Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   66   67   68   69   70   71   72   73   74

Azərbaycanın  Şiz  şəhərində  olan  Azərgəşəsp  atəşgədəsində  saxlanılırmış
401

Dinkorda görə, Avesta qədimdə olmuş Avesta deyildir
402

Darmesteterə  görə,  Avesta  güman  ki,  Roma  imperatoru  Neronun  müasiri 
olan  I  Balaşın  (51  -  78) dövründə  toplanmışdır
403
.  Parfiya  hökmdarları  içərisində 
dindarlıqda  I  Balaşın  ailəsi  xüsusi  mövqe  tuturdu.  Lakin  Avestanın  toplanılması 
Atropatena məbədləri tərəfindən başa çatdırılmışdır. 
Avestanın  toplanmasında  Sasanilərin  də  rolu  az  olmamışdır.  Sasanilər 
sülaləsi ata-babadan irsən dindar olmuşdur. Belə ki, vaxtilə Ərdəşirin babası Sasan 
İstəxrdə olan Anahid məbədinin başçısı idi. Sasanilər dövrünün sikkələri üzərində 
atəşgədənin milli simvol kimi verilməsi də öz növbəsində həmin sülalənin Zərdüşt 
dininə olan münasibətini göstərir. 
Bu  hal  qaya  rəsmlərində  də  qabarıq  bir  tərzdə  nəzərə  çarpır.  Dinkorda 
görə,  Ərdəşir  möbədan-e  möbəd    (hirbodane  hirbod)  olan  Tanseri  saraya  dəvət 
edib, Avestanın toplanılmasını ona tapşırır
404
.  
Hələ  I  Şahpur  Hindistan,  Yunanıstan  və  digər  ölkələrdə  dağınıq  şəkildə  
mövcud  olan  tibb,  coğrafiya,        fəlsəfə  və  astronomiya  elminə  aid  məlumatları 
toplatdırıb, Avestaya əlavə etdirmişdi. Bundan sonra da onun dövründə müqəddəs 
kitabın qorunub saxlanılmasına, ona şərh yazılmasına və bir sıra  dini  sənədlərin  
toplanmasına        səy      göstərilmişdi.  II  Şahpurun  dövründə  Avestanın  bəzi   
hissələrinin izahında (təfsirində) ixtilaf yarandığına görə onun göstərişi ilə dövrün 
ən  görkəmli  ruhanisi  Azərbad  marspand  muğların  bir  sıra  səhv  fikirlərini  aradan 
qaldırıb  Avestanı  təkmilləşdirmişdir.  Bu  düzəlişlərdən  sonra  Avesta  ölkənin  bir 
növ qanunlar külliyyatına çevrildi. Azərbaddan sonra da Avestanın  təfsirinə  əlavə  
izahat    yazanlar        olmuşdur.  Belə  ki,  şərqşünasların  tədqiqatı  əsasında      məlum 
olmuşdur  ki,  528-ci  ildən  sonra  Vəndidadın  pəhləvi  təfsiri  hazırda  mövcud  olan 
vəziyyətə  düşmüşdür.  Vəndidadın  IV  Fərkurunun  49-cu  bəndində  I  Xosrov 
Ənuşirəvanın  əmri  ilə  öldürülmüş  Məzdək  Bamdadan  yad    edilir.      Halbuki,  
Avestanın  bu  hissəsi  hələ I Xosrovdan (531 - 579) xeyli əvvəl toplanmışdır. 
Sasanilərin    son  dövrü  olan  VI    əsrdə  din-dəbirə  əlifbasının  (Avesta 
əlifbasına deyilir) tətbiq edilməsinə şərait yaranmış oldu. 
Sasanilər  dövrü  Zərdüştiliyin  ən  yüksək  mərhələyə  qalxdığı  dövr 
olmuşdur. Belə ki,  mağlar həmin dövrdə dini ayinlərin icrasından başqa, dövlətin 
                                                           
401
 İ. Purdavud. Qatha, s. 40. 
402
 Pəhləvi dilində olan mənbələr içərisində Avesta haqqında Dinkord da olduqca dəqiq məlumat vardır. 
Dinkordda olan məlumatın əksəri şərqşünaslar tərəfindən qəbil edilmişdir. Dinkordun özündə belə 
Avestanın Sasanilər dövründə məbədlər tərəfindən toplanılması fikri irəli sürülmüşdür. Dinkordda 
göstərildiyinə görə Zərdüşt spəntman 21 nəskdən (fəsildən) ibarət olan Avestanı Gəşstasba təqdim 
etmişdir. 
403
 Darmesteter. Avesta. Oksford. 1880. 
404
 Tanser Sasani dövrünün ən görkəmli alimlərindən biridir. Məsudinin yazdığına görə, o tayfalar 
hökmranlığı dövrünün ən nüfuzlu şəxsiyyətlərindən biri olmuşdur. Tanser bir sıra əsərlərin, o cümlədən 
―Tanserin məktubu‖ adlı əsərin müəllifidir. 


işlərinə  də  qarışır  və  bəzi  hallarda  əyanlarla  birlikdə  şahın  əleyhinə  ittifaq 
bağlayırdılar
405
.  Bundan  başqa  möbədlərin  ölkə  daxilində  nüfuzunun  artması 
onların  dövlətin  xüsusi  işlərinə  qarışmalarına  şərait  yaratmışdı.  Ona  görə  də 
ölkənin daxili-xarici işləri,  habelə bütün mübahisəli məsələlər bu silkin məsləhəti 
ilə həll edilirdi. İstər dövlət tərəfindən verilmiş hüquqların toxunulmamazlığı külli 
miqdarda  münbit  torpaq  sahələrinə  malik  olmaları,  istərsə  də  dini  cərimələr,  bu 
silkə həddindən artıq varlanıb, nüfuzlarının artmasına şərait  yaratmışdı. 
A. Kristensenin göstərdiyinə  görə bu silk, ruhanilikdən əlavə digər geniş 
və müstəqil hüquqlara malik olmaqla, dövlət daxilində dövlət yaratmışdılar
406

―Bəyan  əl-ədyan‖  kitabında  Avesta  ―Vesta‖,  ―İsta‖  və  ―Əst‖,  ―Əvista‖ 
formasında  işlənmişdir.  ―Mücməl-ət-təvarix  vəl-qisəs‖də  isə  bu  söz  ―Əbəstaq‖ 
şəklində göstərilmişdir. Sasanilər dövründə tərtib edilib bizə gəlib çatan Avestanın 
məzmunu Zərdüşt dini təlimlərinin külliyyatından ibarətdir. 
Avestanın  yazıldığı  dil  Avesta  dili  kimi  məşhurdur.  Avestanın  yazıldığı 
ilkin dil Parfiya dili olmuşdur. Avestanın dili hind - Avropa dil ailəsinə mənsub ari 
və  yaxud  İran  dil  qruplarından  biridir.  ―Avesta‖nın  yazıldığı  tarixi  düzgün  təyin 
etmək üçün  Zərdüştün dövrü dəqiq müəyyənləşdirilməlidir. Halbuki  Avestanın da 
dövrü  dumanlıdır.  Məhəmməd  Müin  bu  haqda  yazır:  ―Avestanın  dövrünu  təqribi 
halda e. ə. 660-cı ildə qəbul etmiş olsaq, belə bir nəticəyə gəlmək olar ki, bu kitab 
hindlilərin  ―Rigvida‖  və  yəhudilərin  ―Tovrat‖ından  sonra  dünyanın  ən  qədim 
kitablarından  biridir.  Avesta  başdan-başa  tayfalar  ittifaqının  ibtidai  həyat  tərzini 
əks  etdirən  mənbədir.  Avestanın  yazıldığı  dövrü  e.  ə.  VIII  -  VII  əsrlərdən  əvvəl 
hesab etmək düzgün deyildir. Lakin Avestanın bir hissəsi olan ―Qat‖ların dövrünü 
ondan bir neçə yüz il əvvəl hesab etmək məqsədə uyğundur. 
E. ə. III əsrdə yaşamış yunan tarixçisi Hermippin İran sakinlərinin təriqət 
və  dini  ayinləri  haqqında  yazmış  olduğu  əsər  hələ  indiyə  qədər  bizə  gəlib 
çatmamışdır. Lakin Plutarxın öz əsərində Hermippin İran haqqında yazmış olduğu 
kitabından bəhs etmişdir. Ona görə Zərdüşt dininə inananların müqəddəs kitabı iki 
milyondan  artıq  sətrə  malikdir.  Eyni  zamanda  o,  Avestanın  on  iki  min  aşılanmış 
gön  üzərində  yazıldığını  qeyd  etmişdir.  Bu  məlumata  biz  Təbəri,  Məsudi  və 
Firdovsinin  ―Şahnamə‖  əsərində  də  rast  gəlirik.  Ərəb  və  farsdilli  müəlliflər 
Avestanın 1200 fəsildən ibarət   olduğunu   göstərmişlər. 
Yuxarıda  sadalanan  rəqəmlərin  həddən  artıq  şişirdilməsinə  baxmayaraq, 
hər  halda  bu  rəqəmlər  Avestanın  əzəmətini  göstərən  amillərdən  biridir.  Pəhləvi  
mənbələrində    mövcud  olmuş  Avesta  1000  fəsil  və  yaxud  21  cilddən  ibarət  imiş. 
Sasanilər hakimiyyəti dövründə yazılmış Avesta isə 345700 sözdən ibarət olub 348 
                                                           
405
 Hirbodların mövqeyi hələlik müəyyənləşdirilməmişdir. Sasanilərin dövründə Zərdüşt dini ruhanilərin 
hamısı möbəd adlanırdı. Həqiqətdə isə möbəd mağların başçısına deyilirdi. Herbod məfhumu çox 
güman ki, möbədə nisbətən daha bir çərçivədə spesifik mövqeyə malik olmuşdur. Herbodane herbod 
termininə biz sonralar təsadüf dirik. Məlum olduğu kimi, herbodane herbod fəxri ad olmuşdur. 
406
 A. Kristensen. Nəxostin insan və nəxostin padşah dər tarix-e İran, I cild, s. 140 – 150. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə