Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

 

-18- 


həyatının elə bir sahəsi yoxdur ki, mətbuatda bu barədə informasiya olmasın. Buna görə də  

“informasiya  cəmiyyəti”  termininin  yaranması  və  ona  önəm  verilməsi  tamamilə  təbiidir. 

Çünki  informasiya  cəmiyyətini  əvvəlki  sosial  quruluşlardan  mahiyyətcə  fərqləndirən  ən 

əsas  cəhət  bu  cəmiyyətin  iqtisadi  sistemində  informasiyanın  həlledici  əhəmiyyətə  malik 

olmasıdır. 

Lakin informasiya cəmiyyəti haqqında elmi konsepsiyalarda bu iki sözün ehtiva etdiyi 

anlayışa  genetik  mənada  yanaşmalara  da  rast  gəlmək  mümkündür.  Bu  cür  düşünənlərin 

fikrincə,  informasiya  cəmiyyətinin  yaşı  bütövlükdə  bəşəriyyətin  yaşından  heç  də  az 

deyildir:  cəmiyyətin  inkişafının  bütün  mərhələlərində  informasiya  onun  zəruri 

atributlarından biri olmuşdur. 

Əlbəttə ki, ibtidai sivilizasiyalarda da, digər formasiyalarda da təkamülün əsas aktor-

larından  biri  informasiya  olmuşdur.  “Böyük  Rusiya  Ensiklopediyası”nda  deyildiyi  kimi, 

cəmiyyətin  inkişafının  ilk  mərhələsində  yaşamaq  uğrunda  mübarizədə,  evlərin  inşasında, 

geyimlərin  hazırlanmasında,  ərzaq  təminatında,  məhsul  ehtiyatlarının  yaradılmasında  və 

qorunmasında,  müharibə-müdafiə  və  hərbi  yürüşlərdə  təchizat  və  silahlanmada,  təbiət 

hadisələrinin meydana gəlməsində və inkişafında mövcud biliklərin toplanması, ötürülməsi 

və ondan təkamülün təminedici vasitəsi kimi istifadə olunması labüd hala çevrilmişdir. İlk 

texniki  avadanlığın  meydana  gəlməsi,  nəqliyyat  vasitələrinin  getdikcə  təkmilləşdirilməsi, 

metaldan  istifadə  və  bu  sahələrdə  mövcüd  təcrübələrin  öyrənilməsi  informasiyasız 

mümkün  ola  bilməzdi.  Cəmiyyətin  inkişafında  istehsalın  artmasının  sənayeləşmə  ilə 

nəticələnən  böyük  təkamülündə  informasiyanın  nə  dərəcədə  mühüm  rol  oynadığını 

təsəvvür  etmək  mümkündür.  Bu,  formalaşmaqda  olan  postindustrial  sivilizasiya  ilə  sosial 

quruluşun ən qədim formaları arasında genetik əlaqənin olmasını göstərir. Təəccüblü deyil 

ki, indiyə qədər hələ heç bir iqtisadçı ibtidai icma dövrü ilə müasir sivilizasiya arasındakı 

varislik  əlaqəsini izləməyə  cəhd  göstərməmişdir. Halbuki, müasir cəmiyyətlə  müqayisədə 

bizim  uzaq  əcdadlarımızın  həyatında  informasiyanın  əhəmiyyəti  heç  də  az  olmamışdır. 

Çünki  informasiya  bütün  dövrlərdə  işə  yaramış  və  ictimai  transformasiyanın  başlıca 

mənbəyi olmuşdur.

9

 

Əgər “informasiya ictimai transformasiyanın başlıca mənbəyi olmuşdur” sa, alimlər nə 



üçün  “informasiya  cəmiyyəti”  konsepsiyasını  əsaslandırmaq  üzərində  baş  sındırırlar? 

İnformasiya  cəmiyyəti  tarixi  reallıqdır,  yoxsa  utopiya?  “Həqiqət  müqayisədə  meydana 

çıxır”  prinsipi  ilə  yanaşsaq,  suala  “tarixi  reallıqdır”  cavabını  verməli  olacağıq.  Çünki 

                                                           

9

 Gündüz  O.M.  Jurnalistlər  üçün  informasiya  texnologiyaları.  Bakı:  Multimedia  informasiya  sistemləri  və 



texnologiyaları mərkəzi, 2009, səh.101 

 



 

-19- 


informasiya  cəmiyyəti  kateqoriyasını  sənaye  cəmiyyəti  və  ondan  əvvəlki  cəmiyyətlərə 

müqayisə edəndə, artıq yeni sosial quruluşun tarixi reallıq olduğu aydın görünür. 

Sənaye  cəmiyyətindən  əvvəlki  cəmiyyətlərin  tarixinə  diqqət  yetirsək  görərik  ki, 

insanların yaşamaq uğrunda mübarizəsinin rəhni əzələ qüvvəsi idi. Belə cəmiyyətdə rifah 

təbii  amillərdən  –yağışdan  və  quraqlıqdan,  torpağın  vəziyyətindən,  iqlimin  sərt  və  ya 

mülayim keçməsindən asılı olurdu. 

Sənaye cəmiyyəti isə çevikdir, istehlak tələbatını istehsal vasitələrini inkişaf etdirmək-

lə  tənzimləyir.  Bu  cəmiyyətdə  insan  təbiəti  dəyişdirmək  istəyən  qüvvəyə  çevrilir,  dünya 

texniki xüsusiyyət qazanır və daha da rasional olur, həyatın ritmi insan zəkasının məhsulu 

olan ən müasir texnikanın sürəti və iş ahəngi ilə ölçülür. 

Bəs  informasiya  cəmiyyətini  fərqləndirən  xüsusiyyətlər  hansılardır?  İnformasiya 

cəmiyyəti  zəngin  və  daha  geniş,  çoxçeşidli  xidmətlərə  əsaslanır.  Bu  cəmiyyətdə  əsas  rol 

oynayan yalnız əzələ qüvvəsi və enerji deyil, onu tənzimləyən və inkişafa təkan verən, yol 

göstərən  informasiyadır.  Hazırda  ətraf  aləm  haqqında  biliklərin  toplanmasının  da  aid 

olduğu informasiya xarakterli proseslər, əslində, cəmiyyətin inkişaf istiqamətini və sürətini 

müəyyən edir. Buna görə də “informasiya cəmiyyəti” termininin yaranması və ona böyük 

önəm verilməsi tamamilə təbiidir. 

Dünyada informasiyanın əhəmiyyəti durmadan artır, hazırda bu sektor bütövlükdə iq-

tisadiyyatın digər sahələrindən daha sürətlə inkişaf edir. Bu sahənin inkişafı Azərbaycanda 

da  sürətlə  gedir.  Təsadüfi  deyil  ki,  Azərbaycanda  sənayenin  neft-qaz  sektorundan  sonra 

inkişaf  sürətinə  və  yatırılan  sərmayələrin  həcminə  görə  informasiya  –kommunikasiya 

texnologiyaları sahəsi ikinci yerdədir. “Azərbaycan Respublikasında rabitə və informasiya 

texnologiyalarının  inkişafı  üzrə  2010-2020  ci  illər  üçün  Dövlət  Proqramı”  nda  deyilir: 

“Hazırda İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç 

dəfə  qabaqlayır.  Dünya  İqtisadi  Forumu  tərəfindən  2008-2009-cu  illər  üçün  hazırlanmış 

“İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabat” da Azərbaycan 134 ölkə 

sırasında 60-cı yeri tutmaqla bir çox nüfuzlu ölkələri qabaqlamışdır və MDB-nin iştirakçısı 

olan dövlətlər arasında lider olmuşdur.”

10

 

İnformasiya  məkanının  formalaşdığını  bir  sıra  əsas  komponentlər  təsdiq  edir. 



Bunlardan birincisi, qlobal və milli informasiya resurslarıdır. İkinci əsas komponent müasir 

tələblərə  cavab  verən  informasiya-telekommunikasiya  infrastrukturudur.  Üçüncü  kom-

ponent  kütləvi  informasiya  sistemidir.  Dördüncüsü,  informasiya  məhsulları  və  xidmətləri 

bazarıdır.  Bu  komponent  növbəti  amili  –açıq  dünya  şəbəkələri  ilə  əlaqəni  şərtləndirir. 

                                                           

10

 Hiebert R., Ungurait D., Bohn T., Kütləvi informasiya  vasitələri: Müasir kommunikasiyaya giriş /  İngilis 



dilindən tərcümə edəni X.Hüseynova, K.Aslan. VI nəşr. Bakı: Xəzər Universiteti nəşriyyatı, 2005, səh.603  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə