Mövzu№ Qədim Şərq fəlsəfəsi Ağalar Qəribov I. Qədim Hind fəlsəfəsi



Yüklə 40,33 Kb.
səhifə4/24
tarix10.05.2022
ölçüsü40,33 Kb.
#86429
1   2   3   4   5   6   7   8   9   ...   24
2. Qədim Şərq fəlsəfəsi

Nəticə (və yaxud sonuc) obyektin qavrayış vasitəsilə deyil, onunla bilavasitə əlaqəli olan hansısa əlamətin şüurlu şəkildə seçilməsi vasitəsilə dərk olunur.

Müqayisə şeylərlə onların adı arasında əlaqənin dərk olunmasıdır. Bu zaman şey artıq bəlli olan obyektin təsvirindəki oxşarlığa görə adlandırılır. Məsələn, deyirik ki, poni ata oxşayır. Əgər hər hansı bir insan meşədə ata çox oxşayan heyvan görürsə belə nəticəyə gəlir ki, bu poni olmalıdır.

Şəhadət (və yaxud sübut) birbaşa qavranıla bilməyən obyektlər haqqında nüfuzlu şəxslərin təsdiqindən biliyin əldə edilməsidir. Məsələn, alim məlumat verir ki, su hidrogen və oksigenin müəyyən nisbətdə birləşməsidir. Biz bunu özümüz sübut edə bilmiriksə həmin alimin nüfuzu ilə hesablaşaraq qəbul edirik.

Azadolma bütün əzab və iztirabların mütləq şəkildə aradan qaldırılmasıdır. O yalnız gerçəkliyin düzgün dərki sayəsində mümkündür. Bəziləri belə hesab edir ki, azadolma xoşbəxtlik halıdır. Lakin bu tamamilə yanlışdır. Çünki kölgəsiz işıq olmadığı kimi iztirabsız da həzz yoxdur. Beləliklə azadolma həzz və yaxud xoşbəxtlik yox, yalnız iztirabın yüngülləşdirilməsidir.

Nyaya sistemində Tanrının mövcudluğu bir neçə arqumentlə sübut olunur. O yaradılışın, mövcudolmanın və məhvolmanın ilk səbəbidir. Tanrı dünyanı heçlikdən yox, məkan, efir, ağıl və canın əbədi atomlarından yaradıb. Tanrının mövcudluğuna ən populyar arqument belə səslənir: “Dünyanın bütün şeyləri, məsələn, dağ və dəniz, günəş və ay hissələrdən təşkil olunduqları üçün nəticədirlər. Ona görə də onlar öz yaradıcılarına malik olmalıdırlar”

Fərd dünyanın yaradıcısı ola bilməz. Çünki onların güc və biliyi məhdud olmaqla yanaşı dünyanın fiziki cisimlərinin təşkil olduğu atomlar kimi kiçik və zəif mahiyyətlərlə davrana bilmirlər.

Tanrı dünyanı şəxsi məqsədləri üçün deyil, bütün canlı mövcudluqların rifahı naminə yaranıb. Lakin bu o demək deyil ki, dünyada yalnız xoşbəxtlik var, bədbəxtlik isə mövcud deyil. Əgər fərdlər azad iradəyə malikdilərsə, onlar ya xeyirxah, ya da bədxah niyyətlərə uyğun fəaliyyət göstərəcəklər. Beləliklə, ya xoşbəxt, ya da bədbəxt olacaqlar. Lakin hər bir fərd gec və ya tez özünü və dünyanı həqiqi dərk edərək qəti şəkildə iztirablardan qurtula bilər.


Yüklə 40,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə