Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   15   16   17   18   19   20   21   22   ...   59

58 
 
verən  dəyişmələri  nəzərə  alır.  Təbii  artım  hər  bir  respublikada  iqtisadi  amilə 
yanaşı  baş  verən  iqtisadiyyatda  keyfiyyət  dəyişmələri  ilə  mövcud  olur.  O, 
cümlədən  meşə,  dağ  və  iqlimin  dəyişməsi  adi  amil  olmaqla  hər  hansı  növ 
turizmin cari ildə artımına və azalmasına səbəb olur.  
Ona görə də turizmin təşkili aspektində kadr potensialı, reklam və həmçinin 
turist kimi respublikaya gəlmişlərin ictimai rəyi əsas rol oynayır. 
Azərbaycanda  1995-2003-cü  illərdə  iqtisadiyyatın  bütün  sahələrində 
dinamik  inkişaf  meyli  və  yüksək  artım  müşahidə  olunduğu  handa  turizm 
dövriyyəsinin  nəticəsində  olan  məhsulun  artımı  ümumi  iqtisadi  artımından  geri 
qalır.  Bu  disproporsiyanın  əsas  səbəblərindən  ölkənin  turizm  üçün  yararlı 
ə
razilərinin  erməni  əsarəti  altında    olması  və  respublika  rayonlarına  səfərin 
qorxulu olması ilə əlaqəlidir. Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı respublika 
daxili  turizmüçün  yararlı  olsa  da  onların  düşən  əsarət  altında  olması  həmin 
regionların  ərazisinin  turizm  dövriyyəsindən  çoxalmasına  səbəb  olmuşdur. 
Həmçinin respublika haqqında Ermənilərin xarici ölkələrdə, o cümlədən Avropa 
və  Amerikada  lobbiçilik  yolu  ilə  respublika  haqqında  yönəldikləri  yalan 
uydurmalar, respublikaya gələnlərin motivini dəyişir. Bu amil uzun sürən ətaətli 
amil  olmaqla  müəyyən  zaman  və  reklam  tədbirləri  tələb  edir.  Turizm  sahəsində 
məhz  böhtançılıq,  yalan  sindromu  rolu  həmin  sahənin  inkişafını  yox  dərəcəsinə 
endirir. 
Turizm  potensialı  təbii  artım,  iqtisadi  artım  və  həmçinin  turizm  haqqında 
informasiya dərinliyi və səmərəliliyi ilə ölçülür.  
Turist  obyektlərində  işləyən  peşə  və  xidmət  göstəricilərin  yüksək  əmək 
haqqısı  və  yaşayış  tərzinə  uyğun  mühüm  olmalıdır.  Respublikada  turizmin 
inkişafının kadr potensialı menecment və həmçinin sosial sfera sahəsində işləmək 
üçün  kadr  hazırlığı  genişlənir.  Respublikada  ali  təhsil    sisteminin  bakalavr 
dərəcəsində “Turizm və sosial-mədəni servis xidməti”, “Turizm-sanatoriya-kurort 
kompleksində    servis  və  tibb  xidmətinin  təşkili”,  “Turizm  və  sanatoriya  kurort 


59 
 
kompleksində  bərpa  işi”,  “Standartlaşma  və  bərpa  işi”,  “Iaşə  məhsullarının 
texnologiyası”, “Menecment» ixtisasları üzrə kadr hazırlayır.” 
Azərbaycanın  dünya  turizm  sisteminə  qoşulması  üçün  beynəlxalq 
standartlara  uyğun  inkişaf  üçün  təşkilatı  tədbirlər  vacibdir.  Azərbaycan 
Respublikası  Prezidentinin  18  aprel  2001-ci  li  tarixli  464  saylı  fərmanı  ilə 
Gənclər və Idman Nazirliyi  Gənclər, Idman və Turizm Nazirliyinə çevrildi. 
Azərbaycan  Turizm  İnstitutu  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Ə
liyevin  2006-cı  il  25  avqust  tarixli  925  saylı  fərmanı  və  Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  2006-cı  il  13  fevral  tarixli  45  saylı  qərarı  ilə 
Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyinin  nəzdində 
yaradılmışdır. ATİ 2006-cı ilin sentyabr ayında bir fakültə – “Turizm işinin təşkili 
və  idarə  edilməsi”  fakültəsi  ilə  fəaliyyətə  başlamışdır.  İnstitutda  hazırda  yeddi 
kafedra – “Turizm biznesinin təşkili və texnologiyası”, “Turizmdə menecment və 
marketinq”,  “Turizmdə  informasiya  texnologiyaları”,  “İctimai  fənnlər”, 
“Turizmin  linqvistik  təminatı”,  “İqtisadiyyat”  və  “İngils  dili”,  kafedraları 
mövcuddur.  Kafedralarla  yanaşı  Tədqiqat  və  İnkişaf  Mərkəzi,  Beynəlxalq 
ə
laqələr  və  layihələr  şöbəsi,  Kitabxana  İnformasiya  Mərkəzi  fəaliyyət  göstərir. 
ATİ-də 1314-dən çox tələbə Azərbaycan, rus və ingilis dillərində təhsil alır.  
Hal-hazırda ATİ-də təhsil aşağıdakı 11 ixtisas üzrə aparılır: 
• Turizm və otelçilik 
• Menecment 
• Marketinq 
• Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması  
• Regionşünaslıq (Qafqaz regionu, Azərbaycan üzrə) 
• Bələdçi-tərcüməçi  
• Macəra, ekstrimal və dağ turizmi 
• Nəqliyyat servisi (nəqliyyat növləri üzrə xidmətlərin göstərilməsi) 
• Sosial iş 
• Beynəlxalq münasibətlər 


60 
 
• Qida mühəndisliyi 
Bir  təhsil  müəssisəsi  kimi  missiyası  ölkəmizdə  turizmin  inkişafı  üçün 
mütəxəssislərin  hazırlanması,  tələbələrinin  vətəndaş  kimi  yetişməsi  olan  ATİ 
fəaliyyət  göstərdiyi  qısa  zaman  ərzində  bir  çox  uğurlara  imza  atmışdır.  TQDK-
nın  2007-ci  il  üçün  Azərbaycanın  ali  məktəblərinin  reytinq  sıralamasında  ATİ 
respublika üzrə üçüncü yerə, 2008-ci ilin göstəricilərinə əsasən 7-ci yerə, 2009-cu 
ilin göstəricilərinə əsasən isə 5-ci yerə layiq görülmüşdür.  
Azərbaycan  Turizm  İnstitutu  yarandığı  gündən  tədrisin  təşkilini  Boloniya 
prosesi standartları əsasında qurmuşdur.  
Müxtəlif  xidmət  sahələrinə  uyğun  ixtisaslı  mütəxəssislərin  hazırlanması 
yönündə  qısamüddətli  kursların  təşkili,  turizm  müəssisələrinə  təşkilati, 
konsultativ  və  elmi-metodiki  köməkliklər  göstərilməsi,  ATİ  tələbələrinin  tədris 
proqramlarına  uyğun  olaraq  müxtəlif  turizm  obyektlərində  tanışlıq  və  istehsalat 
təcrübəsi təşkili istiqamətində işlər görülür.  
ATİ  özünün  beynəlxalq  əlaqələrinin  qurulmasına  və  inkişaf  etdirilməsinə 
xüsusi  diqqət  ayırır.  4  iyul  2007-ci  il  tarixdə  Azərbaycan  Respublikasının 
Mədəniyyət  və  Turizm  Nazirliyi  və  ATİ  ilə  Avstriyanın  Krems  Tətbiqi  Elmlər 
Universiteti  arasında  “Turizm  təhsili  sahəsində  beynəlxalq  əməkdaşlıq 
müqaviləsi”  və  Akademik  Müqavilə  şərtlərinə  əsasən  I  kursun  sonunda  IELTS 
proqramı  üzrə  6  baldan  yuxarı  nəticə  göstərən  tələbələr  4  illik  bakalavr  təhsili 
müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin 
diplomlarını  əldə  edəcəklər.  İki  diplom  almış  tələbələr  IMC  Universitetinin 
magistrantı  olmaq  şansı  ilə  bərabər  dünyanın  istənilən  ölkəsində  işlə  təmin 
olunmaq imkanı əldə edirlər.  
ATİ eyni zamanda Avropa İttifaqının “Erasmus Mundus Xarici Əməkdaşlıq 
Pəncərəsi”  proqramının qaliblərindəndir. Proqram  çərcivəsində  ATİ  Yunanıstan, 
Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya və Niderlandın on altı ali təhsil 
müəssisəsi ilə mübadilə proqramı həyata keçirir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə