MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə4/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   2   3   4   5   6   7   8   9   ...   266

E



Mirağa Cəfərquliyev 

3)

 



cinayətləri  tezliklə  açmaq,  cinayət  təqibi  ilə  bağlı  bütün  halları 

hərtərəfli, tam və obyektiv araşdırmaq; 

4)

 

cinayət  törətmiş  şəzsiəri  ifşa  və  cinayət  məsuliyyətinə  cəlb 



etmək; 

5)

 



cinayət  törətməklə  ittiham  olunan  şəxslərin  təqsirini  müəyyən 

edərək  onlan  cəzalandırmaq  və  təqsirsiz  şəxslərə  bəraət  vermək 

məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. 

Cinayət  mühakimə  icraatının  yuxarıda  sadalanan  vəzifələri 

konstitusion  normalara  əsaslanmaqla,  onların  təmini  və  həyata 

keçirilməsi cinayət-prosessual qanunvericiliklə ciddi tənzim olunur. 



§ 2. Cinayət-prosessual hüquq. 

Prosessual formalar və prosessual təminatlar 

Azərbaycan Respublikasının cinayət prosesi hüquq normalan ilə, ilk 

növbədə  cinayət-prosessual  hüquq  normalan  ilə  müəyyən  edilir  və 

nizama salınır. 



Cinayət-prosessual 

hüquq 

cinayət 

işləri 

üzrə 

ədalət 

mühakiməsinin  vəzifələrinin  yerinə  yetirilməsinə  yönəldilmiş 

demokratik  prinsiplər  əsasında qanunla  müəyyən  olunmuş prosessual 

formada  həyata  keçirilən  təhqiqat,  istintaq,  prokurorluq  və  məhkəmə 

orqanlarının  cinayət  işlərinin  başlanması,  istintaqı,  məhkəmədə 

baxılması və həll edilməsi üzrə fəaliyyətin və bu fəaliyyətdən yaranan 

prosessual  münasibətləri  tənzim  edən  hüquq  normalarının 

məcmusudur. 

Cinayət-prosessual  hüququn  müəyyənedici  və  tənzimedici  rolu 

onunla  izah  edilir  ki,  o  cinayət  işlərinin  icraatı  üzrə  fəaliyyətin 

vəzifələrini  və  prinsiplərini,  bunu  həyata  keçirən  dövlət  orqanlarının, 

vəzifəli  şəxslərin  və  icraatda  iştirak  edən  bütün  digər  şəxslərin 

səlahiyyət  və  vəzifələrini,  cinayətin  açılması,  cinayət  etmiş  şəxslərin 

ifşa edilməsi və onlann cəzalandıniması vasitələrini və tədbirlərini, bu 

tədbirlərin tətbiq edilməsi şərtlərini, əsaslarını və qaydalarını, cinayətin 

edilməsinə  kömək  etmiş  səbəblərin  və  şəraitin  aydınlaşdırılması 

yollanm müəyyən edir. 

Hüququn müstəqil bir sahəsi olan cinayət-prosessual hüquq bir sıra 

spesifik xüsusiyyətlərə malikdir. 




I FƏSİL CİNAYƏT PROSESİNİN ANLAYIŞI, MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ 

Bu, birinci  növbədə cinayət prosesində  hüquqi  tənzimin  predmeti, 

işin  istiqaməti  və  həll  edilməsi  ilə  əlaqədar  yaranan  ictimai 

münasibətlərin  xüsusiyyətləri  ilə  izah  olunur.  Cinayət  prosesində 

cinayət- prosessual hüquqi tənzimin predmeti cinayət işinin başlanması, 

istintaqı,  məhkəmədə  baxılması  və  həll  edilməsi  prosesində  yaranan 

ictimai münasibətlərdir. Cinayət-prosessual hüquqi tənzimin metodu isə 

cinayət işi icraatının bütövlükdə, habelə onun ayrı-ayrı mərhələlərinin, 

konkret  istintaq  hərəkətlərinin  xüsusi  prosessual  qaydada  həyata 

keçirilməsidir. 

Ümumiyyətlə,  hüquqa  xas  olan  bütün  əsas  əlamətlər  onun  ümum- 

xalq  xarakteri,  humanizmi,  demokratizmi,  beynəlmiləlçiliyi  cinayət- 

prosessual 

hüququ 


üçün 

də 


xarakterikdir. 

Bu 


əlamətlər 

cinayət-prosessual  hüququn  dövlətçilik  mahiyyətinin  ifadəsi  olub, 

cinayət  edən  hər  bir  şəxsin  ədalətli  surətdə  cəzalandırılması,  təqsiri 

olmayan  hər  bir  şəxsin  cinayət  məsuliyyətinə  cəlb  edilməməsi  və 

məhkum olunmaması vəzifələrinin həyata keçirilməsinə təminat yaradır 

və ədalət mühakiməsinin tərbiyəvi təsirini artırır. 

Cinayət-prosessual  hüququn  ümumxalq  xarakteri,  humanizmi  və 

demokratizmi  onun  müəyyən  etdiyi  bütün  prosessual  hüquq 

normalarında  bu  və  ya  digər  formada  öz  ifadəsini  tapmışdır. 

Qanunvericiliyin  ədalət  mühakiməsi  mənşəyindən,  sosial  və  əmlak 

vəziyyətindən,  irqi və  milli  mənsubiyyətindən, cinsindən, təhsilindən, 

dilindən, 

dinə 

münasibətindən, 



məşğuliyyət 

növündən 

və 

xarakterindən,  yaşayış  yerindən  və  digər  hallardan  asılı  olmayaraq 



vətəndaşlann qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata 

keçirilməsi, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi, 

məhkəmə,  prokuror,  müstəntiq  və  təhqiqat  aparan  şəxsin  sübutetmə 

vəzifəsini təqsirləndirilən şəxsin üzərinə qoymağa haqlı olmaması və bu 

kimi bir çox müd- dəalan bizim cinayət prosesinin yüksək demokratik 

və humanist əsaslar üzərində qurulmasına əyani sübutdur. 

Cinayət-prosessual hüquq cinayətlərin istintaqı və həll edilməsi üzrə 

təhqiqat,  istintaq,  prokurorluq  və  məhkəmə  orqanlannm  fəaliyyətini 

tənzim etməklə bərabər, bu fəaliyyətin həyata keçirilməsinin prosessual 

qaydası və formasını da nizama salır. 



Prosessual  forma  -  cinayət  işinin  başlanmasından  hökmün  icra 

olunmasına kimi cinayət prosesinin hər bir mərhələsinin, həmçinin ay- 


Mirağa Cəfərquliyev 

BB 


rı-ayn  istintaq  və  məhkəmə  hərəkətlərinin  həyata  keçirilməsinin 

şərtlərini, qaydasını və ardıcıllığını müəyyən edir. 

Cinayət-prosessual  qanunvericilik  cinayət  işinin  prosesin 

mərhələləri  üzrə  hərəkət  etməsi  şərtlərini  və  ardıcıllığını  müəyyən 

etməklə  bərabər,  hər  bir  mərhələnin  bütövlükdə  aparılmasının 

prosessual qaydasını da mükəmməl tənzimləyir. 

Prosessual  hüquq  nonnaları  ilə  həm  də  ayrı-ayrı  istintaq  və 

məhkəmə  hərəkətlərinin  həyata  keçirilməsi  qaydası  və  ardıcıllığı,  bu 

prosessual  hərəkətlərin  nəticələrinin  rəsmiləşdirilməsinin  prosessual 

qaydaları nizama salınır. 

Cinayət-prosessual qanunvericilik cinayət işləri üzrə ibtidai istintaq 

və məhkəmə baxışının qanunla müəyyən edilmiş prosessual formasına 

ciddi əməl edilməsini tələb edir. 

Cinayət işinin başlanması, istintaqı, məhkəmədə baxılması və  həll 

edilməsinin  qanunla  müəyyən  edilmiş  prosessual  forması  ədalət 

mühakiməsinin 

vəzifələrinin 

həyata 

keçirilməsinə, 



habelə 

cinayət-prosessual  fəaliyyətin  subyektlərinin  hüquqları  və  qanuni 

mənafelərinin müdafiə edilməsinə təminat yaradır. Bu heç də təsadüfi 

deyildir, çünki qanun cinayət işinin istintaqı, məhkəmədə baxılması və 

həll  edilməsi  prosesində  cinayət-prosessual  qanunun  əhəmiyyətli 

dərəcədə  pozulması  hallarını  hökmün  ləğv  edilməsi  əsaslarından  biri 

kimi müəyyən edir. 

Cinayət  mühakimə  icraatı  vəzifələrinin  həyata  keçirilməsi 

mühakimə  icraatının  qanunauyğun  apanlmasım,  cinayət  prosesində 

iştirak edən vətəndaşların hüquqlarının və qanuni mənafelərinin təmin 

edilməsini  tələb  edir.  Bu  isə  sosial  qanunçuluq  təminatlarının  bütün 

sistemi ilə (iqtisadi, siyasi, ideoloji, hüquqi və s.) həyata keçirilir. 



Prosessual təminatlar - ədalət mühakiməsinin normal gedişatının, 

məhkəmə,  prokurorluq,  istintaq  və  təhqiqat  orqanlarının  bütün 

hərəkətlərinin qanuni və əsaslı olmasını, habelə proses iştirakçılarının 

hüquqlarını təmin edən vasitədir. 

Bir  qayda  olaraq,  prosessual  təminatlar  geniş  və  məhdud  mənada 

başa  düşülür.  Prosessual  təminatlar  geniş  mənada  ədalət  mühakiməsi 

təminatları, məhdud mənada isə hər bir proses iştirakçısının hüquqlarını 

və  qanuni  marağını  təminetmə  vasitəsidir.  Lakin  ədalət  mühakiməsi 

təminatları ilə proses iştirakçılarının hüquqlanmn təminatlannı bir- 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə