Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

 
66
Qəbul  və  xidmət  şöbəsinin  baş  inzibatçısı  –  Qonaqlara  göstərilən  xidmətin 
keyfiyyətini  artırmaq  və  səviyyəsini  yüksəltmək  baş  inzibatçının  əsas 
vəzifələrindən  biridir.  O,  gün  ərzində  mehmanxanada  bir  çox  mühüm  və  zəruri 
işləri yerinə yetirir. Bunlar aşağıdakılardır: 
−  gecə inzibatçısının hesabatını dinləyir və yoxlayır; 
−  keçən gecə ərzində doldurulan nömrələrin göstəricilərini təhlil edir; 
−  mehmanxanada əlavə xidmətlərin gündəlik satış vəziyyətini təhlil edir; 
−  ötən gecə ərzində mehmanxanaya daxil olan pulun hesabını yoxlayır; 
−  pulsuz verilən nömrələrin sayını təyin edir; 
−  yaxın aylar üçün verilən kollektiv sifarişləri yoxlayır; 
−  gün  ərzində  mehmanxanaya  gəlib-gedən  qonaqların  siyahısını  nəzərdən 
keçirir; 
−  xüsusi  və  nüfuzlu  qonaqların  (VIP)  siyahısını  nəzərdən  keçirir  və 
qeydiyyatını aparır; 
−  gələn qonaqların qeydiyyat sənədlərini çeşidləyir; 
−  şöbənin və digər iclaslarda iştirak edir; 
−  sonrakı  gün  ərzində  (səhər)  gəlib-gedən  qonaqların  siyahısını  nəzərdən 
keçirir; 
−  əməkdaşlarına gəlib-gedən qonaqlar barədə zəruri sərəncamlar verir; 
−  əməkdaşların iş cədvəlini yoxlayır; 
−  qonaqlara xidmət göstərən köməkçilərə gündəlik təlimat verir. 
Məsələn,  baş  inzibatçının  köməkçisi  qonağı  qarşılayır,  qeydiyyatına  kömək 
edir,  nömrəyə  qədər  müşayiət  edir,  yükünü  əvvəlcədən  nömrəyə  aparır  və  s. 
Bununla  da  baş inzibatçının  köməkçisi bir  neçə  funksiyanı  yerinə  yetirərək  əlavə 
bölməyə  və  işçilərə  ehtiyac  olmadığını  göstərir.  Bu  yenilikdən  kiçik  və  orta  lüks 
mehmanxanalarda  istifadə  məqsədə  uyğundur.  Baş  inzibatçı  bütün  xidmət 
bölmələrinin təkmilləşdirməyə, işçilərin əlbir işləməsinə çalışır. 
Bəzi otellərdə bronlaşdırma (sifariş) bölməsinin meneceri satış üzrə direktora 
(menecerə), gecə auditoru isə baş mühasibə hesabat verir 


 
67
Baş inzibatçının bölməsinin təşkilat strukturu 2-ci sxemdə göstərilib. 
Baş inzibatçının bölməsinin çox vaxt  mehmanxananın ürəyi də adlandırırlar. 
Qonağın  oteldə  qaldığı  müddət  ən  çox  təmasda  olduğu  yer  baş  inzibatçinin 
bölməsidir.Bu  bölmənin  məlumat  və  xidmətlərindən  qonaqlar  daha  çox  istifadə 
edirlər. Qonaqlar xidmət göstərən və onlarla birbaşa təmasda olan işçilərin vəzifə 
təlimatları olmalıdır. 
Baş  inzibatçının  vəzifə  təlimatında  3  amil  əsasdır.  Bunlardan  birincisi 
mehmanxana nömrələrinin satışına rəhbərlikdir. 
Mehmanxananın  şöbə  və  bölmələri bir komanda  kimi  həmahəng  işləməlidir. 
Nömrələrin  satışı  şöbəsi  və  bronlaşdırma  (nömrə  sifarişini  qəbul  etmə)  bölməsi 
nömrələrin  satışını  təşkil  edir.  Bronlaşdırma  bölməsi  sifarişləri  səhər  09.00-dan 
axşam 18.00-dək qəbul edir. Bundan sonra bronlaşdırma bölməsi işini qurtarır, boş 
nömrələri  və  sifarişləri  qəbul  etmək  vəzifəsini  növbətçi  inzibatçıya  təhvil  verir. 
Növbətçi inzibatçı  mehmanxananı  100  faiz  doldurmaqda  maraqlıdır,  lakin  nəzərə 
alınmalıdır  ki,  hər  an  mehmanxananin  daimi,  nüfuzlu  müştərisi  zəng  edib  nömrə 
sifariş  edə  bilər.  Baş  inzibatçının  bölməsi  nəinki  nömrələrin  satışını  peşəkarlıqla 
təşkil  etməli,  həmçinin  nömrələrin  orta  gündəlik  qiymətlərin  optimallığına  nail 
olmalıdır. Bu göstərici belə hesablanır: nömrədə bir günün yaşayış qiyməti vurulur 
gün  ərzində  qonaqlara  istifadəyə  verilmiş  nömrələrin  sayına  və  alınan  məbləğ 
bölünür  verilən  nömrələrin  sayına.  Məsələn,  100  nömrə  x  150  =  15000  Deməli, 
nömrələrin  orta  gündəlik  qiyməti  həmin  gün  (hesablanan  gün)  138 
dollaradir.
 
Geniş  yayılmış  optimal  üsullardan  biri  qonaqlara  qiyməti  yüksək  olan 
nömrələrin təklif olunması və alınan gəliri idarə etməkdir. Bu üsula görə, inzibatçı 
-irk-tl-rin nümay-nd-si  
üçün sifari- olunan 
nömr-l-r 
Xüsusi sifari-l-r 
10 lüks x 250=2500 
150 nömr- x 130=19500 
 
50 nömr- x 110=5500 
310 nömr-=42500 
42500:310 nömr-=138 
 


 
68
qonağa  dəbdəbəli,  baha,  pəncərəsi  gözəl  mənzərəyə  açılan  nömrə  təklif  edir  və 
satır. 
Digər  metoda  görə, müştəri  sifariş  etdiyi  və  hələ  istifadə  etmədiyi  nömrənin 
pulunu qabaqcadan güzəştli tariflə mehmanxananın hesabına keçirir. Nəzərə almaq 
lazımdır  ki,  mehmanxana  nömrələrinə  tələbat  olduqda  üç  gündən  az  müddətə 
sifariş  olunan  nömrələrin  qiyməti  tam  ödənilir.  Tələbat  (nömrə  almaq  arzusunda 
olanların sayı) və təklif (mövcud olan nömrələrin sayı) mehmanxana nömrələrinin 
doldurulmasının  əsas  amilləridir.  Məsələn,  Bakıda  keçirilən  müxtəlif  sərgilər, 
yarmarkalar,konfranslar  və  ya  beynəlxalq  futbol  yarışları  vaxtı  mehmanxana 
nömrələrinə tələbat artdığına görə qiymətlər qaldırılır. Bu cür iş metodlarından bir 
çox aviaşirkətlər də istifadə edir. 
Onlar  bayram  günləri,  tələbələrin  tətil  vaxtı  və  s.  tədbirlərdə  aviabiletlərin 
qiymətlərin  qaldırır,  təbii  və  bayramlar  qurtarandan  sonra  adi  günlərdə  olduğu 
kimi, bəzən isə güzəştli qiymətlərlə aviabiletləri satılır. 
Baş  inzibatçının  ikinci  əsas  vəzifəsi  qonaqların  hesabat  balansının 
aparmasıdır.  Bu  vəzifə  avans  depozitlərinin  (müəyyən  məqsədlə  saxlamaq  üçün 
bank və ya başqa kredit idarələrinə verilən pul və qiymətli kağız) alınması, qonaq 
üçün  şöbə  və  bölmələrdən  alınan  hesablarla  başlanır.  Bir  çox  mehmanxanalar 
avtomat idarəçilik sisteminə malikdir və məlumatlar baş inzibatçının ofisinə verilir. 
Qonağın  mehmanxananın  müxtəlif  obyektlərində  qeyd  olunmuş  məsrəfləri 
(xərcləri) onun hesabına yazılır və müştəri mehmanxanadan gedən gün bu hesablar 
ödənir. Hesablar qonağa təqdim olunur və ya şirkətə göndərilir. Şirkətə göndərilən 
hesab  göstərildiyi  müddətdə  ödənilməlidir.  Avtomatlaşdırılmış  idarəetmə 
sistemində  nömrənin  hesabının  distansiyalı(məsafəli)  nəzarəti  mövcuddur.  Bu 
sistemə  görə,  qonaq  öz  nömrəsində  teleekran  vasitəsilə  xərclədiyi  hesablara 
(məsrəflərə)  nəzarət  edərək  dəqiqliyini  yoxlayır  və  bundan  sonra  hesabı  ödəyir. 
Qonağın  məsrəfləri  kredit  kartına  köçürülür  və  ya  hesab  şirkətə  göndərilir,  surəti 
qonağa  təqdim  edilir.  Baş  inzibatçının  üçüncü  əsas  vəzifəsi  qonaqlara  əlavə 
xidmətlərin təklif olunmasıdır. Bu bölmənin işçiləri otelin müxtəlif xidmət sahələri 
haqqında  tam  məlumatlı  olmalıdır.  Bu  bölmədə  çalışan  işçilərin  sayı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə