Müəllif: dos. G. G.Şəfaqətova Mühazirə-8: Az miqdarda maddələrlə kimyəvi eksperimentin aparılması xüsusiyyətləri


Hesabatın tərtibi. Müəllim az miqdarda maddələrlə aparılan təcrübələrin aşağıdakı məqamlarına nəzarət etməlidir



Yüklə 20,07 Kb.
səhifə3/3
tarix21.05.2022
ölçüsü20,07 Kb.
#87502
növüMühazirə
1   2   3
8-ci mühazirə

7. Hesabatın tərtibi.

Müəllim az miqdarda maddələrlə aparılan təcrübələrin aşağıdakı məqamlarına nəzarət etməlidir:

  • təcrübənin hazırlığına;

  • cihazın quraşdırılmasına;

  • əməliyyatın düzgün və ardıcıl aparılmasına;

  • nəticələrin izahatının düzgünlüyünə:

  • müşahidənin tamlığına;

  • nəzəri izahata;

  • iş yerində təmizlik və səliqəliliyin gözlənilməsinə;

  • təhlükəsizlik texnikasına riayət edilməsinə;

  • iş yerinin yığışdırılmasına;

  • hesabatın tərtibinə.

Məktəblərdə laboratoriya və praktik məşğələlərdə az miqdarda maddələrlə kimyəvi eksperimentdən istifadə edilməsi kimya təhsilinin aşağıdakı məqsədlərinin konkretləşdirilməsinə imkan verir:

  • laboratoriya işləri və praktik məşğələlər zamanı bütün təhlükəsizlik texnikası qaydalarına əməl edilməklə psixoloji durum formalaşır:

  • kimyəvi eksperimentinin təhlükəsiz təşkili və müstəqil qərar vermək bacarıqları yaranır;

  • təlim prosesində həyati təhlükə baxımından müxtəlif vəziyyətləri analiz etmək və cəld müvafiq qərarlar vermək təcrübəsi əldə edilir;

  • şagirdlərdə kimya dərslərinə müsbət motivasiya formalaşır;

  • kimya eksperimentinin aparılması zamanı ekoloji mədəniyyət tərbiyə olunur;

  • şagirdlərdə praktik bacarıq və vərdişlər formalaşır, biliklərin əldə edilməsində onların müstəqilliyi və yaradıcılıq fəallıqları, təfəkkürləri inkişaf edir;

  • şagirdlərdə əməyə məhəbbət hissi, səliqəlilik, mənəviyyatlılıq, fənnə maraq, təbiətə qayğılı münasibət, ümumi insani keyfiyyətlərin vacibliyinin dərk edilməsi tərbiyə olunur;

  • şagirdlərin kimyanın əsas anlayış, qanun və nəzəriyyələrinin dərindən mənimsənilməsi təmin olunur;

  • şagirdlərdə elmi dünyagörüş formalaşır, onlar dərk edirlər ki, kimya təhsili mədəniyyətin bir tərəfidir, hər bir insan üçün vacibdir.

Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan hallarda az miqdarda reaktivlərlə eksperiment aparmaq məqbul hesab olunur. Bu o demək deyildir ki, proqramı əhatə edən bütün təcrübələr yarımmikrometodlarla aparılmalıdır. İmkan, şərait olan yerdə təcrübələrin aparılmasında mikro- və yarımmikrometodlar yalnız köməkçi rolunu oynayır.


Ədəbiyyat


  1. Т.С. Назарова и другие. Химический эксперимент в школе. М., 1987, 240 с.

  2. Л.Л. Генкова. О работе с малыми количествами органических веществ. Л.Л. Генкова.// Химия в школе - 1976 №1. - с. 80-82.

  3. И.Н. Чертков. Химический эксперимент с малыми количествами реактивов: кн. для учителя/ И.Н. Чертков. П.Н.Жуков - М.: Просвещение, 1989 - 191с.






Yüklə 20,07 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə