Mövzu Müasir dövrdə tərbiyə işinin məzmunu. Əqli tərbiyə Plan


Zehni tərbiyənin vəzifələri



Yüklə 26,02 Kb.
səhifə3/4
tarix28.03.2023
ölçüsü26,02 Kb.
#103406
1   2   3   4
Mövzu .4. Müasir dövrdə tərbiyə işinin məzmunu. Əqli tərbiyə

Zehni tərbiyənin vəzifələri. Zehni tərbiyənin birinci vəzifəsi təfəkkürü, əqli qüvvələri, potensial intellektual qabiliyyətləri inkişaf etdirməkdir. Təfəkkür beynin məhsuludur və bütün insanlara xasdır. Onun dialektik, məntiqi, mücərrəd induktiv, deduktiv, yaradıcı növləri vardır. Təfəkkürün inkişafı fikri fəallıqla, məntiqi və tənqidi düşüncə ilə, təhlil, müqayisə və ümumiləşdirmələr aparmaqla həyata keçirilir.
Düşüncə və fikirləşmək təfəkkürü inkişaf etdirir. Alman pedaqoqu A.Disterveq yazırdı ki, uşaqlara fikirləri deyil, fikirləşməyi öyrətmək lazımdır. Bilikləri deyil, bilikləri tapıb öyrənməyi öyrətmək lazımdır.
Təfəkkürün inkişafı ağlın inkişafına təsir göstərir. Psixoloqlar ağlın aşağıdakı keyfiyyətlərini göstərirlər: ağlın müstəqilliyi, ağlın tənqidiliyi, ağlın dərinliyi, ağlın çevikliyi, fikrin sürəti, fikrin məntiqiliyi.
Ağlın müstəqilliyi şagirdlərin hadisələrin mahiyyətinə nüfuz edib sərbəst, şüurlu şəkildə fikir yürütməsində; ağlın tənqidiliyi fakt və hadisləri təhlil süzgəcindən keçirib doğru və yanlış təsəvvürləri aydınlaşdırmaq və başa düşmək qabiliyyətində; ağlın dərinliyi – hər hansı bir təzahürün, hadisənin mahiyyətini tamın aydınlıqla anlamaqda, nəticəni öncədən görməkdə; ağlın çevikliyi – bu və ya digər problemə münasibətdə sürətli, düzgün qərar qəbul etmək, yaranmış situasiyadan baş çıxarmaqda; fikrin sürəti- hər hansı bir məsələyə qısa müddətdə münasibət bildirmək bacarığında; fikrin məntiqiliyi məntiqi dəlilləri əsas götürərək, inandırmağı, sübut etməyi, bacarmaqda öz ifadəsini tapır.
Hər bir şəxsin, o cümlədən şagirdin ağlı, əqli və intellektual inkişafı onun qazandığı biliklərin həcmində, geniş dünyagörüşə malik olmasında, yaradıcı idrakın müstəqilliyində idrakın səmərəli yollarını müəyyənləşdirməkdə, zehni bacarıq və qabiliyyətlərində özünü göstərir.
Zehni tərbiyənin ikinci vəzifəsi şagirdləri tədqiqatçılıq bacarıq və qabiliyyətlərinə yönəltməkdir. Şagirdləri araşdırıcılığa, axatarıcılığa yönəltmək, onlara müstəqil çalışmaq, müstəqil bilik qazanmaq bacarıq və vərdişlərini aşılamaq lazımdır. Şagirdlərin tədqiqatçılq fəaliyyəti onlara məlum olmayan faktların, nəzəri biliklərin və fəaliyyət üsullarının açılması kimi başa düşülə bilər. Bu yolla şagirdlər müxtəlif fənlərin tədrisi prosesində tədqiqatın əsas metodları ilə tanış olur, bilikləri sərbəst və müstəqil əldə etmək bacarığına yiyələnirlər. Şagirdlərin tədqiqatçılıq bacarıqları bilikləri müstəqil qazanmaq, onları araşdırmaq, müqayisə və təhlillər aparmaq, ümumiləşdirmək üçün intellektual praktik bacarıqlar sistemidir.
Təlim prosesi və zehni inkişaf bir birilə sıx əlaqəlidir. Təlimin keyfiyyəti zehni qabiliyyətlərin inkişafına və zehni tərbiyənin yerinə yetirilməsinə qüvvətli təsir göstərir. Bu baxımdan tədris materialı yadda saxlamaq üçün verilməməli, o şagirdlərin zehni təfəkkürünü inkişaf etdirməli, onları axtarıcılığa, daha yeni biliklər qazanmağa sövq etdirməli, dərsdə hər bir şagirdin idraki fəallığı təmin olunmalıdır.
Şagirdləri tədqiqatçılıq bacarığına yiyiləndirmək üçün onlara təcrübə və müşahidələr aparmağa, praktik işlər yerinə yetirmələrinə şərait yaradılmalıdır. Şagirdlərin tədqiqatçılıq metodu ilə iş aparmaları özündə müşahidə, eksperiment, modelləşdirmə, sınaqdan keçirmə kimi metodları özündə birləşdirir. Tədqiqatçılıq bacarığının yerinə yetirilməsində modelləşdirmə metodunun xüsusi yeri vardır. Bu metod vasitəsilə hər hansı prosesin modeli hazırlanır. Qeyd edək ki, məktəblinin tədqiqatçılıq bacarıq və qabiliyyətləri yuxarı siniflər üçün xarakterik olsa da, bunu kiçik məktəbli yaş dövründən başlamaq lazımdır. Məktəblinin tədqiqatçılıq bacarıqlarına yiyələnməsi, onun intellektual səviyyəsini yüksəldir, dünyagörüşünü genişləndirir, zehni təfəkkürünü, müstəqil düşünmə və bilik qazanma qabiliyyətini inkişaf etdirir, əqli mühakimələr, təhlillər, ümumiləşdirmələr aparmasına kömək edir ki, bütün bunlar da məktəblinin təhsilinə uğurlar qazandırır.
Zehni tərbiyənin üçüncü vəzifəsi şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandırmaqla onlarda elmi dünyagörüş və fəlsəfi dünyagörüş formalaşdırmaq, fakt və hadislərə elmi və fəlsəfi dünyagörüş baxımından yanaşmağı öyrətməkdir. Elmi dünyagörüş - yəni, insan təcrübi elmlərin nailiyyətləri əsasında varlıq aləmi barəsində ümumi bir nəzər əldə etmiş olur. Fəlsəfi dünyagörüş isə əqlin səyləri və elmi dəlillər vasitəsi ilə əldə etdiyi nəzəriyyə və təcrübəyə öz xüsusi fikri və düşüncəsi olur. Bu da məktəblinin yaradıcı, düşüncəsi, tənqidi təfəkkürü sayəsində mümkün olur.
İnsanlarda elmi dünyagörüşün əsası hələ kiçik yaşlarından qoyulur. Bu sistemli təlim müəssisələrindəki, təlim prosesində təlim-tərbiyə prinsiplərinə riayət etməklə ayrı-ayrı fənlərin tədrisi prosesində həyata keçirilir. Təbii və dəqiq elmlərin tədrisi prosesində təbiətin sirləri açılır, humanitar fənlərin tədrisi prosesində isə cəmiyyətin inkişaf qanunlarını mahiyyəti dərk edilir və s. Materialların tədrisi prosesində əsası qoyulan elmi dünyagörüş sinifdənkənar tədbirlər vasitəsilə möhkəmləndirilir və inkişaf etdirilir.
Məktəbli hər yanda öz elmi, biliyi ilə öz ziyalılığını göstərməli, elmli və ədəbli danışmalı, məsələlərə elmi nöqteyi nəzərdən yanaşmalıdır.
İntellektual səviyyəsi yüksək olan insanlar ictimai-siyasi və təbiət hadisələrinə elmi nöqteyi-nəzərdən, elmi əsaslara istinad edərək yanaşır. Bu isə onlarda elmi dünayögörüş formalaşmasına səbəb olur.
Zehni tərbiyənin dördüncü vəzifəsi şagirdlərə zehni əməyin səmərli təşkili yollarını öyrətməkdir. Yəni nə vaxt zehni işlə məşğul olmalı, necə məşğul olmalı, hansı metodlardan istifadə etməli və s. öyrədilməlidir.
Zehni iş zamanı bu əməyin gigiyenasına əməl edilməlidir. Məsələn, hər bir saatdan bir 10-15 dəqiqəlik tənəffüs etmək, yüngül idman hərəkətləri etmək, gözlərin gimnastikasını etmək, havaya çıxmaq, otağın havasını dəyişmək, iş növünü dəyişmək faydalı hesab olunur. Zəif işıqlı yerdə və ya çox işıqlı yerdə oxumaq gözlərə zərərdir. Yaxud da uzanmış vəziyyətdə oxumaq, avtobusda oxumaq yenə də gözlərə zərər verə bilər.
Bu sahənin tədqiqatçıları qeyd edirlər ki, zehni fəallıq gün ərzində, həftə ərzində, il ərzində eyni səviyyələrdə olmur. Səhər saatlarından başlayaraq saat 12-yə qədər zehni fəallıq yüksək olur, sonra tədricən zəifləməyə başlayır, günün ikinci yarısında zehni fəallıq axşam saatlarından başlayaraq saat 10-a qədər yüksək olur və sonra tədricən zəifləyir. Gecə saatlarında çalışmaq, yatmamaq üçün çay, qəhvə içmək sağlamlığa zərər olduğu kimi, zehni iş üçün də səmərəli hesab edilmir.
Həftə ərzində də zehni fəallıq eyni səviyyədə olmur. Həftənin 1-ci günü zehni fəallıq bir qədər aşağı ola bilir. İstirahət günündən sonra dincələn beyni işə salmaq üçün zehni işə başlamaq lazımdır.
İl ərzində də zehni fəallıq eyni dərəcədə olmur. Uzun yay boyu istirahətdən sonra sentyabr, oktyabr ayları zehni işə alışmaq bir qədər çətin olur və insan tez yorulur. Sonrakı aylar zehni fəallıq yüksəlməyə doğru gedir.
Zehni tərbiyənin beşinci vəzifəsi şagirdlərdə biliklərə maraq tərbiyə etməkdir. Bu məqsədlə məktəbliləri fənn və maraq dərnəklərinə, müxtrəlif maraqlı məktəb klublarına, elmi cəmiyyətlərin işinə, bilik viktorinalarına, elmi-publisistik müzakirələrə cəlb etmək lazımdır. Onların elmi cəmiyyətlərdə, oxucu konfransalarında iştirakı təmin olunmalıdır. Kollektiv şəkildə, qrup formasında sinifdə şagirdlər arasında “Öyrəndiyini başqasına öyrət!” və ya “Oxuduğunu başqasına danış!” məşğələləri keçirmək “Kəşf olunmuş və kəşf olunmamış sirlər haqqında” söhbətlər aparmaq, “Sual-cavab” gecələri, hekayə və şeir axşamları keçirmək şagirdlərdə biliklərə maraq tərbiyəsi baxımından çox faydalı nəticələr verər.
Bu istiqamətdə uşaqlara bilik mənbələrindən istifadə etmək qaydaları da öyrədilməlidir. Yəni uşaqlara nəyi haradan tapmağı, haradan öyrənməyi öyrətmək lazımdır. Bunun üçün məktəbdə “Öyrənməyi öyrən” dərnək və ya klubları yaradıla bilər ki, burada onlara ardıcıl və geniş məlumatlar vermək olar. Məktəbdə kitabxana dərsləri də təşkil etmək olar ki, məktəblilərə kitab və kitabxanadan istifadə qaydaları, kataloq, biblioqrafiya, elektron kitabxana və s. haqqında məlumat vermək xeyli faydalıdır.
Ağıl tərbiyəsi şəxsiyyətdə intellektual mədəniyyətin, idrak motivlərinin, təfəkkür fəaliyyəti bacarıqlarının, dialektik təfəkkürün, təlim əməyini səmərəli təşkil etmək bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.
Adamın ağıllılıq dərəcəsi ilk əvvəl onun gördüyü işdə, işin keyfiyyətində və nəticəsində təzahür edir. Hər-hansı işi görməzdən əvvəl onun nə ilə nəticələnəcəyini aydın təsəvvür etmək bacarığı adamın ağıllı olduğuna dəlalət edir. Ağlın bu cəhətini nəzərə alan Əssar Təbrizi yazırdı: “Hər ağıllı yaxşı görsə öz işinin sonunu,
Düşmənlərin hiylələri yaxalamaz bil onu. “
Ağlın bu cəhətinə dərindən bələdliyin nəticəsidir ki, “Qabusnamə”də qısa, lakin çox aydın şəkildə yazılır:”Əvvəlcədən düşünə bilmək bacarığa bərabərdir”. Atalar sözlərində də ağlın həmin xüsusiyyəti diqqətdən yayınmamışdır. Atalar sözünün birində deyilir: “Bacarıq ağlın nişanəsidir“. Adamın özünə münasibətində, özündə nöqsanların olub-olmadığını müəyyənləşdirə bilməsində, öz sözlərinə və hərəkətlərinə qiymət verməyi bacarmasında ağlın dərəcəsini görmək mümkündür. Məsəldir, deyirlər: “Mərd özündən görər, namərd özgədən”. A.Bakıxanov ağlın bu əlamətini çox aydın və qabarıq şəkildə ifadə etmişdir : “O adam ağıllı hesab olunur ki, öz nöqsanını başqalarından çox görsün”.
Müəllim təlim prosesində xüsusi bacarıq və vərdişlərlə yanaşı, ümumi bacarıq və vərdişlərin də formalaşması qeydinə qalmalıdır. Mənimsəmənin səmərəsi şagirdlərin bu bacarıqlara nə dərəcədə yiyələnmələrindən asılıdır. Bu bacarıqlar isə öz-özünə yaranmır. Bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır. Müəllim dərslərdə şagirdləri kitab üzərində müstəqil işə cəlb etməli, onun səmərəli priyomlarını öyrətmək qeydinə qalmalıdır. Buraya diqqətlə işləmək, təfəkkür əməliyyatlarına (təhlil-tərkib, müqayisə, təsnifetmə, sistemləşdirmə və ümumiləşdirmə), hafizə priyomlarına yiyələnmək, müşahidəçilik bacarıqları və s. daxildir. Müəllim zehni iş bacarıqlarına təlimdə geniş yer verməklə şagirdlərin müstəqil düşünmə bacarığının inkişafına nail olmalıdır. Bu məqsədlə inkişafetdirici təlim vəziyyətinin yaradılması mühüm şərtdir. Müəllim şagirdləri zehni və həyati problemlərin həllinə, tədqiqatçılıq fəaliyyətinə, evristik müsahibəyə, diskussiyalara, düşündürücü sual və tapşırıqların həllinə cəlb etməklə onların zehni inkişafını, müstəqil düşünmə bacarığının formalaşmasını stimullaşdıra bilər.
Zehni tərbiyə - (Bəzi pedaqoji ədəbiyyatda əqli tərbiyə də işlənir) uşaqların, şagirdlərin zehni qüvvələrinin, zehni təfəkkürünün, əqlinin, dünyagörüşünün, intellektinin məqsədyönlü inkişaf etdirilməsi prosesidir.
Zehni tərbiyə insanda mənəvi zənginlik yaratmaqla bərabər əxlaqi saflığın da əsasını qoyur. Biliklərə yiyələnmə prosesində intellektual qabiliyyətləır yaradıcı təfəkkür inkişaf edir, nəcib əxlaqi keyfiyyətlər formalaşır. Bu prosesdə insanlarda öz gücünə inam yaranır, bu inam isə təşəbbüskarlıq və yaradıcılıq meyllərinin yaranmasına səbəb olur.

Yüklə 26,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə