Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   37

 

-13- 


müasir insanların informasiyalardan bəhrələnmə imkanları, informasiya resursları və ondan 

istifadənin vəziyyəti kimi məsələlər əsas götürülmüşdür. 

İnformasiya  azadlığı  prinsipi  Qərb  media  sistemində  fərqlidir,  insanlara  ən  başlıca 

olanı  söyləmək  imkanı  ilə  yanaşı,  öz  istədiyi  fikri  çatdırmaq  və  izah  etmək  niyyətini 

nəzərdə  tutur.  İraq  müharibəsi,  Əfqanistan,  Çeçenistan,  Gürcüstan  və  Dağlıq  Qarabağ 

müharibələrinin  gedişindəki  informasiya  mübarizəsində  bu,  özünü  daha  aydın  göstərdi. 

Bütün  bunlar  informasiya  şəbəkələrinə  və  sistemlərinə  təhlil  verərkən  kulturoloji  təhlil 

metodundan  istifadə  etməyi,  ziddiyətlərin  sosiomədəni  mahiyyətini  üzə  çıxarmağı  tələb 

edir.Tarixin indiki mərhələsində hər bir informasiya qurumu dünyanın qlobal problemlərini 

və  qabaqcıl  təcrübələri  öyrənməklə  yanaşı,  öz  prinsiplərini  və  konsepsiyalarını  da  müəy-

yənləşdirir.  Azərbaycanda  informasiya  qurumlarının  bu  istiqamətdə  fəaliyyətinin  elmi-

nəzəri  təhlilini  canlandırmaq  üçün  tarixi  müqayisəli  təhlil  metodundan  istifadə  daha 

məqsədəuyğun sayılmışdır. Dövlətin və xalqın istək və arzularına müvafiq olaraq Azərbay-

can gerçəkliyinin təbliği, iqtisadi və sosial imkanların getdikcə artması ilə müşahidə olunan 

informasiya  siyasəti  öz  tarixi  inkişafında  Azərbaycan  dövlətinin  və  xalqının  mənafeyinə 

xidmət edir. 

Müasir informasiya cəmiyyətində aparılan böyük işlər nə qədər ümumbəşəri xarakterli 

olsa da, onun zəngin  və  çoxsahəli regional və milli xüsusiyyətləri də vardır. Ona görə  də 

tədqiqatda məsələnin ümumi tərəflərinə nəzər salmaqla, ilk dəfə olaraq, Azərbaycan tarixi-

nin bu mühüm sahəsinə kompleks yanaşılmış, onun regional, o cümlədən ölkəmizlə bağlı 

məsələlərinə  daha  çox  diqqət  verilmişdir.  Bununla  yanaşı,  tədqiqatda  yeniliyi  əsas-

landırılan aşağıdakı məsələləri ayrıca qeyd etmək olar: 

-

 

dünyada  gedən  qloballaşma  prosesində  informasiya  işi  və  onun  regional  xüsusiy-



yətlərinin milli arealda səciyyələndirilməsi; 

-

 



dünya  yeniliklərinin  öyrənilməsi,  təhlili  və  yayımında  yerli  KİV  və  agentliklərin 

fəaliyyəti və informasiya mübadiləsinin əhəmiyyəti; 

-

 

dövlət siyasətində və idarəçiliyində milli informasiya işinin təşkili və onun cəmiyyət 



həyatındakı rolu; 

-

 



AzərTAc-ın  yaradılmasının  tarixi  əhəmiyyəti,  demokratik  prinsiplərin  və  siyasi 

plüralizmin inkişafına onun təsiri;  

-

 

müasir  informasiya  şəbəkəsində  AzərTAc-ın  tarixi  rolunun  və  milli  ideologiyanın 



formalaşmasındakı iştirakının təhlili; 

-

 



ümumilli  lider  Heydər  Əliyevin  KİV-lərlə  iş  metodu  və  bunun  Azərbaycan 

mətbuatının inkişafına təsiri; 




 

-14- 


-

 

müasir  mərhələdə  Prezident  İlham  Əliyevin  informasiya  işinə  verdiyi  diqqət, 



AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsinə qayğısı. 

-

 



Tədqiqat  işinin  materialları,  ayrı-ayrı  fəsillərdə  qoyulan  məsələlər  Azərbaycanın  ən 

yeni tarixi, mətbuat tarixi, müasir jurnalistika, sosiologiya, politologiya, sosial-psixologiya 

və  s.  elm  sahələrinin  tədqiqində,  habelə  universitetlərdə  müvafiq  fənlərin  tədrisində, 

mühazirə mətnlərinin hazırlanmasında istifadə oluna bilər. Eyni zamanda, dövlət idarəçilik 

sistemində,müxtəlif  kommersiya  və  biznes  sahələrində  çalışan,  gündəlik  fəaliyyətində 

informasiya işi ilə təmasda olan insanlar üçün də maraqlı ola bilər. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

-15- 


I FƏSİL  

İNFORMASİYA VƏ XƏBƏR AGENTLİYİ MƏFHUMLARI 

1.1.

 

 İnformasiya nədir? 

Sürətlə qloballaşan müasir dünyanın beynəlxalq münasibətlər sistemində informasiya 

inkişafın hərəkətverici qüvvəsinə çevrilmişdir. Yeni dünya nizamında mass-medianın elmi-

nəzəri  və  praktik  konsepsiyasını  araşdıran  tədqiqatlarda  belə  bir  fikrə  tez-tez  rast  gəlmək 

olur ki, hazırda dünyanın güc mərkəzlərinin siyasətini məhz informasiya formalaşdırır. İndi 

istər  qabaqcıl  dövlətlər,  istərsə  də  inkişaf  etməkdə  olan  ölkələr  beynəlxalq  əlaqələr 

sistemində  münasibətlərin  prioritetlərini  toplanmış  və  təhlil  edilmiş  informasiya  əsasında 

müəyyənləşdirir. 

Bu  amili  nəzərə  alan  tədqiqatçılar  yazırlar  ki,  hələ  ötən  əsrin  60-70-ci  illərindən 

başlayaraq sənaye cəmiyyəti kompyuter texnologiyalarının sürətli inkişafa yol açdığı yeni 

epoxaya-informasiya  cəmiyyətinə  daxil  olmuşdur.  Futuroloq  A.  İoselianin  informasiya 

cəmiyyətinə  keçidi  bilavasitə  informasiya  iqtisadiyyatının  yaranması  zərurəti  ilə 

əlaqələndirir.

4

 Elmi ədəbiyyatda informasiya cəmiyyəti, onun sosioloji, fəlsəfi və futuroloji 



mahiyyəti  barədə  müxtəlif  fikirlər  vardır.  Bəziləri  onu  informasiya  iqtisadiyyatının, 

başqaları  modernləşmənin,  digərləri  postindustrial  sistemin  meydana  gətirdiyini  yazırlar. 

İctimai  inkişaf  haqqında  konseptual  proqnozların  patriarxları  olan  E.  Toffler,  D.Bell 

informasiya  cəmiyyətini  industrial  cəmiyyətdən  sonra  yaranan  yeni  mərhələ  kimi 

səciyyələndirirlər.  Onların  fikrincə,  industrial  cəmiyyətin  əsasını  təşkil  edən  kapital  və 

əmək burada öz yerini informasiyaya, biliyə verir. İnformasiya texnologiyalarının inqilabı 

təsiri  nəticəsində  informasiya  cəmiyyətində  siniflər  sosial  baxımndan  diferensiasiya 

edilməmiş “informasiya birlikləri” ilə əvəzlənir.

5

 

Akademik  Ramiz  Mehdiyev  “Azərbaycan:  qloballaşma  dövrünün  tələbləri”  adlı 



fundamental əsərində  yazır: “Modernləşmə dünya birliyinə nüfuz edərək, “ikinci dalğa”nı 

–industrial  sivilizasiyanı  tədricən  əvəzləyir.  Dünya  sivilizasiyanın  dalğaları  əvəzlənərək, 

tarixi  inkişafın  qatlarına  yeni  münasibətlər,  iqtisadi  prioritetlər  və  imkanlar,  habelə  siyasi 

normalar  və  təsisatlar  gətirir,  fərdin  sosial  simasını  dəyişdirir.  İndi  dünyanın  üçüncü 

Toffler  dalğasının  qoynunda  olduğu  bir  vaxtda,  informasiya  cəmiyyətinin  reallıqlarını 

təzəcə mənimsəyən yeni müstəqil dövlətlərdə təbii modernləşmə başlayır.”

6  

                                                           



4

 Иоселиани А.Д.Информационное общество//Глобалистика:Энциклопедия./Ред. и сост. И.И.Мазур и 

А.Н.Чумаков. М.:Радуга, 2003, стр.325 

5

 Тоффлер Э Третъя волна / Научный редактор, предисловие  П.СТР. Гуревич.  М.: Изд-во АКТ, 2002, 



стр.7 

6

Yenə orada, стр.9  




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə