Mövzu№ Qədim Şərq fəlsəfəsi Ağalar Qəribov I. Qədim Hind fəlsəfəsi



Yüklə 40,33 Kb.
səhifə7/24
tarix10.05.2022
ölçüsü40,33 Kb.
#86429
1   2   3   4   5   6   7   8   9   10   ...   24
2. Qədim Şərq fəlsəfəsi

c) Sankhya. Banisi müdrik Kapila olan sankhya ən qədim fəlsəfi təlimlərdəndir. “Sankhya” sözü birmənalı təfsir edilmir. Bəziləri onun rəqəm anlamı verdiyini iddia edir. Çünki bu sistem idrakın əsas obyektlərinin sadalanması yolu ilə gerçəkliyin öyrənilməsini ön plana çıxarır. Lakin ikinci variant daha ağılabatan hesab edilir: sankhya kamil bilik deməkdir. Nyaya və vayşeşika təlimlərində olduğu kimi sankhya təlimi də dünyanı praktikməqsədlər: bütün iztirab və bədbəxtliklərə son qoymaq üçün dərkinə cəhd edir.

Sankhya təlimi bir-birindən asılı olmayan iki ilkin gerçəkliyi qəbul edir: puruşaprakriti. Puruşa zəkalı başlanğıcdır, şüur isə onun atributu yox əsl mahiyyətidir. Puruşa bədən, hiss və ağıldan tam fərqli olan “Mən”dir.

Prakriti dünyanın ilk səbəbidir. Bu əbədi şüursuz başlanğıc olub həmişə dəyişərək “Mənin” tələblərinin ödənilməsinə xidmət edir.

Dünyanın təkamülü pruşanın prakriti ilə birləşməsindən başlayır. Bu prakritinin ilkin tarazlıq halını pozaraq onu fəaliyyətə təhrik edir. Təkamül bu yolla baş verir: prakritidən nəhəng kainatın böyük nüvəsi yaranır. Onda “Mənin” şüuru əksini tapır, bu isə onu şüurlu edir. Kainat təbiətin kosmik yuxudan oyanmasını və fikrin ilk təzahürünü əks etdirir, elə bu səbəbdən də o həm də intellekt adlanır. Bu yaradıcı fikir dünyanın inkişafını təmin edir. İntellektin sonrakı transformasiyası ikinci dərəcəli məhsulu - axankaranıyaradır.

Axankaradan idrakın beş orqanı, fəaliyyətin beş orqanı, idrak və fəaliyyət orqanı olan ağıl yaranır.


Yüklə 40,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə