Mövzu Müasir dövrdə tərbiyə işinin məzmunu. Əqli tərbiyə Plan


Ağıl tərbiyəsinin yolları –



Yüklə 26,02 Kb.
səhifə4/4
tarix28.03.2023
ölçüsü26,02 Kb.
#103406
1   2   3   4
Mövzu .4. Müasir dövrdə tərbiyə işinin məzmunu. Əqli tərbiyə

Ağıl tərbiyəsinin yolları – 1) Sənətinin kamil ustası olan tarixi adamların nümunəsindən istifadə. 2) İmkan daxilində bu cür şəxslərlə görüşlərin təşkili. 3) İşin icrasından əvvəl onun nə ilə nəticələnəcəyini görməyə və ya görməməyə aid həyatdan götürülmüş faktlar haqqında söhbət. 4) Düşünülmüş və düşünülməmiş deyilən sözlərin sonuna aid müsahibə. 5) Səbrlə və səbrsiz görülən işlərin aqibəti barədə müsahibə. 6) Biliyin və bilik almağın əhəmiyyəti haqqında müzakirə. 7) Təfəkkür əməliyyatlarına uyğun gələn və gəlməyən mühakimələrin təhlili.
Öz sənətinin əsl ustası olan tarixi şəxslərin nümunəsi. Ağıl tərbiyəsi qarşısındakı qarşısındakı vəzifələrin öhdəsindən ləyaqətlə gəlmək üçün ağıllı adamların nümunəsindən istifadə edilir. Belə hallarda gənc nəsil yəqin edə bilir ki, xalq kimləri hansı keyfiyyətlərinə görə ağıllı hesab edir, onlara ehtiram göstərir, heç vaxt unutmur. N.Gəncəvi, N.Tusi, Əcəmi, Ü.Hacıbəyov, S.Vurğun kimi şəxslərin nümunəsində ağıllılıq əlamətlərini, yeniyetmə və gənclərin qarşısında açıb göstərmək mümkündür. Bu cür nümunələr əsasında gənc nəsil inanır ki, ağıllı adamlar birinci növbədə öz peşələrinin vurğunu, seçdikləri peşənin əsl ustasına çevrilmiş və buna görə də Azərbaycan xalqına başucalığı gətirə bilmişlər.
Ağıllı hesab edilən şəxslərlə görüşlər. Ağıl keyfiyyətlərinə malik olan adamlarla şagirdlərin görüşünü təşkil etmək çox faydalıdır. Görüş zamanı şagirdlər konkret şəxslərin nümunəsindən yəqin edə bilir ki, təsərrüfatın, elmin, mədəniyyətin, təhsilin, səhiyyənin və digər sayılıb-seçilən adamları az deyil. Onlar təkcə öz ailələrinə deyil, bütövlükdə vətənə fayda verməyə çalışırlar.
Fənn və maraq dərnəklərinin, müxtəlif idraki klubların işi, kitab mütaliəsi, kitab üzərində müxtəlif işlər - rəy yazmaq, plan tutmaq, icmallaşdırmaq, tezis hazırlamaq və s., kitab və kitabxanalardan istifadə, tarixi yerlərə, muzey və sərgilərə, təbiətə ekskursiyaların təşkili, müxtəlif peşə sahibləri, elm adamları ilə görüşlər zehni tərbiyənin mühüm vasitələri hesab edilir.
Biliklərə maraq yaradan işlərdən biri də şagirdləri mütaliəyə, özünütəhsil işlərinə sövq etdirməkdir. Şagirdlər elmi-kütləvi, bədii fantastik əsərləri oxumağa meyilli olurlar. Bu da onaların biliklərə maraq göstərməsi, yeni biliklər qazanması baxımından da faydalıdır.


Ədəbiyyat

1.Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006.


2. Əliyev P.B., Əhmədov H.H. Təhsil müəssisələrində tərbiyə işinin təşkili. Bakı: ABU, Təhsil, 2006
3. Əhmədov H.H. Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: Elm, 2010.
4. F. Ibrahimov, R Hüseynzadə. Pedaqogika: 2 cilddə. II cild. – Bakı: Mütərcim, 2012
5.N.Kazımov. Məktəb pedaqogikası, Bakı, Çıraq-2011.
6. F. Sadıqov. Pedaqogika, “Adiloğlu” nəşriyyatı, Bakı-2012-ci il
7. İnternet resursları.
Yüklə 26,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə