları  istismarın      ictimai,  iqtisadi 
bərabərsizliyin əsas səbəbi olan istehsal vasitələri üzərində xüsusi mülkiyyəti aydın 
görmürdülər. İstismardan azad olmaq üçün hansı mübarizə metodlarına əl atmağın 
lazım olduğunu bilmirdilər. Onlar yalnız bərabərliyi meydana atır, varlılar üzərinə 
düşüb onların varını əllərindən  alıb öz aralarında  bölməklə kifayətlənirdilər. 
Məzdək  hərəkatının  məhdud  cəhətlərinə  baxmayaraq  bu  üsyan  dövrün 
müstəbid  hökmdarlarını  geniş  zəhmətkeş  kütlələr  qarşısında  müəyyən  ictimai-
iqtisadi və siyasi güzəştlərə getməyə və gələcək kəndli üsyanlarının qarşısını almaq 
məqsədilə I Xosrovu islahat keçirməyə məcbur etdi. Sonrakı feodal zülmünə qarşı 
kəndli hərəkatının inkişafına mənəvi zəmin hazırladı. 
Məzdək  hərəkatının  məğlub  olmasına  baxmayaraq  Məzdəkin adı əsrlər 
boyu  İranın,  Azərbaycanın  və  digər  Şərq  ölkələrinin  zülmə  məruz  qalmış 
xalqlarının xatirəsində yaşamışdır. 
Məzdəkizm  İran  və  Azərbaycan  xalqlarının  feodal  istismarına  qarşı 
sonrakı azadlıq mübarizəsinin gedişinə böyük təsir göstərmişdir. 
Məzdək hərəkatı və onun ictimai xarakteri haqqında Bizans, Suriya, ərəb 
və  İran  mənbələrində  külli  miqdarda  məlumata  rast  gəlmək  olar.  Əbu  Cəfər 
Məhəmməd ibn Cəfər Təbəri özünün ―Tarixe ər-rüsəl və əl-müluk‖ əsərində, Əbu 
Mənsur  Səalibi  ―Yətimət  əd-dəhr‖,  Məsudi  ―Müruc  əz-zəhəb  və  əl-məadin  əl-
cövhər‖, Şəhristani ―Əl-miləl və əl-nihəl‖, Nizamül-mülk ―Siyasətnamə‖, Firdovsi 
―Şahnamə‖  əsərində  Məzdək  hərəkatı  və  onun  ictimai  xarakteri  haqqında  ətraflı 
məlumat  vermişlər.  Bundan  başqa  Bizanslı  Prokopinin  əsərində  də  Məzdək 
haqqında maraqlı fikirlər vardır. Həmin mənbələrdən istifadə edən Çexoslovakiya 
tarixçisi O. Klima və Sovet tarixçisi N. V. Piqulevskaya Məzdək hərəkatı və onun 
tarixi,  ictimai  xarakteri  haqqında  bir  sıra  əhəmiyyətli  tədqiqat  əsərləri  nəşr 
etdirmişlər. Məzdək hərəkatı haqqında Nizamülmülk deyir: ―Əhali gizlin və aşkar 
surətdə  Məzdəkin  ideologiya  və  dünyagörüşünü  qəbul  etdilər‖
392
.  Bu  haqda 
Firdovsi  yazırdı  ki,  cavan  və  yaşlı  olmalarından  asılı  olmayaraq,  bütün  yoxsullar 
onunla birləşdilər. 
Əyan  və  ruhanilərin  özbaşınalığından  və  onların  mərkəzi  hakimiyyətin 
bütün  işlərinə  qarışmalarından  cana  gələn  Qubad  Məzdəkin  tərəfdarları  ilə 
razılaşmağa  və  saziş  bağlamağa  məcbur  olmuşdu.  Girşmanın  yazdığı  kimi  xalq 
                                                           
392
 Nizamülmülk. Siyasətnamə, s. 65. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə