MƏZDƏKĠLƏR HƏRƏKATI VƏ ONUN ĠCTĠMAĠ KÖKLƏRĠ
Məzdəkin rəhbərliyi ilə (496 - 531) Sasani zülmünə və feodallara qarşı
baş vermiş hərəkat, ilk orta əsrlərin ən mühüm ictimai və tarixi hadisələrindən
biridir.
Maniçiliyin təsiri ilə yaranmış Məzdəkilər hərəkatı özünəməxsus spesifik
xüsusiyyətlərə malikdir. Maniçiliyin banisi Mani (216 - 274 və ya 276) Şərq
ölkələrində məşhur rəssam kimi məşhur olmuş və Mani Nəqqaş adı ilə
adlandırılmışdır. Manilik təlimi Sasanilər hakimiyyətinin ilk dövründə İranda,
Orta Asiya və qonşu ölkələrdə Zərdüşt dininə qarşı çevrilmiş geniş dini hərəkat idi.
Maniliyə görə dövrün bütün mövcud dinlərini əvəz edən ümumi bir din
olmalıdır. Bu ümumi din manilikdir və onda Zərdüşti, xristian və bütpərəstlik
dinlərindən götürülmüş ünsürlər də mövcud olmalıdır. Manilik təlimində qədim
yunan fəlsəfəsinin, eyni zamanda Babilistanın qədim dini əqidələrinin də təsiri
görünür. Mani təlimi tərəfdarları xalqı hakim təbəqənin dəbdəbəsinə və
zənginliyinə qarşı çıxış etməklə bərabər, eyni zamanda onları zahidliyə,
nikahsızlığa, fəal həyata dəvət edirdilər. Hakim təbəqənin nümayəndələri
tərəfindən maniliyin amansız surətdə təqib edilməsinə baxmayaraq bu dini cərəyan
sürətlə, xüsusən şəhər əhalisi arasında geniş yayılırdı.
Manilik yeni bir dini cərəyan kimi meydana gəldikdə bir sıra xalqlar
tərəfindən rəğbətlə qarşılanmışdı. Lakin maniliyin bütün dini təriqət və əqidələrdən
iqtibas etməsinə baxmayaraq, onun tərəfindən yaranmış dini anlayış heç də
özündən əvvəlki dini ayinlərin təkrarı deyil, əsas baş xətti və ideologiyası şəxsən
Maninin özü tərəfindən yaradılmışdı.
Maniliyin əsasını iki qüvvə: xeyir-şər və yaxud nur-zülmət təşkil edirdi.
Həqiqətdə onlara görə iki böyük nur və zülmət allahları mövcuddur.
Azərbaycanın ilk orta əsrlər tarixinin iqtisadi və ictimai məsələlərinin
işıqlandırılmasında məzdəkilər hərəkatının da tədqiq edilməsi mühüm elmi
əhəmiyyətə malikdir. Məzdəkilər hərəkatı başlandığı ərəfədə Şərqin digər
ölkələrində
olduğu
kimi
Azərbaycanda
da
feodal
münasibətlərinin
möhkəmlənməsilə əlaqədar olaraq kəndli kütlələrinin vəziyyəti daha da
ağırlaşmışdı.
Pəhləvi dilində Tanser tərəfindən yazılmış ―Tanserin məktubu‖
386
Sasanilər dövrünün iqtisadi-ictimai tarixinin öyrənilməsinə dair mühüm mənbədir.
Bu mənbədə əhali dörd silkə bölünür; onlardan birincisi kahinlər (möbədan-e
möbəd), ikincisi hərbçilər, üçüncüsü mirzələr (dəbirlər), dördüncüsu əkinçi, tacir
və sənətkarlardan ibarət idi.
Dəbirlər silkinə məktubları və aktları tərtib edənlər, yazıçılar, şairlər,
hesabdarlar, hüquqşünaslar, həkimlər, coğrafiyaşünaslar və rüsumçular daxil idilər.
386
Tanserin məktubu. Pəhləvi dilindən tərcümə edəni İbn Müqəffə, pəhləvi dilindən ərəb dilinə İbn-e
İsfəndiyar, Müctaba Minəvinin şərhi ilə, Tehran, 1311, s. 12.
Dördüncü silkə daxil olan tacirlərin və sənətkarların vəziyyəti əkinçilərə
(kəndlilərə) nisbətən yaxşı idi. Tacirlər və sənətkarlar bir çox mükəlləfiyyətlərdən,
o cümlədən hərbi mükəlləfiyyətdən azad edilirdi. Əksinə, bir çox mükəlləfiyyətləri
yerinə yetirməyə məcbur edilən kəndlilərin vəziyyəti isə dözülməz və son dərəcə
ağır idi. Ona görə ki, ikinci və üçüncü silkə daxil olanlar dövlət vergilərindən azad
edilirdi. Bütün vergilər dördüncü silkin, xüsusilə kəndlilərin üzərinə düşürdü.
Birinci və ikinci silkin nümayəndələri (kahinlər və arteşdarlar) icmaçı kəndliləri
daha çox özlərinə tabe edir, onların torpaqlarını əllərinə keçirirdilər. Digər tərəfdən
icmanı dövlət də amansızcasına istismar edirdi. Bu dövrün vergiləri içərisində ən
dözülməz və ağırı can vergisi (gizit) idi. I Xosrovun hakimiyyətinə (531 - 579)
qədər bütün vergilərin müəyyən miqdarı olmadığına görə, dövlət məmurları öz
istədikləri kimi hərəkət edirdilər. Kəndlilər məhsulu götürmədən əvvəl vergini
ödəməli idilər. Bu hal kəndlilərin ağır olan iqtisadi vəziyyətini bir daha
çətinləşdirirdi. Kəndli vergini vermədən nə məhsulu yığa bilər, nə də onu bazara
çıxarıb sata bilərdi.
Gizit 4 dirhəmdən 12 dirhəmə qədər alınırdı. Bu vergini ödəməyənlərin
bütün əmlakı dövlətin ixtiyarına keçirdi. Vergi verməli olan şəxs öldükdə onun
varisi həmin vergini ödəməli idi. Yalnız I Xosrovun islahatından sonra uşaqlar,
qadınlar və 60 yaşından yuxarı olan kişilər can vergisindən azad edilirdi. Deməli,
istər Məzdək hərəkatından əvvəl və istərsə də hərəkat ərəfəsində göstərilən
şəxslərdən can vergisi alınırmış. Kəndlilər bir sıra digər icbari əmək
mükəlləfiyyətlərinin də öhdəsindən gəlməli idi; o cümlədən körpü tikmək, yol
çəkmək, arx qazmaq və su bəndlərinin salınmasında da iştirak etməli idi.
Digər tərəfdən İranla Bizans arasında gedən dağıdıcı müharibələr ölkənin
təsərrüfatının dağılmasına və kəndlilərin böyük tələfatına səbəb olurdu. Köçəri
tayfaların ardı-arası kəsilmədən ölkəyə basqın etmələri də öz növbəsində
zəhmətkeşlərin ağır olan vəziyyətini bir daha ağırlaşdırırdı.
Cəmiyyətin bütün ağırlığı kəndlilərin üzərinə düşürdü. Kəndlilər
mülkədarlar, məmurlar və din xadimləri tərəfindən vəhşisəsinə istismar edilirdilər.
Sasanilər hakimiyyəti dövründə aşağı silkin yuxarı silkə keçməsinə icazə
verilmirdi. Bu dövrün qayda-qanunlarını təsvir edən Firdovsi yazır ki, I Xosrova
pul lazım olur, o, həmin pulu toplamaq üçün əyalətlərə məmurlar göndərir. Bu vaxt
bir nəfər çəkməçi dövlətə böyük miqdarda pul verməyi öhdəsinə götürür. Lakin bu
şərtlə ki, I Xosrov çəkməçinin oğluna oxumaq icazəsi vermiş olsun. Sasani şahı
ehtiyac içərisində olmasına baxmayarq, həmin şəxsin oğluna oxumaq icazəsi
vermir.
Məzdəkilər hərəkatı ərəfəsində quraqlıq və təbii fəlakətlər nəticəsində də
ardı-arası kəsilmədən aclıqlar baş vermişdi. Beləliklə, hərəkatın başlanmasının
iqtisadi və ictimai amilləri meydana gəlmişdi.
Dostları ilə paylaş: |