Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

149 
 
istehsal  etdiyi  məhsullara    tələbat  artıb.    Məsələn:    xalçaçılıqda  toxunan  kiçik 
xalçaların əngləri təbii olduğuna görə ölkəyə  gələn  turistləri  daha çox cəlb edir.                 
İ
stehsalı  ənənəvi  toxuculuq  sahələrindən  olan  ipəkçilik  ölkədə  e.ə.    IV  
ə
srdən  inkişaf  etməyə  başlayıb.  İpək  toxumanın  Azərbaycan      üçün      fərqli 
üslubların olması qədim  adətlərə söykənən   ipək    üzərində    naxış     vurma 
sənəti  əcnəbi  turistləri  cəlb  edən  vasitələrdən    sayılır.    Ölkədə      ənənəvi  
ipəkçilik s ənəti  Basqal,  İsmayıllı,   Şəki,   Ordubad,    Şamaxıda    nəsildən - 
nəsilə   ötürülür  və  naxışvurma     üçün   << möhür >>    xüsusi sənətkarlıqla 
hazırlanır.Ölkədə  ipək  toxumasının  turizmdə  suvenir  istehsalı  üçün  əhəmiyyəti 
daha  çox    müxtəlf      dəsmallar,      kiçik      ölçüdə      olan        ipək  işləmələrindən, 
kələğayılardan ibarətdir.  
Ölkədə xalq sənətkarlığı nümunələrindən  biri də   dulusçuluq   və keramika 
ilə bağlı olan  müxtəlif  saxsı  qab   istehsalından   ibarətdir.      Ölkədə           bu  sahə 
neolit və tunc dövründən inkişaf  etməyə   başlayıb.    Hazırda    bu sənətkarlıq   
nümunələri     Lənkəran,   Masallı,   Ərkivan,    Qazax,    Quba,    Abşeronun bəzi 
kəndlərində  öz  əhəmiyyətini  saxlayıb.  Ölkədə  saxsı    qablar  ənənəvi  sahə 
olduğuna  görə  milli  irsi  nümunələrin    yayıldığı    əksər      yaşayış  məntəqələrində 
mövcuddur. Qeyd olunan sənətkarlıq nümunələrini  yerli  və beynəlxalq  turizmdə 
istifadə etmək mümkündür. 
Ölkədə milli irsi nümunələrdən misgərlik  sənəti  e.ə. II  əsrdə ölkədə geniş     
yayılmağa        başlayıb.  Misgərlik  sənətkarlığının  inkişafı  XV-XVI  əsrdə  ən  
yüksək   həddinə    çatıb.   Xüsusilə        Azərbaycanın      qədim  şəhərləindən    Şəki, 
Ş
abran, Qəbələ, Bərdə və  Ordubadda  daha  çox inkişaf etmişdir. 
Bu    dövrdə    misgərlik    sənətkarlığı      digər    metal      üzərində      oyma 
sənətkarlığı      ilə    bərabər  bütün      ölkə      ərazisində      yayılmağa        başlayıb.        
Hazırda  misgərlik    sənət    nümunələri    və      digər    metal      üzərində        oyma                
sənəti    Şirvan  və  Şəki  –  Zaqatala    bölgəsində    öz    əhəmiyyətini      saxlayıb. 
Misgərliyin  yüksək  inkişaf    etdiyi    və    qədim    adət-ənənələrə      söykənən  
sənətkarlıq beynəlxalq turist  marşrutlarında istifadə olunur.   


150 
 
Ölkədə    ağac    üzərində  oyma  sənəti  də  adət-ənənələrə  əsaslanır.    Xüsusilə   
Şə
ki  –  Zaqatala,  Tovuz,  Qazax  rayonlarında  bu  sənətkarlıq  nümunələri  öz 
ə
həmiyyətini  saxlayıb. 
Ölkədə  milli  bayramların  etnoqrafik    sənət    nümunələrinin    turizm 
ə
həmiyyəti  vardır.  Ən  mühüm    etnoqrafik  sənət  nümunələri  Xınalıq,  Lahıc, 
Basqalda  öz      əhəmiyyətini  saxlayıb.  Ölkədə  qeyd  olunan  yaşayış  məntəqələri 
ə
sas turist marşrutlarına salınıb.  
Milli  irsi  nümunələrin   turizm   baxımından   qiymətləndirilməsi aşağıdakı 
kimi qruplaşdırılır: 
1. Milli irsi nümunələrin   müəyyən   bir   ərazidə   daha     geniş   yayılması, 
bir – birinə yaxın yerləşməsi və qədim  adət - ənənələri   özündə    əks etdirməsi. 
2.  Milli  irsi  nümunələrin  beynəlxalq  turizmdə  istifadə    olunması  üçün 
mövcud olan tranzit turizm  marşrutlarının üzərində yerləşməsi. 
3.  Müxtəlif  suvenir  istehsalının    ölkədə  və    bölgələrdə    ənənəvi  sahə  kimi 
inkişaf etməsi və bölgələrdə milli  irsi  nümunələrin  qədim   adət - ənənələrinin 
qorunub saxlanması. 
Ölkədə  milli  irsi  nümunələrinin    beynəlxalq  turizmdə    istifadəsi  üçün  
Caspian   Group   Consaltinq   şirkətinin    qiymətləndirilməsi  zamanı aşağıdakı 
nəticələr alınmışdır: 
1. Nümunəvi mədəni  irs sahəsi üzrə  İpək yolunun bir hissəsi kimi  qədim 
mədəniyyət  abidələrinin  mövcudluğu.    Müxtəlif    arxeoloji      ərazilərin                və 
qədim  şəhər    xarabalıqlarının    qorunub    saxlanılması.      Bu      da        tranzit            
turların təşkili üçün əlverişli şərait yaradır. 
2.  Ənənəvi    sənətkarlıq    sahəsi    əksər    bölgələrdə      yayılıb    və        öz 
ə
həmiyyətini    saxladığına    görə    turistləri    daha    çox    cəlb    edə    bilər.    Lahıc,   
Xınalıq    və    digər      qədimliyi      ilə    seçilən    yaşayış      məntəqələrinin  qorunub 
saxlanılması xarici turizmin inkişafına təkan vermiş olar. 
3.  Beynəlxalq  musiqi    və  digər  milli  bayramlarla    bağlı    festivalların 
keçirilməsi üçün əlverişli şəraitin olması.  


151 
 
 
Mövzu:13. Mineral və termal sular, onların rekreasiya-
turizm əhəmiyyəti 
Plan: 
1.
 Mineral və termal sular, onların müalicəvi xüsusiyyətləri 
2.
 Mineral və termal suların turizm ehtiyatı baxımından 
qiymətləndirilməsi 
3.
 Kurort – sanatoriya müəssisələrinin başlıca xüsusiyyətləri 
4. 
Dünyanın məşhur mineral və termal suları, bəzi balneoloji 
kurortları 
 
1.
  Mineral  və  termal  sular  müalicəvi  xüsusiyyəti,  kimyəvi 
tərkibinə  və  süfrə  suyu  kimi  istifadə  olunmasına  görə  qruplaşdırılır. 
Mineral  sular  qruplara  bölünərkən  onlarin  müalicəvi  xüsusiyyətləri 
ilə  yanaşı  süfrə  suyu  kimi  istifadə  olunmasi  da  nəzərə  alinir.  Bu 
baxımdan  mineral  sulardan  hidrokarbonatlı  və  xlor  tərkibi  olan 
karbonlu sularln süfrə suyu kimi istifadə olunması geniş yayılıb. 
Mineral  və  termal  suların  kimyəvi  tərkibinə  müalicəvi 
xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölünür: 
1. Karbonatlı və hidrokarbonatlı, tərkibində ayrıca karbon qazları 
olan mineral sular. Bu sulardan minerallaşma dağları, Karpatın qərb 
ə
təyi,  Bolqarıstan,  Rumıniyanın  ərazisində,  Türkiyənin  Zonquldağ 
bölgəsində daha çox yayılıb. Hesablanmış ümumi debeti 55, 5 mln l / 
sutka təşkil edir. Azərbaycanda bu suların əsas yayılma arealı Quba, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə