Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

 

-20- 


Nəhayət,  sonuncu  komponent  mükəmməl  informasiya  qanunvericiliyi  sisteminin 

qurulmasıdır. Bu komponentlərin hamısı Azərbaycanda vardır və deyə bilərik ki, ölkəmiz 

dünya informasiya məkanının fəal subyektlərindən biridir. 

Proqnozlara  görə,  10-15  ildən  sonra  iqtisadi  potensial  getdikcə  daha  sürətlə  tükən-

məkdə  olan  xammal  ehtiyatları  və  enerji  resursları  ilə  deyil,  yeni  elmi  texnologiyalarının 

inkişaf    səviyyəsi  ilə  müəyyən  ediləcəkdir.  Artıq  dünyada  informasiya  texnologiyaları 

hazırlayan şirkətlərin göstəriciləri də bunu sübut edir. 

Tədqiqatçı alim V.Kuznetsov 5 il əvvəlin statistikasına istinad edərək yazır ki, ABŞ-da 

resursların  təqribən  60  faizi  və  məşğul  əhalinin  80  faizi  informasiyanın  işlənməsi  ilə 

əlaqədar sahələrin payına düşür. İnformasiyanın inkişafı baxımından ABŞ başqa ölkələri 8-

10 il qabaqlayır və dünyada total hökümdarlığı əldən verməməyə çalışır. ABŞ-da 5 mindən 

çox  firma ictimaiyyətlə əlaqələrin öyrənilməsi və məsləhət xidmətləri ilə əlaqədar sahədə 

çalışır.  Onların  illik  gəliri  yüz  milyonlarla  ölçülür.  İri  firmaların  hamısında  ictimaiyyətlə 

əlaqə  şöbələri  fəaliyyət  göstərir.  Bu  sahədə  250  mindən  çox  reklamçı  və  30  mindən  çox 

jurnalist çalışır. 200-dən çox universitet və kollecdə bu sahə üçün mütəxəssis hazırlanır.

11

 



Göründüyü  kimi,  ABŞ-da  informasiyanın  istehsalı  və  mübadiləsi  üçün  mükəmməl 

elmi,  texniki,  sosial,  siyasi  və  iqtisadi  mexanizmlər  yaradılmışdır.Bu  mexanizmlərin  hər 

biri  öz  fünksiyası  çərçivəsində  dünyada  gedən  proseslərə  dair  informasiyaları  toplayıb 

təhlil  etmək,  superdövlətin  qlobal  məkanda  nüfuz  dairəsini  möhkəmləndirmək  və 

genişləndirmək işinə xidmət edir. Həmin iş digər vasitələrlə yanaşı, həm də informasiyanın 

mübadiləsi üzərində qurulur. 

İnformasiya mübadiləsi ölkə daxilində yerli qanunvericilik aktları, beynəlxalq aləmdə 

isə  dövlətlər,  transmilli  qurumlar  arasında  imzalanmış  müqavilələr  və  sazışlər  əsasında 

həyata  keçirilir.  İnformasiya  mübadiləsi  ilə  əlaqədar  ilk  beynəlxalq  sazişlər  19-cu  əsrə 

aiddir.  O  vaxt  bu  müqavililər  əsasən  teleqraf  rabitəsinə  aid  idi.  Radionun,  sonradan 

televiziyanın  kəşfi  nəticəsində  yayım  şəbəkəsinin  qanunvericilik  yolu  ilə  tənzimlənməsi 

zərurəti  yaranmışdır.  Tarixdən  bəllidir  ki,  istər  ideoloji  sistemlərin,  yaxud  müharibə  edən 

tərəflərin  təbliğatına  qarşı  aparılan  mübarizə  işi  informasiya  mübadiləsinin  yeni 

parametrlərini  müəyyənləşdirmiş  və  onun  tənzimlənməsində  xüsusi  rol  oynamışdır. 

Müharibə  dövrlərinə  aid  elmi-tarixi  ədəbiyyat  müəlliflərinin  qənaətinə  görə,  qanlı-qadalı 

illərdə informasiyanın təsir gücü silahın gücündən heç də az olmamışdır. T.Y. Lebedevanın 

fikrincə,  müharibə,  xüsusilə  də  İkinci  Dünya  müharibəsi  yalnız  ABŞ-da  deyil,  həm  də 

                                                           

11

Кузнецов В Ф. Свяази с общественностыю. Теория и технологии: Учебник для студентов вузов по 



спеециалъности. М.: Аспект Пресс, 2006, стр. 47 


 

-21- 


Böyük  Britaniya,  Almaniya,  Fransa  və  başqa  ölkələrdə  ictimaiyyətlə  əlaqələrin  inkişafı 

üçün təkan olmuşdur.

12

 

Ölkələr  arasında  informasiya  mübadiləsi  həm  rəsmi  dövlət  qurumları  (diplomatik 



nümayəndəliklər,  yüksək  səviyyəli  nümayəndə  heyətlərinin  səfərləri,  hökümətlərarası 

komissayalar, müvafiq nazirliklər və s.), həm də milli xəbər agentlikləri vasitəsilə həyata 

keçirilir. Müstəqil Azərbaycan Respublikasında bu funksiyanın yerinə yetirilməsində rəsmi 

dövlət  informasiya  agentliyi  olan  AzərTAc-ın  da  mühüm  rolu  vardır.  Dünyanın  müxtəlif 

ölkələrinin milli xəbər agentlikləri ilə informasiya mübadiləsinə dair müqavilə və sazişlərin 

imzalanması AzərTAc-ın fəaliyyətinin üstünün istiqamətlərindən biridir. Bu barədə agent-

liyin  Azərbaycan  Respublikası  Prezidentinin  2001-ci  il  29  iyun  tarixli  Fərmanı  ilə  təsdiq 

edilmiş  Əsasnaməsində  deyilir:  “AzərTAc  xarici  ölkələrin  informasiya  agentlikləri  və 

digər  kütləvi  informasiya  orqanları  ilə  mübadilə  və  ya  kommersiya  şərtləri  əsasında 

informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayır.”

13

   


Azərbaycanda  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  AzərTAc  informasiya 

mübadiləsinə  dair  ilk  rəsmi  sənədi  1992-ci  ildə  Türkiyə  Cümhuriyyətinin  Anadolu 

Agentliyi  ilə  bağlamışdır.  Hazırda  Asiya  və  Avropanın  25  dövlətinin  milli  xəbər 

agentlikləri ilə imzalanmış müqavilə və sazişlər əsasında informasiya mübadiləsi aparılır.

14

  

Son  illər  Azərbaycanın  regionun  geosiyasi  həyatında  oynadığı  rola  artan  marağın 



nəticəsidir  ki,  bu  müqavilə  və  sazişlərin  böyük  əksəriyyəti  müvafiq  ölkələrin  milli 

agentliklərinin  təşəbbüsü  ilə  bağlaanmışdır.  AzərTAc  cəmiyyət  həyatının  ən  müxtəlif 

sahələrinə  dair  yenilikləri  təkcə  müqavilələr  və  sazişlər  əsasında  deyil,  həm  də  birbaşa 

əlaqələr  yolu  ilə  beynəlxalq  aləmdə  və  ölkədə  yayır.  Hazırda  AzərTAc  dünyanın  90-dan 

çox dövlətinin milli xəbər agentliyi ilə informasiya mübadiləsi edir. 

Mübadilə  prosesində  informasiyanın  xüsusiyyətləri  və  formaları  haqqında  məsələ  də 

böyük əhəmiyyət kəsb edir. Tədqiqatçılar dövlətlər arasında mübadilə olunan informasiya-

ları “mənşəyinə” görə iki qrupa –rəsmi (formal) və qeyri-rəsmi (qeyri-formal) informasi-

yaya bölürlər. Bunlardan birincisi rəsmi strukturlarda və ictimaiyyətlə rəsmi əlaqə kanalla-

rında,  ikincisi  isə  qeyri-rəsmi  strukturlarda  və  kanallarda  dövr  edir.  Formal  informasiya 

sosial  idarəetmə  sistemində  rəsmi  orqanlar  tərəfindən  hazırlanır  və  ötürülür,  xarici  əlaqə-

lərin  qurulmasında  çox  mühüm  və  həlledici  rol  oynayır.  Rusiyalı  sosioloq  V.Afanasıyev 

                                                           

12

 Vəliyev H.A. Dünya informasiya agentlikləri: Dərs vəsaiti. B.: Bakı Universiteti nəşriyyatı, 2003, səh. 63  



13

 Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (aprel-iyun 2001 ci il) Bakı: 

Azərbaycan, 2001, səh. 104 

14

 www.azertag.gov.az/ “Bizim tərəfdaşlar bölməsi” 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə