MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə8/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   4   5   6   7   8   9   10   11   ...   266

f5?r 

Mirağa Cəfdrquliyev 

nayət  hüququ  öz  həyatiliyini  itirər  və  hər  bir  konkret  halda  realizə 

olunmamış qalar. 

Cinayət  prosesi  də  öz  növbəsində  cinayət  hüququ  olmadan  pred- 

metsiz olardı (tövsif məsələsi). 

Cinayət-prosessual  hüquq  ilə  cinayət  hüququnun  sıx  əlaqədə 

olmasını  göstəraıəklə  yanaşı,  bu  hüquq  sahələri  arasındakı  ciddi 

fərqlərin  olduğunu da  qeyd etmək  lazımdır.  Hüququn  müstəqil sahəsi 

olan  cinayət  və  cinayət-prosessual  hüquq  predmeti  və  metodu 

xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. 

Cinayət  hüquq  münasibətlərinin  yaranmasına  əsas  səbəb  cinayətin 

edilməsidirsə, cinayət-prosessual hüquq münasibətlərinin yaranmasına 

isə  əsas  səbəb  səlahiyyətli  dövlət  orqanlannm  cinayətin  əlamətlərini 

müəyyən etmələridir. 

Cinayət hüquq münasibətləri dövlət ilə cinayət etmiş şəxs arasında 

yaranır, cinayət-prosessual münasibətlər isə cinayət işinin başlanması, 

istintaqı,  məhkəmədə  baxılması  və  həll  edilməsi  ilə  əlaqədar 

səlahiyyətli  dövlət  orqanları  arasında,  dövlət  orqanları  ilə  işdə  iştirak 

edən vətəndaşlar və ictimai təşkilatlar arasında yaranır. 

Cinayət  prosesi  mülki  proseslə  də  sıx  əlaqədardır.  Bu  əlaqə,  hər 

şeydən əvvəl, mülki və cinayət işləri üzrə məhkəmənin bir olmasından 

və  ədalət  mühakiməsinin  məqsəd  və  vəzifələrinin  vahidliyindən  irəli 

gəlir. 

Cinayət prosesi ilə mülki proses arasında sıx əlaqə bu iki müstəqil 



hüquq sahələrinin bir sıra institutlarının ümumiliyi ilə (məsələn, apell- 

yasiya və kassasiya icraatı, yeni açılmış hallara görə işlərin təzələnməsi 

və  s.),  məhkəmə  sübutlarının  aşkar  edilməsini,  qeyd  edilməsini, 

yoxlanılmasını  və  qiymətləndirilməsini  nizama  salan  prosessual  nor- 

malann əsas müddəalarının eyniliyi ilə ifadə olunur. 

Cinayət  prosesi  ilə  mülki  proses  arasında  olan  sıx  əlaqədən  bəhs 

edərkən bunlan bir-birindən ayıran ciddi fərqləri də göstərmək lazımdır. 

Cinayət  prosesinin  predmeti  cinayət  etmiş  şəxsin  cinayət  məsuliy- 

yətidirsə, mülki prosesin predmeti isə mülki mübahisələrdir. 

Cinayət  prosesi  cinayət  hüququ  ilə  əlaqədar  olduğu  kimi,  mülki 

proses də mülki hüquqla əlaqədardır. Bu səbəbdən də cinayət prosesində 

və  mülki  prosesdə  yaranan  prosessual  münasibətlər  öz  məzmunu 

etibarilə bir-birindən ciddi fərqlənir. Cinayət-prosessual hüquq 



I FƏSİL CİNAYƏT PROSESİNİN ANLAYIŞI, MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ 

normalan cinayət işlərinin başlanması, istintaqı, məhkəmədə baxılması 

və mahiyyətcə həll edilməsi sahəsində baş verən ictimai münasibətləri 

tənzim  edir.  Bundan  başqa,  cinayət  işlərinin  başlanması,  istintaqı, 

məhkəmədə  baxılması  və  həll edilməsinin  prosessual qaydaları  mülki 

işlərə  məhkəmədə  baxılması  və  həll  edilməsi  qaydalarından  ciddi 

fərqlənir. 

Mülki  prosesə  nisbətən  cinayət  prosesində  səlahiyyətli  dövlət  or- 

qanlan  daha  fəal  iştirak  edirlər.  Cinayət-prosessual  qanunvericilik 

cinayət işləri üzrə icraatın başlanması vəzifəsini xüsusi dövlət orqanlan- 

na həvalə edir. Bundan fərqli olaraq mülki prosesdə icraatın başlanması 

əksər  hallarda  buna  marağı  olan  şəxslərdən  asılıdır.  Belə  ki,  maraqlı 

şəxslərin iddia ərizəsi olmadan mülki iş üzrə icraat başlana bilməz. 

§ 6. Cinayət prosesi elmi 

Cinayət  prosesi  elminin  predmetini  cinayət-prosessual  hüquq  və 

hüquqla tənzim edilən cinayət işləri üzrə dövlət orqanlarının fəaliyyəti 

təşkil edir. 

Cinayət  prosesi  elmi  cinayət  prosesinin  mahiyyəti  və  vəzifələrini; 

prosessual  fəaliyyətin  əsas  müddəalannı  və  bununla  əlaqədar 

münasibətləri:  məhkəmə,  prokurorluq  və  ibtidai  istintaq  orqanlarının, 

habelə prosesdə iştirak edən şəxslərin hüquq və vəzifələrini, adı çəkilən 

orqanların fəaliyyətinin prosessual formasını öyrənir. 

Cinayət  prosesi  elminin  öyrəndiyi  mühüm  sahələrdən  birini  də 

cinayət işləri üzrə ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının 

təcrübəsinin təhlil edilməsi və ümumiləşdirilməsi təşkil edir. 

Cinayət  prosesi  elminin  tədqiqat  obyektini  həm  də  istintaq  və 

məhkəmə  təcrübəsində  prosessual  hüquq  normalarının  düzgün  tətbiq 

edilməsi  üçün  zəruri  olan  nəzəri  problemlərin  işlənib-hazırlanması, 

cinayət  prosesi  və  cinayət-prosessual  qanunvericiliyin  tarixi,  digər 

dövlətlərin cinayət prosesinin təhlili təşkil edir. 

Bütün  hüquq  elmlərinin  ümumiliyi,  metodu  və  tədqiqatının 

vəzifələri  cinayət  prosesi  elminin  digər  hüquq  elmləri  ilə  qarşılıqlı 

əlaqəsinin möhkəmlənməsinə kömək edir. 





Mirağa Cəfərquliyev 

§ 7. Cinayət-prosessual hüquq elmi 

və ona yaxın bilik sahələri 

Cinayət-prosessual  hüquq  elmi  cinayətin  əlamətlərini  əks  etdirən 

əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən 

şəxsin  təqsirli  olub-olmamasını,  habelə  cinayət  qanunu  ilə  nəzərdə 

tutulmuş  əməlləri  törətməkdə  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin 

cinayət təqibinin və müdafiəsinin hüquqi proseduralanm müəyyən edən 

hüquqi baxışlann, ideyalann, təsəvvürlərin sistemidir. 

Cinayət-prosessual hüquq elmi hüquq elminin müstəqil sahəsi kimi 

cinayət-prosessual  hüquq  normalanm,  cinayət  törətmiş  ayn-ayn 

şəxslərin barəsində apanlan təhqiqat, ibtidai istintaq və məhkəmə icraatı 

zamanı 

yaranan 


cinayət-prosessual 

hüquq 


münasibətlərini, 

cinayət-prosessual  hüquq  normalannm  sosial  zərurətlə  bağlılığını, 

cinayət-prosessual  hüquq  normalannm  tətbiqinin  effektivliyini  tədqiq 

edir və öyrənir. 

Cinayət-prosessual  hüquq  elmində  cinayət  mühakimə  icraatının 

vəzifələri, əsas prinsipləri və şərtləri  kimi məsələlərin araşdırılmasına 

böyük diqqət yetirilir. 

Cinayət-prosessual  hüquq  elmi  cinayət  təqibi;  bəraət  qazanma 

(reabilitasiya); məhkəmədə və cinayət prosesində iştirak edən şəxslər, 

onların hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi; sübutlar 

və  sübutetmə;  prosessual  məcburiyyət  tədbirləri;  cinayət  təqibi  üzrə 

məhkəməyədək  icraat  və  onun  ümumi  şərtləri;  birinci  instansiya 

məhkəməsində icraat və onun ümumi şərtləri; apellyasiya və kassasiya 

ins-  tansiyalan  məhkəmələrində  icraat  və  onların  xüsusiyyətləri;  bəzi 

kateqoriyalı şəxslər barəsində icraatın xüsusiyyətləri; xüsusi icraatların 

həyata keçirilməsinin prosessual qaydalan kimi institutları tədqiq edir. 

Qeyd etmək lazımdır ki, cinayət-prosessual hüquq elminin predme- 

tinə  həm  də  cinayət-prosessual  qanunvericiliyin  praktikada  tətbiqi 

məsələsi  daxildir.  Cinayət-prosessual  hüquq  sahəsində  irəli  sürülən 

müddəaların  düzgünlüyü  təkcə  cinayət-prosessual  hüquq  yaradıcılığı 

sahəsində  deyil,  həm  də  hüququn  tətbiqi  praktikasında  yoxlanılır, 

sınaqdan  çıxanlır.  Cinayət-prosessual  hüquq  elmi  qanunun  tətbiqi 

praktikasını dərindən təhlil etmədən səmərəli inkişaf edə bilməz. Eyni 

zamanda,  onu  da  nəzərə  almaq  lazımdır  ki,  cinayət-prosessual  hüquq 

elmi cinayət-prosessual qanunlann düzgün tətbiq edilməsinə dair işlə 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə