Mövzu№ Qədim Şərq fəlsəfəsi Ağalar Qəribov I. Qədim Hind fəlsəfəsi


Birincisi: Həyat iztirabdır, ona görə də şərdir. Tam xoşbəxt olan insan yoxdur. İkincisi



Yüklə 40,33 Kb.
səhifə14/24
tarix10.05.2022
ölçüsü40,33 Kb.
#86429
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
2. Qədim Şərq fəlsəfəsi

Birincisi: Həyat iztirabdır, ona görə də şərdir. Tam xoşbəxt olan insan yoxdur.

İkincisi: İnsan iztirablarının və bədbəxt həyatının səbəbi nədir sualına cavab vermək lazımdır. Səbəb insanın əbədi olaraq nəyəsə can atmasındadır. Buddizmdə buna ehtiras deyilir. İnsan daima nəyəsə can atır, nəyisə istəyir, nəyi isə arzulayır, müəyyən arzulara malik olur, sonra isə onları gerçəkləşdirmək ehtirası onu ağuşuna alır. Arzular gerçəkləşməyəndə iztirab çəkir.

Üçüncüsü: İztirabın aradan qaldırılması üçün ehtirasın boğulması, kənarlaşdırılması vacibdir. Yəni, hədsiz-hüdudsuz arzuların gerçəkləşdirilməsi arxasınca qaçıb əzablara düçar olmaqdansa, bu arzuları məhdudlaşdırmaq daha yaxşıdır. Arzu və istəklərin məhdudlaşdırılması Buddizmdə asketizm adlanıb, bu təlimə görə düzgün həyatın yoludur.

Dördüncü: Bu yolun aşkarlanması, və yaxud, şərhidir. Nirvanaya – Böyük azadlığa aparan yol səkkiz mərhələlidir (Səkkizli yol)

1) düzgün baxış – buddizmin əsaslarını və həyatda öz yolunu anlama;

2) düzgün fikir – insanın həyatı onun fikirlərindən asılıdır, fikirlərin dəyişməsi (düzgün olmayandan düzgünə, nəcibə) ilə həyat da dəyişir;

3) düzgün nitq – insanın sözü, nitqi qəlbinə, xarakterinə təsir göstərir;

4) düzgün fəaliyyət – özü və digərləri ilə razılıqda yaşamaq, heç kimə xətər yetirməmək;

5) düzgün həyat tərzi – hər bir hərəkətdə buddizmin ehkamlarına əməl etmək;

6) düzgün bacarıq – ciddi-cəhd və əməksevərlik;

7) düzgün diqqətöz fikirlərinə nəzarət, belə ki, fikirlər sonrakı həyatı törədir;

8) düzgün fikrini cəmləmə – kosmosla əlaqəni gerçəkləşdirən müntəzəm meditasiyalar.

Buddizmin beş əsas ehkamı: öldürmə, oğurlama, müdrik ol, yalan danışma, məstedici vasitələrdən istifadə etmə.



Yüklə 40,33 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə