Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   37

 

-11- 


Müasir  informasiya  nəzəriyyəçilərindən  E.Toffler,  L.Zemlyanova,  Y.Zasurski,  V.Te-

rin, A.Panarin, M.  Nazarov və  başqalarının tədqiqatları  məşhurdur. Jurnalistika sahəsində 

ardıcıl tədqiqat aparanlar –E.Proxorov, E.Dotsensko, S.Mixaylov, V.Sapunov, M.Şkondin, 

A.Tertıçnı,  V.Voroşilov,  eləcə  də  kulturoloq,  sosioloq,  psixoloq  və  filosoflardan  S.Kara 

Murza,  D.İvanov,  M.Verşinin,  A.Yuryev  və  başqalarının  tədqiqatları  informasiya  cəmiy-

yətinin və onun ayrı-ayrı problemlərinin tədqiqinə həsr olunmuşdur. Son dövrlərdə Qərbdə

Latın  Amerikasında,  Rusiyada  və  Asiya  ölkələrində  fəaliyyət  göstərən  müxtəlifyönlü 

informasiya agentliklərinin işi də ardıcıl olaraq öyrənilir. 

Şərqdə  ilk  demokratik  respublikanın  –Azərbaycan  Xalq  Cümhuriyyətinin  yadigarı 

olan  AzərTAc-ın  tarixi  və  keçdiyi  inkişaf  yolu  ilə  bağlı  indiyə  qədər  ayrıca  tədqiqat  işi 

aparılmamışdır. Ayrı-ayrı  yubiley  məqalələrini, bəzi  jurnalist xatirələrini nəzərə almasaq, 

demək olar ki, bu sahədə heç bir iş görülməmişdir. AzərTAc-ın keçdiyi tarixi inkişaf yolu, 

müstəqillik illərində onun fəaliyyətinin təkmilləşdirilməsi üçün dövlət səviyyəsində görü-

lən  böyük  işlər,  agentliyin  dünya  informasiya  məkanına  çıxmasına  nail  olmaq  sahəsində 

tədbirlər geniş araşdırmalar aparılmasını bir vəzifə kimi qarşıya qoymuşdur. 

Yeni  minilliyin  ilk  onilliyi  informasiya  texnologiyalarının  cəmiyyətin  bütün  təbəqə-

lərinə təsirinin genişlənməsi ilə əlamətdardır. Bu, həm də onun aydın göstəricisidir ki, dün-

yada informasiya siyasəti yeni, genişməkanlı, çoximkanlı və qarşısıalınmaz təsirə malik bir 

mərhələyə  qədəm  qoymuşdur.  Yer  üzündə  baş  verən  hadisələrin  müxtəlif  təzahürlərinin 

daha tez və tam gerçəkliyi ilə öyrənilməsi, onların daha dərin və obyektiv təhlili göstərir ki

qloballaşan  dünyanın  gələcəyinin  müəyyənləşdirilməsi  həm  də  informasiya  siyasəti  və 

onun düzgün təşkili  ilə sıx bağlıdır. Ona görə də bu sahənin  yeniliklərinin, habelə tarixi, 

siyasi, sosial-fəlsəfi və psixoloji cəhətlərinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. 

Qərəzsizlik  və  aşkarlıq  müasir  media  məkanının  vacib  aspekti  olmalıdır.  Yeri 

gəlmişkən,  bu  barədə  Asiya  və  Sakit  Okeanın  Ölkələri  Xəbər  Agentlikləri  Təşkilatı 

(OANA)  İcraiyyə  Komitəsinin  2008-ci  ilin  sentyabrında  AzərTAc-ın  ev  sahibliyi  ilə 

Bakıda  “Qloballaşan  dünyada  informasiya  hamı  üçün”  mövzusunda  keçirilmiş  30-cu 

iclasında  da  geniş  danışılaraq  bildirilmişdir  ki,  bu  mühüm  amil  etimada  əsaslanan 

beynəlxalq  ab-havanın  yaranmasına  kömək  edir.  Unutmamalıyıq  ki,  Yer  kürəsinin 

müəyyən hissəsi hələ də etnik- ərazi münaqişələrinin məngənəsindədir. Bu münaqişələrin 

həlllinin ləngiməsinin əsas səbəblərindən biri, adətən, media strukturlarının formalaşdırdığı 

kütləvi  şüur  və  ictimai  rəydir.  Siyasətçilər  və  mühüm  məsələləri  həll  edənlər  çox  vaxt 

informasiya siyasətinin girovlarına çevrilir ki, bu da bəzən çox şeyi həll edir. Nəticədə biz 



 

-12- 


təkcə  real  və  düzgün  mövqe  tutulmamasının  deyil,  həm  də  bu  və  ya  digər  regionun 

xüsusiyyətlərinin başa düşülməməsi kimi halların şahidi oluruq.

1

 

Xüsusilə  ötən  əsrin  90-cı  illərinin  əvvəllərində  Azərbaycan  bu  sahədə  böyük  çətin-



liklərlə üzləşmiş, informasiya blokadasına alınmışdı. Ölkəmizə zidd mövqe tutan, regionda 

öz  maraqları  olan  bəzi  qüvvələr  isə  bu  vəziyyətdən  yararlanmağa,  dövlətçiliyimizə  ziyan 

vurmağa  çalışırdılar.  Ümumilli  lider  Heydər  Əliyev  bununla  əlaqədar  müsahibələrinin 

birində  vurğulamışdı:  “Mən  dəfələrlə  bəyan  etmişəm  və  indi  də  deyirəm,  müstəqil 

Azərbaycan  müxtəlif  dövlətlərin  mənafeləri  ilə  oynamır,  o  öz  xarici  siyasətində  “soyuq 

müharibə” dövründən miras qalmış metodları tətbiq etməyəcəkdir. Suveren respublika heç 

bir  ayrı  dövləti  yeni  “böyük  qardaş”  rolunda  görmək  istəmir,  lakin  ona  xeyirxahlıqla 

yanaşanların,  əməkdaşlığın  əsarətli  rejimini  ona  zorla  qəbul  etdirməyənlərin  və  bərabər-

hüquqlu,  qarşılıqlı  surətdə  faydalı  şərtlər  seçənlərin,  nəhayət,  Ermənistan-Azərbaycan 

münaqişəsindən  Azərbaycan  ilə  Rusiya  arasında  süni  surətdə  yaradılmış  qarşıdurmanı 

sərtləşdirmək  üçün  sui-istifadə  edənlərlə  deyil,  bu  münaqişənin  tezliklə  ədalətli  şəkildə 

nizama salınmasına həvəs göstərənlərin hamısı ilə tərəfdaşlığa hazırdır”.

2

 

Bu  gün  ölkəmizin  uğurlarından  yazan  əcnəbi  jurnalistlər  yekdilliklə  etiraf  edirlər  ki, 



əgər  Azərbaycan  təhlükəsiz  bir  regionda  yerləşsəydi,  o,  şübhəsiz,  daha  böyük  uğurlar 

qazanardı.  Möhkəm  daxili  sabitlik  və  təhlükəsizlik,  yüksək  səviyyəli  dövlət  idarəçiliyi, 

dünyəvi  inkişaf  xətti  və  Qərbə  inteqrasiya  Azərbaycanın  uğurlarını  təmin  edən  əsas 

amillərdir.  Azərbaycanın  dünyanın  ən  sürətlə  inkişaf  edən  ölkəsinə  çevrilməsi,  ardıcıl 

surətdə  ən  böyük  iqtisadi  artıma  nail  olunması  dünya  mətbuatında  dərc  olunan  material-

larda xüsusi vurğulanır. Eyni zamanda, Azərbaycanın Qərbin enerji təhlükəsizliyinə böyük 

töhfələr  verdiyi  dönə-dönə  qeyd  olunur.Fransada  nəşr  olunan  “La  Lettre  diplomatique” 

jurnalı  son  illər  Azərbaycanda  aparılan  uğurlu  iqtisadi  islahatlara  toxunaraq  yazır:  “Ölkə 

rəhbərliyinin  ayrı-ayrı  vaxtlarda  regionların  sosial-iqtisadi  inkişafı,  yoxsulluğun  aradan 

qaldırılması və ölkənin davamlı inkişafı və digər məsələlərlə bağlı qəbul etdiyi proqramlar 

və  qərarlar  illerdə  Azərbaycanın  simasını  tamamilə  dəyişmiş,  ölkəni  dünyanın  aparıcı 

dövlətləri sırasına çıxarmış, dünyadakı imicinin yüksəlməsinə səbəb olmuşdur.”

3

 

Tədqiqat  işində  Azərbaycanda  xəbər  istehsalı  ilə  bağlı  görülən  işlərin  tarixinə  nəzər 



salınmaqla müasir dövrdə ölkəmizin bir informasiya məkanı kimi özəlliklərinin təhlili, bu 

sahədə  böyük  tarixi  xidmətləri  olan  AzərTAc-ın  fəaliyyətinin  tədqiqi,  eyni  zamanda, 

                                                           

1

 Qloballaşan dunyada informasiya hamı ücün.Bakı: Şərq-Qərb, 2009, səh. 53 



2

 Əliyev Heydər. Müstəqilliyimiz əbədidir.Bakı:Azərnəşr, 2009, səh. 217 

3

 Azerbaidjan: un Carrefour strategiue entre|’Orient et’| Occident.La Lettre diplomatique,Paris, 2011, №92, 



səh.143 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə