Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

66 
 
tərə  və  Fransadan    alman  əhalisi  yaşayan  sərhədyanı  torpaqların  Almaniyaya 
qaytarılmasına  dair  ultimatum  aldı.Xalq  kütlələri  ona  qarşı  çıxış  etdilər.Qoci 
hökuməti  istefa  verdi.Prezident  Beneş  general  Y.Sırovun  başçılığı  altında  yeni 
hökumət  təşkil  etdi.Artıq,Çexoslovakiyaya  qarşı  alman  ordusunun  hücum  təhlü- 
kəsi  güclənmişdi.SSRİ  Çexoslovakiyaya  yardım  göstərməyə  çalışsa  da,ölkənin 
hakim dairələri bu köməkdən imtina etdilər. 
Nəhayət,1938-ci  il  sentyabrın  29-30-da  keçirilmiş  Münhen  konfransında 
Çexoslovakiyanın  Sudet  vilayəti  Almaniyaya  verildi.Oktyabrın  1-dən  etibarən 
Hitler  ordusu  Münhen  sazişinə  əsasən  ölkənin  sərhədyanı  viyayətlərini  işğal 
etməyə  başladı.1938-ci  ilin  noyabrında  Vyana  arbitrajının  qərarına  görə  Slova- 
kiyanın cənub rayonları və Zakarpat Ukraynası Macarıstana verildi.Ümumiyyətlə, 
Çexoslovakiya 5 mln əhalisi olan ərazisinin 1\3-ni itirdi.Bu o demək idi ki,Çexos- 
lovakiya sənaye sahələrinin 40%-dən  məhrum  oldu,Hitler Almaniyasından asılı 
vəziyyətə düşdü. 
Ölkədə  yalnız  faşist  partiyası  olan  Milli  Birlik  Partiyası  fəaliyyət  göstər- 
məyə  başladı.Aqrar,Xalq  və  Milli  Sosialist  partiyaları    buraxıldı.Höku  mətin 
başçısı  R.Beran  oldu.Milli  Məclis  ölkə  prezidentini  seçdi  və  bu  vəzifəni  E.Qax 
tutdu.Faşist  rejiminin  möhkəmlənməsi  bir  sıra  siyasi  xadimlərin  ölkəni  tərk  et- 
məsi ilə nəticələndi. Həmin siyasi  xadimlər  arasında Qoca və Beneş də vardı. Bu 
dövrdə  Kommunist  Partiyası  faşizmə  qarşı  mübarizəni  davam  etdirdi.Partiyanın 
bir  çox  nümayəndələri  ölkəərazisini  tərk  etmək  məcburiyyətində  qaldı.Münhen 
kapitulyasiyasından  sonra  çex  burjuaziyasının  mövqeyi  sarsıldı.Slovakiyada  və 
Zakarpat Ukray nasında yerli faşistlərdən və Hitlerin agentlərindən ibarət muxtar 
hökumət yaradıldı. 
            1939-cu il martın 14-də Hitlerin əmrinə əsasən Slovakiya faşistləri Slovak 
dövlətinin  müstəqilliyini  elan  etdilər.Martın  14-dən  15-nə  keçən  gecə  prezident 
Qax Çexoslovakiyanın  bir  dövlət  kimi ləğv edilməsinə dair akta imza atdı.Çexi- 
ya  torpaqları  Çexiya  və  Moraviya  protektoratlığı  adı  altında  Almaniya  impe- 
riyasının tərkibinə daxil oldu.Bütün Zakarpat Ukraynası Macarıstana birləşdirildi. 
Çexoslovakiyanın müstəqilliyi isə ləğv edildi. 


67 
 
Bolqarıstan 1918-1939-cu illərdə  
Birinci dünya müharibəsinin Bolqarıstanın sosial-iqtisadi və 
 siyasi vəziyyətinə təsiri 
Birinci  dünya  müharibəsi  Boqarıstanın  sosial-iqtisadivə  siyasi  vəziyyətinə 
ağır  zərbə  vurdu.1918-ci  il  sentyabrın  29-da  Salonikdə  Bolqarıstanla  Antanta 
dövlətləri arasında müqavilə imzalandı.Oktyabrın 3-də isə çar Ferdinand oğlu III 
Borisin xeyrinə taxt-tacdan əl çəkdi və ölkəni tərk etdi.1919-cu il avqustun 17-də 
Xalq  Məclisinə  seçkilər  keçirildi.Seçkilərdə  BolqarıstanXalq  Əkinçilik  İttifaqı 
böyük  əksəriyyətin  səsini  qazanaraq  hökuməti  formalaşdırdı.Onun  başçısı 
A.Stamboliyski  oldu.Hökumət  oktyabrda  koalision  hökumətə  çevrildi,noyabrda 
isə Neyi müqaviləsini imzaladı.Bununla ölkənin iqtisadi həyatı beynəlxalq komis- 
siyanın  nəzarəti altına keçir.Belə şəraitdə dəmiryolçuların  ümumi tətili  baş verir. 
1920-ci il yanvarın 3-də hərəkat tezliklə dayandırılır. 
1920-ci ilin mayında Xalq Məclisinə yeni seçkilər keçirildi ki,bu seçkilərdə 
BXƏİ  parlaq  qələbə  qazandı.Stamboliyskinin  başçılığı  altında  birpartiyalı  höku- 
mət  formalaşdırıldı.Tezliklə,“Torpaq  mülkiyyəti  haqqında”  qanun  qəbul  edil- 
di.Qanuna  əsasən  torpaq  mülkləri  30-  ha.həcmində  məhdudlaşdırıldı.Xüsusi  tor- 
paq  fondu  yaradıldı  ki,bu  fonddan  torpaqsız  kəndlilərə  torpaq    sahələrinin  veril- 
məsinə  başlanıldı.Torpaqların  haqqı  isə  20  il  ərzində  ödənilməli  idi.Lakin,bu 
tədbirlərə baxmayaraq, xalq kütlələrinin vəziyyəti ağır olaraq qalırdı.Çünki,höku- 
mətin yeritdiyi demokratik siyasət burjuaziyanın müqaviməti ilə qarşılaşdı.Stam- 
boliyski  hökumətinin  xarici  siyasəti  sülhsevər  xarakter  daşıyırdı.Belə  ki,tezliklə 
Polşa,Çexoslovakiya  və  Yuqoslaviya  ilə  dostluq  əlaqələri  yaradıldı.  Fransa  ilə 
əməkdaşlıq  xətti  götürüldü.Eyni  zamanda  Bolqarıstan  antisovet  müdaxilədə 
iştirak etmədi. 
                 Bolqarıstan XX yüzilliyin 20-30-cu illərində 
1923-cü ilin iyunun 9-da Bolqarıstanda faşist çevrilişi baş verir.Belə ki,çar 
Boris hakimiyyəti ələ keçirir.Stamboliyski isə xalq kütlələrinin müqavimətini təş-  
kil etməyə cəhd göstərsə də,onun dəstələri dağıdılır,özü isə vəhşicəsinə öldürü-  


68 
 
lür.Yeni hökumətin başçısı A.Sankov təyin edilir. 
1924-cü  ilin sonu-1925-ci  ilin əvvəllərində Bolqarıstan kapitalizmin    nisbi 
sabitləşməsi  dövrünə  daxil  olur.  İngiltərə  və  Amerika  bankirlərindən  alınan  kre- 
ditlərin  hesabına  ölkədə  yeni  sənaye  müəssisələri  tikilir  və  avadanlıqlar  alınır. 
1925-ci  il aprelin 16-da Sofiya  yığıncağında antifaşist  mübarizə  gücləndi.Ölkədə 
faşist terroru artdı,siyasi xadimlərin bir çoxu ölkəni tərk etdi. 
1926-cı ildə ölkəninmaliyyə sistemində yaranmış böhranı aradan qaldırmaq 
üçün  hökumət  ABŞ  və  İngiltərəyə  müraciət  etdi.Tezliklə,Bolqarıstana  3,5  mln. 
funt.sterlinq  həcmində borc  verildi.Doğrudur,bunula  Bolqarıstan  iqtisadiyyatında 
müəyyən  inkişaf  özünü  göstərməyə  başladı.Ancaq,hökumət  xarici  qüvvələrin 
təsirini qəbul etməyə məcbur oldu. 
1929-1933-cü  illərdə  dünya  iqtisadi  böhranı  zəif  Bolqarıstan  iqtisadiy- 
yatına  ağır  zərbə  vurdu.Sənaye  istehsalı  30-40%  aşağı  düşdü.  Sənaye  böhranı 
aqrar  böhranla  birləşdi.Ölkədə  100  minlərlə  işsiz  vardı.Yeni  parlament  seçkiləri 
ərəfəsində- 1931-ci  ilin  iyununda qeyri-faşist burjua partiyalarından  ibarət “Xalq 
bloku”  yaradıldı.“Xalq  bloku”  ölkədə  faşist  rejiminin  devrilməsini,demokratik 
təsisatların yaradılmasını tələb edirdi.“Xalq bloku” hökumətinin başında A.Mali- 
nov,sonra  isə  N.Muşanov  durdu.1932-1933-cü  illərdən  etbarən  Bolqarıstanda 
inqilabi şərait yarandı. 
 
 
1934-cü il mayın 19-da hərbi-faşist diktaturası yaradıldı.Polkovnik Komon 
Georgiyevin  başçılığı  altında  hökumət  təşkil  olundu.1879-cu  il  Tırnov  Konsti- 
tusiyası  dəyişdirildi,Xalq  Məclisi  qovuldu,bütün  siyasi  partiyalar  bağlandı,yerli 
özünüidarəçilik ləğv edildi.Əsas zərbə isə inqilabi fəhlə hərakatına vuruldu.
 
          Ölkənin xarici siyasətində Fransa və Yuqoslaviya ilə yaxınlaşma baş verdi, 
1934-cü ilin iyulunda isə Sovet İttifaqı ilə diplomatik münasibətlər quruldu.1935-
ci  ilin  yanvarında  K.Georgiyev  istefa  verdi.1935-ci  ilin  sonunadək  ölkədə  iki 
hökumət  kabineti  dəyişdi.  Çara  yaxın  Q.Koseyvanov  hökumət  təşkil  etdi.Lakin, 
Bolqarıstanda  çar  Boris  monarxist  faşist  diktaturasını  möhkəmləndirdi.Ölkənin 
daxili  siyasətində  aparıcı  xətt  demokratik  azadlıqların  ləğv  edilməsi,faşist  terro- 
runun güclənməsi və digər məsələlər idi.Artıq,Bolqarıstanın daxili və xarici siya- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə