Mövzu: 7 Ünsiyyətin funksiyaları, vasitələri, tərəfləri



Yüklə 54,14 Kb.
səhifə2/5
tarix22.03.2024
ölçüsü54,14 Kb.
#184276
növüYazı
1   2   3   4   5
Mövzu -7 2

Ünsiyyətin funksiyaları
Ünsiyyətin funksiyaları çoxsaylıdır. Onların ikisini xüsusilə qeyd etmək lazımdır: a)insanların birgə fəaliyyətinin təşkili ( başqa sözlə, "ümumi nəticə əldə etmək məqsədilə səyləri əlaqələndirmək") b) şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişafı (yəni, "münasibətləri aydınlaşdırmaq məqsədilə qarşılıqlı təsir")
Ünsiyyət vasitələləri
Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onlar arasında ''nitq'' (mülahizə, sual, replika və s.) xüsusilə yer tutur. Ünsiyyətinn ekspressiv-mimik vasitələri də mühamdür:təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası-bunlardan hər birinin ünsiyyət prosesində öz yeri vardır. Ünsiyyətin əşyavi-hərəki vasitələrinin də rolunu qeyd etmək lazımdır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar: a)ünsiyyət məqsədilə istifadə olunan lokomotor və əşyavi hərəkətlər, eləcə də poza; b) başqa adam yaxınlaşma, ondan uzaqlaşma, nəyisə vermək və ya uzatmaq, onu özünə doğru çəkmək və ya özündən itələmək və s.
Ünsiyyətin tərəfləri
Müasir psixologiyada ünsiyyətin üç tərəfini - kommunikativ, interaktiv və perseptiv tərəflərini fərqləndirirlər. Ünsiyyətin kommunikativ tərəfi dedikdə, onun ilk növbədə informasiya mübadiləsi olması nəzərdə tutulur. Kommunikasiyanın iki tipini - verbal və qeyri-verbal kommunikasiyanı fərqləndirirlər. Ünsiyyətin interaktiv tərəfi onun qarşılıqlı təsir prosesi olmasını göstərir. Bu, o deməkdir ki, ünsiyyətdə olarkən insanlar yalnız bir-birinə məlumat ötürmür, həmçinin müxtəlif səviyyələrdə bir-birilərinə psixoloji təsir göstərmiş olurlar. Ünsiyyətin perseptiv tərəfi isə insanların ünsiyyət prosesində bir-birini qavraması və anlamasını nəzərdə tutur. Belə qavrayış prosesi isə sosial persepsiya adlanmaqla özünəməxsus sosial-psixoloji xüsusiyyətlərə malikdir.
Ünsiyyət funksiyalarının müxtəlif əsaslarda təsnifi:


Yüklə 54,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə