Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

67 
 
    Azərbaycan  Respublikasında  iqlim  şəraiti  dünyada  olan  iqlim  şəraitinin 
çoxunu  əhatə  edir.  Uyğun  olaraq  dağ  turizminin,  qış  turizminin,  dini  abidələrin 
səyahətini  təşkil  etmək  üçün  turist  obyektlərinin  tikilməsini  əsaslandırır. 
Regionların  təbii  şəraitində  olan  kəskin  fərqlər,  lakin  yaxın  məsafələr  region 
turizmində  müxtəliflik  yaradır.  Bu  baxımdan  turizmin  regional  ixtisaslaşması 
mövsümi amildən xeyli asılıdır. Mövsümi amil həmçinin əhalinin məşğulluğunda 
baş verən dəyişiklikləri nəzərə alır. Təhsil sistemində yay ayları turist tələbinin ən 
yüksək  səviyyəsi  ilə  ifadə  olunur.  Qış  aylarında  müalicə  turizmi  daha  çox 
səmərəlidir. Kənd təsərrüfatı istehsalı daha çox qış aylarında işçilərin istirahətini 
təşkil  edə  bilər.  Inzibati  idarə  orqanları  isə  istirahət  vaxtlarını  şənbə,  bazar 
günlərində 2-3 günlük turist səfərləri təşkil edilir. 
    Kütləvi  orqanlar  turizm  fəaliyyətini  təşkil  etmək  üçün  öz  vəsaitləri 
hesabina ödənilir. Hər bir turist təşkilatı üçün potensial imkanlar vasitəsilə xidmət 
ödəməsi  turistlərin  ümumi  sayını,  onların  əsas  motivini  öyrənir  və  müqavilə 
ə
sasında  yerli  orqanlarla,  kəndlərlə,  şəhərlərlə  saziş  bağlayır.  Beləliklə,  turizm 
fəaliyyətinin  səmərəli  təşkili,  onun  bütün  daxili,  xüsusi  vəsaitləri  və  regionda 
yerləşən vəsaitlərdən səmərəli istifadə etməklə baş verir. 
5.
  Turizm    əməyinin  təşkili  və  plаnlаşmаsı  turizm  məhsulunа  оlаn 
tələbаtlаrlа  məhdudlаşır.  Turizm  məhsulunun  təklifi  оnun  əsаs  аmilləri  оlаn 
mаddi və əmək еhtiyаtlаrınа оlаn tələbаtı аrtırır. Hər bir işləyənə düşən məhsulun 
miqdarı, gəlir turizm fəaliyyətdə əməyin səmərəliliyi kimi ifadə olunur. Belə ki, 
ə
sas    işçilər,  xidmət  göstərən  şəxslər  bütövlükdə  fəaliyyət  göstərənlərin  sayını. 
Onların  istehsal  etdiyi  ümumi  məhsulun,  xidmətlərin  miqdarı  ilə  müqayisə  
etməklə  səmərəliliyin  dinamikası  haqqında  fikir  söyləmək  olar  və  bu  artımla 
yanaşı əmək haqqı arasında nisbət əmək haqqının səmərəliliyi kimi qəbul etmək 
olar.  Əməyin  təşkilinin  planlaşması  turizm  məhsulunun  marketinq  quruluşu  ilə 
uyğunlaşdırılır. Əsas əmək prosesi yardımçı əmək fəaliyyəti və ehtiyat vəzifələri 
həyata  keçirmək  üçün  zəruri  olan  işçilərin  sayı  planlaşdırılır  və  işçilərin  peşə 
funksional icra etmə potensialları qiymətləndirilir. Turizm əməyinin planlaşması 


68 
 
strateji  və  cari  planlara  bölünür.  Strateji  planlaşma  obyekti  olaraq  turizmin 
regionlarda  yerləşməsi,  onun  istehsal  gücləri  (bir  il  ərzində)  işçilərinin  sayı  1  il 
ə
rzində  xidmət  ediləcək  turistlərin  sayı  və  turizm  sfearasına  ayrılan  bütün 
mənbələr  hesabına  investisiya  təşkil  edir.  Turizmin  strateji  planlaşması  dövlətin 
bu  sahəyə  olan  investisiya  siyasətini,  turizm  fəaliyyətinin  sxemini  əsaslandırır. 
Marketinq  planlaşması  turizm  sferasında  fəaliyyətin  funksional  növləri  üzrə 
təşkili  və  idarə  olunmasını  əhatə  edir.  Turizm  əməyinin  planlaşması  normativ 
prinsiplərə  əsaslanır.  Belə  ki,  hər  bir  xarici  və  daxili  turisti  sosial  iqtisadi 
motivizasiyasını  nəzərə  almaqla  zəruri  olan  xərclər  planlaşdırılır.  Turizmin 
obyektləri daxilində material normaları, xidmət normaları və əlavə məsrəflər elmi 
ə
saslarla  tərtib  olunmuş  normalar  üzərində  qurulur.  Normalar  həmçinin 
standartlara uyğun da həyata keçirilir. Müqayisəli təhlil normalarla cari məqsədlər 
arasında nisbətlər turizm  planlaşmasında  istifadə olunur.  Belə ki, işçilərin   sayı, 
material tutumu, enerji tutumu, sosial xidmət normaları, ərzaq normaları, istirahət 
və  mədəni  servis  xidmət  normaları  turist  obyektinin  imkanları  daxilində  və  bu 
xidmətlərin standartlara yaxınlaşması məqsədilə formalaşdırılır. 
Turizmin təşkili və idarə olunması dünya inteqrasiya sistemində həll olunur. 
Belə  ki,    turizmin  funksional  strukturu  dünya  turist  tələblərinə  uyğun  yeniləşir, 
təzələnir. Respublikamızda turizm fəaliyyəti dövlətin lisenziyaları əsasında daha 
yaxşı qurulur və bu lisenziyalaşma zamanı ayrı-ayrı turist fəaliyyətinin məzmunu, 
onun  iqtisadi  maliyyə  mənbələri  göstərilən  xidmətlərə  görə  diferensiallaşdırılır. 
Turizmin  xərcləri  diferensial  xərclərdir.  Coğrafi  mövqedən,  nəqliyyat 
potensialında  istifadədən  və  kommunikasiya  xidmətlərinin  məsrəflərinin 
xərclərindən  asılıdır  və  bu  diferensiallaşma  turizm  məhsulunun  qiymətini 
diferensiallaşdırır. 
Buna 
uyğun 
olaraq 
gəlirlər 
diferensiallaşır. 
Diferensiallaşmanın  turizmin  sonrakı  inkişafına  maddi  şərait  yaradır  və  rəqabət 
mühiti  şəraitində  turist  müəssisəsinin  kombinasiyasını  və  ixtisaslaşmasını 
zəruriləşdirir.  Xalis  turist  müəssisəsi  o  qədər  səmərəli  deyildir.  Onun  iqtisadi 
potensialı, sosial potensialı digər sahələrin mülkiyyət formalarının potensialından 


69 
 
asılıdır.  Ona  görə  də  turizmin  tarifləri  və  yaxud  onun  icarə  etdiyi  vəsaitlər 
müxtəlif  şəraitdə  müxtəlif  qiymətlərə  malik  olur  və  bazarda  tariflərin  və 
qiymətlərin tələb və təklifdən asılı olaraq dəyişməsi baş verir. Turizmdə gəlirlilik 
normaları  rəqabət  mühitində  səmərəlilik  meyarı  ilə  qiymətləndirilir,  dəyişdirilir. 
Turizmin  planlaşmasının  müasir  şəraitdə  əsas  səmərəli  variantı  dünya 
inteqrasiyasına  daxil  olmalıdır.  Bu  daxilolmalar  xarici  iqtisadi  əlaqələr  və 
qabaqcadan uzlaşdırılmış müştərək müəssisələr formasında baş verir. 
Xarici  investorlar  turizmdə  gəlirin  bir  hissəsinə  sahib  olur,  öhdəlikləri  və 
məsuliyyətləri  müştərək  olaraq  həll  edir  və  idarə  etmədə  hüquqlarını  qanunla 
ə
saslandırır.  Müasir  şəraitdə  inteqrasiya  amilindən  istifadə  etmə  daha  səmərəli 
variant  qəbul  oluna  bilər.  Bu  isə  öz  növbəsində  investisiyanın  təşviqi, 
təhlükəsizliyin təminatı və gəlirlərin bölgüsündə ədalətli sistemin təşkili və idarə 
olunması ilə bağlıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə