Mövzu Müasir dövrdə tərbiyə işinin məzmunu. Əqli tərbiyə Plan


Ağıl tərbiyəsinin məzmunu



Yüklə 26,02 Kb.
səhifə2/4
tarix28.03.2023
ölçüsü26,02 Kb.
#103406
1   2   3   4
Mövzu .4. Müasir dövrdə tərbiyə işinin məzmunu. Əqli tərbiyə

Ağıl tərbiyəsinin məzmunu. Ağıllı adam öz sənəti, öz peşəsi ilə sayılıb-seçilir, məsələn, Ü.Hacıbəyov. Veyil-veyil gəzən, sənət, peşə sahibi olmayan, vaxtını eyş-işrətdə keçirən şəxslər arasında ağıllı adam kimi ad çıxaranlar tarixdə olmamış və indi də yoxdur. Ağıl tərbiyəsində mühüm əhəmiyyət kəsb edən xüsusiyyətlərdən biri də atılacaq addımın, deyiləcək sözün nə ilə nəticələnəcəyini əvvəlcədən görə bilməklə bağlıdır. Hər birimizin gündəlik həyatı ailə ilə, iş şəraiti ilə, müxtəlif adamlarla bağlı olur. Bu zaman lazımınca düşünülməmiş davranışımız, yaxud götür-qoy edilməmiş dediyimiz söz və ya fikir çox halda arzuolunmaz nəticə verə bilir, peşmançılıq yaradır. Belə hallarda ağlın hələ kamil olmadığı özünü göstərir. Söyləniləcək fikrin, görüləcək işin sonu barədə düşünüb danışanda, yalnız bundan sonra işə və ya sözə başlayanda adam uğur qazana bilir. Bu cür hallarda ağlın formalaşdığı şübhə doğurmur. Atalar gözəl deyib – HO-ho var adamı dağa qaldırır, ho-ho var dağdan endirir. Atalarımız sözün deyiliş tərzindən asılı olaraq onun təsir gücünün başqa-başqa olduğuna xüsusi diqqət yetirmişdir. Müxtəlif səbəblər üzündən adam müəyyən səhvə yol verir. Buraxılan səhvə münasibət adamlarda müxtəlif ola bilir. Bəziləri açıq-aşkar qəbahət hərəkətlərə yol versələr də, cəsarətləri çatıb onu etiraf etmirlər. Elələri də tapılır ki, öz günahını başqalarının boynuna qoymağa çalışır. Belə hallar ağlın naqisliyindən xəbər verir. Ağıllı adam hərəkətində və ya sözündə nöqsanı hiss edən kimi ya başqalarının şahidliyi ilə, ya da öz qarşısında həmin nöqsanı etiraf edir və çalışır ki, gələcəkdə o cür nöqsan təkrar olunmasın. Öz nöqsanını görməmək və ya görməyə meyilli olmamaq halları ağıl tərbiyəsində nöqsanlı keyfiyyət kimi qeyd edilir. Nöqsanı görüb etiraf etmək və onu aradan qaldırmaq bacarığı nəinki ağıl əlamətidir, hətta igidliyə bərabər xüsusuiyyətdir. Daim bilik əldə etməyə meyl ağıllı adamın bəzəyi olduğundan, ağıl tərbiyəsində biliyə can atmaq, bilikli olmağa səy göstərmək diqqət mərkəzində durur. Bilikli adamın inamlı, güclü olduğu, biliksiz adamın isə avam qaldığı, zəif olduğu uşaqların nəzərinə çatdırılır. N.Gəncəvi demişdir – Ancaq öyrənməyi ar bilən insan, Məhrumdur dünyada bilik almaqdan.

Yüklə 26,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə