MüƏllifdən II


I FƏSİL. CİNAYƏT PROSESİNİN ANLAYIŞI, MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə7/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   2   3   4   5   6   7   8   9   10   ...   266

I FƏSİL. CİNAYƏT PROSESİNİN ANLAYIŞI, MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ 

onun  tərbiyəvi  təsirini  artırır,  qanunçuluğun  və  hüquq  qaydalarının 

möhkəmləndirilməsinə əlverişli təminat yaradır. 

Hökmün  icrası  prosessual  hüquq  elminin  xüsusi  bir  institutu 

olmaqla, cinayət prosesinin müstəqil mərhələsini təşkil edir. Bu mərhələ 

onu prosesin digər  mərhələlərindən  fərqləndirən  bir sıra  özünəməxsus 

prosessual xüsusiyyətlərə malikdir. Məhz, həmin xüsusiyyətləri nəzərə 

almadan  hökmün  icrasını  praktiki  olaraq  həyata  keçirmək  bir  sıra 

çэtinliklərlə  üzləşməklə  bərabər,  bəzi  konkret  hallarda  isə  qeyri- 

mümkündür. 

Kassasiya  qaydasında  işlərə  yenidən  baxılması  və  yeni  açılmış 

hallara  görə  işlərin  təzələnməsi  cinayət  prosesinin  müstəsna 

mərhələləridir.  Əsas  mərhələlərdən  fərqli  olaraq  cinayət  işi  xüsusi 

hallarda bu müstəsna mərhələlərdən keçir. 

Məhkəmə  kassasiya  qaydasında  işlərə  yenidən  baxılması 

mərhələsində  birinci  instansiya  məhkəmələrinin  qanuni  qüvvəyə 

minmiş hökmlərinin, qərardadlarının və qərarlarının, habelə apellyasiya 

və yuxan məhkəmələrin apellyasiya və kassasiya qaydasında çıxartdığı 

qərardadlann  və  qərarların  qanuniliyini  və  əsaslılığını  yoxlayır.  Bu 

zaman işə yenidən baxılmasına cinayət prosesinin müvafiq iştirakçıları 

və ya vəzifəli şəxslərin protesti səbəb ola bilər. 

Yeni  açılmış  hallara  görə  işlərin  təzələnməsi  isə  qanuni  qüvvəyə 

minmiş hökmün qanunsuz çıxarılmasına səbəb olan və məhkəməyə işin 

istintaqı və məhkəmə baxışı zamanı məlum olmayan yeni halların aşkar 

edilməsi ilə əlaqədar olaraq baş verir. 

Hər bir cinayət işinin bütün hallarda yuxarıda göstərilən mərhələlərin 

hamısından  keçməsi  heç  də  vacib  deyildir.  Cinayət  işinin  hər  hansı 

mərhələsində iş üzrə icraatı istisna edən hallardan birinin aşkar edilməsi 

həmin mərhələdə işin xitam edilməsi ilə nəticələnir. Bir sıra işlər üzrə 

ibtidai istintaqın aparılması heç də məcburi deyildir. Əgər məhkəmənin 

hökmündən  apellyasiya  şikayəti  və  ya  protesti  verilməmişsə,  iş 

apellyasiya icraatı mərhələsindən keçmir. 






Mirağa Cəfərquliyev 

§ 5. Cinayət-prosessual hüquq və onun 

digər hüquq sahələri ilə əlaqəsi 

Cinayət-prosessual hüququn hüququn müstəqil sahəsi olması heç də 

onun  hüququn  digər  sahələri  ilə  əlaqəsini  qırmır.  Cinayət-prosessual 

hüquq  hüququn  bir  sıra  başqa  sahələrinə  aid  olan  normalan  özündə 

nəzərdə tutur. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 25, 

32, 45,46, 55, 61, 63, 67, 127 və digər maddələrində nəzərdə tutulmuş 

amillər Cinayət-Prosessual Məcəllənin  10-13,15,19,21,23-  28, 32, 38, 

47 və başqa maddələrində təsbit olunmuşdur. 

Cinayət-prosessual  hüquqda  bundan  əlavə  də  hüququn  başqa 

sahələri  ilə  qarşılıqlı  əlaqəsi  açıq  şəkildə  nümayiş  olunur.  Lakin 

hüququn  başqa  sahələrində  olan  bütün  belə  əlaqə  cinayət-prosessual 

hüququn müstəqil sahəsi kimi fəaliyyət göstərməsinə heç də ziddiyyət 

təşkil etmir. Eyni zamanda, qeyd etmək lazımdır ki, cinayət-prosessual 

hüquq  hüququn  digər  sahələrinin  normalannı  heç  də  tam  miqyasda 

təkrar  etmir,  hüququn  digər  sahələrindən  asılı  olmayaraq 

cinayət-prosessual hüququ təmsil edən bütün amillər cinayət-prosessual 

qanunvericiliyin normaları ilə tənzimlənir. 

Beləliklə, qeyd etdiyimiz kimi, cinayət-prosessual  hüquq  hüququn 

müstəqil bir sahəsi olmaqla digər hüquq sahələri ilə də sıx əlaqədardır. 

Belə  sıx  əlaqə  xüsusilə  cinayət-prosessual  hüquq  ilə  «Respublika 

hüquq-mühafizə  orqanları»,  «Cinayət  hüququ»,  «Mülki  proses», 

«Prokuror nəzarəti» fənləri arasında daha aydın öz ifadəsini tapmışdır. 

Cinayət-prosessual  hüququ  ilə  Hüquq-mühafizə  orqanları  fənni 

arasında  qarşılıqlı  əlaqə  hər  şeydən  əvvəl  hər  iki  elmin  öyrəndiyi 

sahələrin biri-birinə daha yaxın olması ilə izah edilir. Hüquq-mühafizə 

orqanları  fənni  istintaq,  təhqiqat,  prokurorluq  və  məhkəmə  orqanlan- 

nın quruluşu və təşkili prinsiplərindən, həmin orqanların səlahiyyət və 

vəzifələrindən  bəhs  edir.  Cinayət-prosessual  hüquq  isə  cinayətlərin 

istintaqı, məhkəmədə baxılması və həll edilməsi üzrə həmin orqanların 

fəaliyyətini tənzim edir. 

Məhkəmə,  prokurorluq,  təhqiqat  və  istintaq  orqanlarının  təşkili 

məsələləri  həmin  orqanların  fəaliyyəti  ilə  üzvi  surətdə  bağlıdır. 

Məhkəmə  quruluşu  haqqında  qanunvericilik  məhkəmənin  təşkili 

prinsipləri ilə yanaşı onun fəaliyyətinin əsas prinsiplərini də müəyyən 

edir. 



I FƏSİL CİNAYƏT PROSESİNİN ANLAYIŞI, MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ 

Cinayət  işləri  üzrə  dövlət  orqanlarının  fəaliyyətini  tənzim  edən 

cinayət-prosessual  hüquq  da  öz  növbəsində  məhkəmənin  təşkilinə  aid 

əsas müddəalan əks etdirir. 

Məhkəmənin Respublika Konstitusiyası ilə müəyyən edilmiş təşkili 

və  fəaliyyət  prinsipləri  hər  iki  sahənin  -  həm  məhkəmə  quruluşunun, 

həm  də  cinayət  prosesinin  prinsipləridir.  Məsələn,  hakimlərin 

müstəqilliyi və onlann ancaq qanuna tabe olması eynilə həm məhkəmə 

quruluşunun,  həm  də  cinayət  prosesinin  prinsiplərindən  biridir.  Bu 

prinsip  məhkəmə  quruluşu  qanunu  ilə  yanaşı,  cinayət-prosessual 

qanunvericilik ilə də nizama salınır. 

Cinayət-prosessual  hüquq  cinayət  hüququ  ilə  də  üzvi  surətdə 

bağhdır. Hər iki hüquq sahəsi qarşılıqlı əlaqədə olub bir məqsədə xidmət 

edir və bir-birini tamamlayır. 

Cinayət-prosessual  hüquq  cinayətlərin  təhqiqatında  və  istintaqında 

təhqiqat  orqanlannın,  müstəntiqin  və  məhkəmənin  fəaliyyətlərinin 

qaydalarını  və  formalannı  müəyyən  edir,  bu  yolla  qanunçuluğun  və 

vətəndaşların hüquqlarının qorunması təmin edilir. 

Cinayət-prosessual hüquq ilə cinayət hüququnun yaxın əlaqəsi həm 

də  onunla  bağlıdır  ki,  təhqiqat,  istintaq  zamanı  xeyli  dərəcədə  sübut 

etmə  predmeti  cinayət  hüquq  normaları  ilə  müəyyən  edilir.  Cinayət- 

prosessual  hüquq da,  öz  növbəsində  cinayət  hüququ qiymət vermənin 

əsası kimi çıxış edən, aşkar edilən faktların rəsmi tanınma qaydalarını 

təsbit edir. Bu mənada müstəntiq və hakim tərəfindən müəyyən edilən 

bütün hallann deyil, ancaq cinayət-prosessual hüquq normalarına uyğun 

olaraq  müəyyən  edilən  halların  cinayət  hüquqi  əhəmiyyəti  vardır. 

Cinayət-prosessual  hüquq  -  cinayət  hüququnun  tətbiqi  formasıdır 

(57.S.5-6). 

Cinayət  hüququ  və  cinayət  hüquq  münasibətləri  cinayət- 

prosessual  hüquq  və cinayət-prosessual hüquq  münasibətləri vasitəsilə 

həyata keçirilir. 

Cinayət-prosessual hüquq dövlət orqanlarından cinayətin edildiyini 

göstərən  kifayət  qədər  əsaslar  olduqda  cinayət  işi  başlamağı  və 

istintaqın aparılmasını tələb edir. 

Cinayət  prosesini  həyata  keçirən  dövlət  orqanlarının  bütün 

prosessual  fəaliyyəti  müvafiq  cinayət  hüquq  normasını  tətbiq  etmək 

məqsədi ilə cinayətin açılmasına, cinayəti etmədə təqsiri olan şəxslərin 

ifşa edilməsinə yönəldilmişdir. Bu baxımdan cinayət prosesi olmadan ci 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə