Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   17   18   19   20   21   22   23   24   ...   59

64 
 
potensialı sahibkarlıq formaları, onların səmərəli fəaliyyəti ilə daha sürətlə inkişaf 
edir.  Turizm  fəaliyyətində  aparıcı  amil  olaraq  xırda  və  orta  sahibkarlıq  daha 
səmərəli  yol  kimi  genişlənməlidir.  O  cülədən  kiçik  sahibkarlıq  məhsulundan 
turizm sferasında istehlak üçün istifadə etmək turizmin bazarını genişləndirməklə 
onun potensialını və dövriyyə həcmini artıra bilir. 
Azərbaycanda  turizm  potensialının  geniş  olması,  digər  sahələrin  inkişafı, 
həmçinin  bəzi  resursların  ehtiyatlarının  dövriyyə  gətirilmə  səviyyəsinin  aşağı 
olması ilə həmin resurslardan istifadə etmə imkanlarını artırır. 
Respublikada  işsizlik  səviyyəsi,  bəzi  məşğulların  bazarında  alıcılıq 
qabiliyyətinin  aşağı  olması  və  həmçinin  yeni  texnologiyalar  və  neft  potensialı 
turizmin  inkişafına  şərait  yaradır.  Onun  müəssisə  və  məhsul  istehsalının 
genişlənməsi üçün şərait yaradır. 
3.
 Turizm sferası iqtisadi amillər üzərində qurulduğuna görə onun sahədaxili 
problemləri  mövcuddur.  Sahə  müəssisələri  eyni  şəraitdə  yerləşmədiyi  üçün  və 
bazar tələbinə uyğunluğunda müəyyən fərqlər yarandığına görə gəlirlərin bölgüsü 
və  istifadəsi  meyarlar  üzərində  fərqlər  meydana  gəlir.  Gəlirli  turist  fəaliyyəti 
daxili  potensialın  artırılmasına  və  iş  qüvvəsinin  təkrar  istehsalına  şərait  yaradır. 
Ə
məyin  təşkilində bazar  tələbi,  əmək  haqqı  sistemində  isə onun  faydalılığı  əsas 
götürülür.  
    Turizmdə  əmək  haqqına  təsir  edən  kənar  amillər  mövcuddur.  Turizm 
bazarında  əmək  bazarının  xarakteri,  iş  yerlərinin  və  iş  qabiliyyətinə  malik 
insanların arasında nisbətlər də əsas rol oynayır. Bir sıra turist fəaliyyəti mövsümi 
xarakter daşıyır. Belə hallarda əmək bazarından müvəqqəti olaraq iş qüvvəsi cəlb 
olunur.  Turist  sferasında  işçilərə  verilən  əmək  haqqı  turistlərin  sayı  ilə 
müəyyənləşir.  Ona görə də hər  bir obyektdən  vəsait  hesablanır.  Turizmdə  əmək 
haqqı nominal və real əmək haqqına bölünür. Nominal əmək haqqı hər bir turist 
işçisinə müqavilə ilə təklif olunan muzdlu haqdır. Əməyin xarakteri vahid deyil. 
Ə
mək məsrəfi vaxt məsrəfi və ya xidmət edən turistlərin sayı ilə ölçülür. Əmək 
bazarında  tələb  təklifin  arasındakı  fərq  turizm  sahəsində  iş  qüvvəsinin  dəyərini 


65 
 
müəyyənləşdirir. O regionlarda ki, işsizlik daha çoxdur həmin regionlarda əmək 
haqqının  aşağı  salınmasına  rast  gəlinir.  Əmək  haqqı  iş  miqrasiyasını 
formalaşdırır.    Miqrasiya  təkcə  regionlarda  deyil,  həm  də  ölkələrarası  baş  verir. 
İş
çilərin  pulsuz  yeməyi,  bəzi  xidmətlərdən  istifadəsi,  mənzil  kommunal  xərci 
turizm müəssisələri tərəfindən ödənildiyi halda nominal əmək haqqı aşağı salına 
bilər. Ona görə də turizm işçilərinin real əmək haqqı formalaşır. 
    Turizm  sferasında  xidmətin  formaları  onun  öz  işçilərinə  təqdimatı, 
istifadəyə verilməsi şəxsi ödəmələr, yaxud birbaşa müəssisə gəlirindən köçürmək 
yolu  ilə  həyata  keçirilir.  Ona  görə  də  turizmdə  hesablaar  sistemi  formalaşır. 
Turizm  xərclərinin  çox  hissəsi  qida  və  xidmət  xərclərinə  bölünür.  Əmək 
ehtiyatlarının ucuz qiymətdə istifadəsinin bir yolu da xarici ölkələrdən ucuz işçi 
qüvvəsinin gəlməsi ilə  təşkil olunur.  Turistlərin başqa  ölkədən  gəlməsi ilə onun 
sosial  sığortası,  gələcəkdə  pensiya  təminatıyla  təmin  edən  kvota  sistemi 
beynəlxalq səviyyəli qanunla tənzimlənir. Hər bir turistin və turist obyektlərində 
işləyənin  sosial  müdafiəsi  üçün  həmin  müəssisənin  gəlirlərindən  bu  məqsədlərə 
vəsait alınır. 
    Əməyin  xarakteri,  onun  gəlirliyi  onun  diferensasiyasını  yaradır.  Turizm 
təşkilatları beynəlxalq sistemə daxil olsa da, onların əmək haqqı sistemi yerli və 
daxili  əmək  haqqı  sistemi  ilə  uyğunlaşdırılır.  Hər  bir  peşənin  özünəməxsus  orta 
aylıq əmək haqqı formalaşır. Daha mürəkkəb xarakterli əmək yüksək əmək haqqı 
ilə idarə olunur. 
4.
  Əməyin  mövsümi  xarakteri  regionlarda  iqlim  şəraiti,  digər  regionlardan 
turistlərin  axını,  gəlmə  turizminin  çoxalması  və  istirahət  vaxtlarının  mövsümi 
olması ilə əlaqəlidir. Ona görə də hər bir regionda turizmin təşkili onun istehsal 
gücü, xidmət tutumu səviyyəsi hər mövsümə uyğun gələn turistlərin ümumi sayı 
ilə proqnozlaşdırılır. Mövsümi xarakter gəlmə turizmin təşkilində iqtisadi təşkilati 
rol  oynayır.  Yay  turizmi,  qış  turizmi,  istirahət  günləri  üçün  zəruri  olan  turizm 
fəaliyyəti daimi və müvəqqəti istehlak və infrastruktur obyektlərinin təminatı ilə 
bağlıdır. Mövsümi turist obyektləri ixtisaslaşır və bu ixtisaslaşma zamanı konkret 


66 
 
istehlakçılar formalaşır və həmin regionda mövsümi turizmlə bağlı sənaye xidmət 
kompleksi  yaradılır.  Mövsümi  turizmin  təşkili  təbii  resurslara  əsaslanır.  Bu  da 
turist tarifinin  qiymətlərinin aşağı salınmasına gətirib çıxarır. Turizmin regional 
təşkili,  onun  səmərəliyi  mövsümi  amilin  qiymətindən  və  onun  turizmin 
səmərəliyindən xeyli asılıdır. Həm  maddi resurs potensialına təsir edir. Turistlər 
yaşadığı  şəraitdən,  iş  yerindən  və  gəlirlərin  formalaşmasından  asılı  olaraq 
özlərinin  turizm  ehtiyaclarını,  tələbatını  müxtəlif  fəsillərdə  formalaşır.  Bu 
baxımdan  sağlamlıq,  idman,  müalicə  fəaliyyətləri  hər  bir  regionda  birdəfəlik  və 
ya  konkret  vaxt  amilinə  malikdir.  Belə  ki,  müsəlman  ölkələrində  dinlə  bağlı 
turizmin  inkişafı  və  ya  əmtəə  və  xidmət  bazarında  əhalinin  tələbatına  uyğun 
olaraq turizm təşkil olunur. Turizmin inkişafının mövsümi xarakteri sağlamlığın, 
regionlarda  və  turistlərin  özlərinin  fiziki  hazırlığı,  fiziki  tələbatı  və  yaxud  ölkə 
iqtisadyyatında  kommersiya  tikililərinin  baş  verməsidir.  Mövsümi  amil  turizm 
fəaliyyətinin  ahəngdarlığında  və  turist  şirkətlərinin  daimi  fəaliyyətinin  təşkili 
üçün qiymətləndirilir. Belə ki, turizm müəssisələrinin tam gücündə işləməsi orada 
işləyənlərin  daimi  məşğulluğu,  bəzi  istehsal  texnologiyalarının  mütəmadi 
fəaliyyətinin təşkili üçün itkilərinin azaldılması məqsədilə mövsümi amilin təsiri 
nəzərə  alınır.  Yay  aylarında  əlavə  vəsaitlərə  tələbat  artır.  Bu  da  turizm 
fəaliyyətində  çəkilən  xərclərin  hər  turistə  düşən  həcminin  və  onun  maddi 
strukturunun dəyişməsinə səbəb olur. Mövsümi amilin müsbət və mənfi təsirlərini 
nəzərə almaqla idarəetmə sistemi yaradılır. Turistlərin sifarişi qəbul olunur və hər 
bir turist obyekti dünya regionlarına informasiya ötürməklə öz obyektləri barədə 
məlumat  verir.  Reklamın  mövsümi  xarakterdə  olması  uyğun  olaraq  turizm 
ş
irkətlərinə rəqabət mühitində öz müştərilərinə  saxlamağa şərait yaradır. Hər bir 
turist  firması  mövsümi  xarakterin  səmərəliyini  bilərək  həmin  ərazilərə  uyğun 
turist fəaliyyəti təşkil edilir. Tarixi abidələrdən istifadə etmək məqsədilə şəhərlərə 
və  xarici  ölkələrin  daha  çox  cəmləşdiyi,  işlədiyi  regionlarda  uyğun  səyahətlər 
təşkil olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə