Mövzu: 7 Ünsiyyətin funksiyaları, vasitələri, tərəfləri


məlumati - kommunikativ, tənzimedici- kommunikativ



Yüklə 54,14 Kb.
səhifə4/5
tarix22.03.2024
ölçüsü54,14 Kb.
#184276
növüYazı
1   2   3   4   5
Mövzu -7 2

məlumati - kommunikativ, tənzimedici- kommunikativ, affektiv- kommuni-kativ
Göründüyü kimi, B.F.Lomova görə ünsiyyət birinci növbədə məlumatın,
informasiyanın verilməsi və qəbul olunması vəzifəsini, başqa sözlə informasiya
mübadiləsi funksiyasını yerinə yetirir. Məhz buna görə də, təsadüfi deyildir ki, informasiya mübadiləsini ünsiyyətin əsas cəhətlərindən biri kimi qəbul edirlər.
Ünsiyyət şəraitində psixikanın tənzimedici funksiyası spesifik şəkildə təzahür edir. Ünsiyyət sayəsində fərd təkcə öz davranışını deyil, eyni zamanda başqa adamların davranışını tənzim emək imkanını da əldə edir. Ünsiyyət bu funksiyanı yerinə yetirmklə insanlar arasında səmərəli qarşılıqlı münasibətlərin yaranmasına, qarşılıqlı münasibətləri tənzim etməyə xidmət edir.
Bununla yanaşı olaraq ünsiyyətdə olduğu adamlar da həmin fərdin davranışına öz tənzimedici təsirini göstərir. Məhz birgə fəaliyyət zamanı bu cür qarşılıqlı təsir prosesində ünsiyyətin tşnzimedici-kommunikativ funksiyası həyata keçir. 
Lakin ünsiyyət zamanı insanlar yalnız informasiya mübadiləsi ilə məhdudlaşmır,
eyni zamanda bu prosesdə davranışın qarşılıqlı tənziminə də təsir göstərirlər.
Bunun isə əhəmiyyəti öz-özünə aydındır. Ünsiyyət bu funksiyanı yerinə
yetirməklə insanlar arasında səmərəli qarşılıqlı münasibətlərin yaranmasına,
qarşılıqlı münasibətləri tənzim etməyə xidmət edir.
Ünsiyyətin affektiv-kommunikativ funksiyasının əhəmiyyəti də az deyildir. 
Ünsiyyət prosesində insanlar bir-biri ilə informasiya mübadiləsi aparır.
Ünsiyyət mübadiləsində xüsusi rol ynayan qeyri-verbal ünsiyyət vasitələri
1.Mimika – yunanca “mimos” sözündən götürülmüş, simanın dəyişdirilməsi, təqlid deməkdir. Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə local mimika sahələridir. Ekman tərəfindən müəyyən edilmişdir ki, mimikanın 7 əsas sifət konfiqurasiyası var. Onlar müvafiq olaraq yeddi emosiyanı ifadə edirlər. Sifətin ən ifadəli əlamətləridodaqla qaş (ağız ilə göz) sahəsində yerləşir. Bu sahəyə əsas mimika sahəsi dyilir. Mimika insanın sifətinin təkrarolunmaz fəaliyyətini əks etdirir. Onun əsas funksiyası sifətin ekspressiyalarında insanın –emosiya və hisslərini ifadə etməklə şərtlənir.
Son zamanlar vizual ünsiyyət – (gözlərin təması) problem diqqəti daha çox cəlb edir. Gözlərin, görünən, özünəməxsus “əlifbası” var Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsalar da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır.
2. İntonasiya ünsiyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti biavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv – emosional funksiyası önəmlidir. İntonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. akustik vasitələrlə qaynaqlanır.
3. Kinesika - “bədən hərəkətlərinin dili” kimi meydana çıxır. İnformasiya mübadiləsində onun kodları jestlər vasitəsi ilə açıqlanır.
4. Proksimika – (latınca proximity – yaxınlıq deməkdir) insanın şəxsi məkanı kimi ünsiyyıt prosesində özünəməxsus rol oynayır. İnsan bu məkanı özününkü hesab edir və hətta onu bir növ fiziki bədəninin davamı sayır. Ünsiyyət prosesində ya kimisə özümüzə yaxın buraxırıq, hətta qolumuza gətirməsinə imkan veririk, ya da kimisə özümüzə yaxın buraxmırıq – şəxsi məkanın hüdudları ünsiyyət prosesində subyektiv olaraq belə müəyyən olunur. Bu yolla insan başqa adamlarla özü arasında ünsiyyət üçün intiutiv ölçülərlə əlverişli və ya münasib olan özünəməxsus psixoloji məsafə yaradır. “Yaxınlıq-uzaqlıq”, “istilik-soyuqluq” psixoloji məkanın emosional parametrləri belədir.
Qeyri-verbal kommunikasiya vasitələrinin fenomenologiyası belədir. Onların ünsiyyət prosesində rolu necə qaynaqlanır? İnformasiya mübadiləsində qeyri-verbal ünsiyyət vasitələrinin rolu əvəzsizdir. Gözlərin təması, isti və ya soyuqbaxışlar ünsiyyət məqamında nələri demir? İnsanın şəxsi məkanında da elə bu istilik və soyuqluq çalarları bilavasitə bərq vurur. Əllərin rəqsinin ünsiyyət məqamında öz əlifbası var.
Dilin kəşfi ən böyük uğurdur Lakin, bununla belə, bizim tələfüz etdiyimiz sözlər hələ “tam” mənzərə yaratmır. Qeyri-verbalkommunikasiya bir çox hallarda bizə sözlərə nisbətən daha çox məlumat verir.
Bu, necə deyərlər, iki tərəfli prosesdir: insanlar, birtərəfdən, özünün gündəlik həyatında sifətin ifadəsi, səsin tonu, jestlər, poza və bədən hərəkətləri, təmas və baxışlar kimi qeyri-verbal ünsiyyıt vasitələrindən istifadə edirlər. Digər tərəfdən , başqa adamların qeyri-verbal ünsiyyət vasitələrindən istifadə edirlər. Digər tərəfdən,başqa adamların qeyri-verbal davranışını elə onlarən ölçüləri ilə qiymətləndirirlər.
Bu funksiya insanların emosionalsferasına aid olub, onlarda emosional
vəziyyətin determinantı, şərti kimi özünügöstərir. Ünsiyyət çoxcəhətli, çoxplanlı 
proses olduğuna görə onundigər özünəməxsus funksiyalarından da söhbət açmaq
olar.Ünsiyyətin bu cür mühüm funksiyalarına birgə fəaliyyəti təşkil etmək,
insanlarınbir-birlərini, qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək
və s. funksiyalarını aid etmək olar.

Yüklə 54,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə